(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ayxan Abbasov: “Hələ də narazı olduğum məqamlar var"

Ayxan Abbasov: “Hələ də narazı olduğum məqamlar var"

2019/2020 mövsümü üçün hazırlığını tamamlayan “Sumqayıt” sabah vətənə dönəcək. Bu gün Ankarada son məşqinə çıxan komanda gecə saatlarında Ankaradan Bakıya yola çıxacaq. Sonuncu gün “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hazırlıq barədə klubun rəsmi saytına müsahibə verib.
 
- “Sumqayıt”ın Türkiyədə keçirilən hazırlıq mərhələsini ümumilikdə necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, olduqca çətin mövsümü arxada qoyduqdan sonra iyun ayının 26-dan etibarən Sumqayıtda yeni futbol ili üçün hazırlığa start verdik. Təlim-məşq toplanışımızın birinci mərhələsi istədiyimiz kimi keçdi. Ümumi hazırlıq və 2 yoxlama oyunundan sonra planlaşdırdığımız kimi iyulun 18-də Türkiyəyə yollandıq. Təlim-məşq toplanışı komandamızın formalaşması üçün olduqca vacib idi. Burada olduğumuz müddətdə fiziki, texniki və taktiki gedişlər üzərində çalışdıq. Keçirdiyimiz yoxlama matçları ilə səhvlərimiz üzərində işləməyə başladıq. Heyətdə yer alan 23 futbolçunun hamısını iş başında izlədim. Səhvlərimiz və çatışmamazlıqlarımız üzərində xeyli işlədiyimizi düşünürəm. Buna baxmayaraq, hələ də narazı olduğum məqamlar mövcuddur. Bir məqamı da qeyd edim ki, Türkiyəyə gətirdiyimiz futbolçular arasında akademiyamızın bir neçə yetirməsi də var. Gənclər olan yerdə ümumi iş bir qədər də artır. Təlim-məşq toplanışının komandam üçün yaxşı keçdiyini düşünürəm.
 
- “Sumqayıt” Qızılcahamamda 5 yoxlama oyunu keçirdi. Ümumi götürsək futbolçular özlərini bu qarşılaşmalarda necə göstərdi?
- Artıq bura gəlməmişdən əvvəl rəqiblərimiz məlum idi. Türkiyədə “Petrolul”, “Akhisarspor”, “Gənclərbirliyi” kimi güclü komandalarla qarşılaşdıq. Oyundan oyuna çalışırdıq ki, həm oynadığımız futbolun tempini artıraq, həm də səhvlərimiz üzərində çalışaq. Keçirdiyimiz son iki qarşılaşmada istədiyimiz tempə yaxın olduq. Futbolçularımızın meydanda hərəkətliliyini, kompaktlığını, hücumlara sürətli şəkildə qoşulmalarını görə bildik. Hər oyunda müxtəlif gedişlər və sxemlər üzərində çalışdıq. Rəqibin gücünə görə tapşırıqları istədiyimiz kimi aşılamağa çalışdıq. Futbolçuların meydanda əzmkar olması, verilən tapşırıqlara əməl etməyə çalışdıqlarını görmək məni sevindirdi. Yoxlama oyunlarında yararlana bilmədiyimiz xeyli qol fürsətləri oldu ki, Sumqayıta qayıtdıqdan sonra da bunun üzərində çalışacağıq. Ümumi götürsək, yoxlama matçlarında məni narahat edən yeganə amil məhz bu idi.
 
- Bu təlim-məşq toplanışının gənclər üçün böyük təcrübə olacağını vurğuladınız. Türkiyəyə gətirdiyiniz gənclərdən necə razı qaldınızmı?
- Qeyd edim ki, bu gün bəlkə də Premyer Liqamızda ən gənc komanda məhz “Sumqayıt”dır. Ankarada keçirdiyimiz oyunlardakı heyətlərə nəzər saldıqda görə bilərsiniz ki, hər qarşılaşmada gənc futbolçu limitinə uyğun olan 3, 4 və ya 5 futbolçunun xidmətindən yararlandıq. Heyətimizdə yer alan 2000-2001 təvəllüdlü futbolçularımızın hətta start onbirliyində meydana çıxdığını da vurğulaya bilərəm. Gənclərlə işləmək çətin olsa da, bir o qədər də maraqlıdır. Onlardan əsas istəyimiz öz üzərilərində daha çox çalışmaqdır. Oyundan oyuna gənclərin artırdığını görmək məni sevindirməyə bilməz. Gənclərin mövsüm ərzində bizə çox kömək edə biləcəklərini deyə bilərəm.
 
- Dünən “Akhisarspor”la son yoxlama oyununu keçirən “Sumqayıt” bu gün gecə paytaxta yola düşəcək. Komandanın sonrakı planları barəsində məlumat verərdiniz...
- “Akhisarspor”la oyundan sonra bu gün səhər saatlarında Qızılcahamamda son məşqimizi etdik. Axşam saatlarında isə vətənə yola düşəcəyik. Komanda iki günlük istirahətə buraxılacaq. Avqustun 5-dən isə Sumqayıtda məşqləri bərpa edəcəyik. Ayın 10-da isə 19 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirəcəyik. Püşkatmadan sonra bəlli olmuş rəqibə uyğun olaraq hazırlığımızı davam etdirəcəyik.

 
tarix: 02-08-2019 13:51


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az