(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

6 legioner və 3 veteranla akademiya nağılı

6 legioner və 3 veteranla akademiya nağılı

“Qəbələ” üçün avrokubok mövsümü bitdi. Həm də biabırçılıqla. Son illər qələbəyə həsrət qoyduğumuz gürcülər təmsilçimizin qapısından 5 top keçirdi və onlardan birini “Neftçi”nin tez-tələsik qovduğu Kvame Karikari vurdu.
 
Büdcə azaldılması, strategiya dəyişilməsi üzündən iddiasını itirən “qırmızı-qaralar”ın uğursuzluğu başadüşüləndi. “Qəbələ” son illər Azərbaycan futboluna töhfəsini verdi, uğurlar qazandı. Amma pul qurtarıbsa, sponsorlar geri çəkilirsə, bunu da ağıllı şəkildə etmək, düzgün açıqlamasını vermək lazımdı. Və hamı klub rəhbərliyini başa düşür. Gəl ki, deyilən sözlə atılan addım üst-üstə düşməyəndə suallar yaranır.
 
“Qəbələ” həqiqətən akademiyasının yetirmələrinə güvənib, Tiflis “Dinamo”suna qarşı onlarla çıxsaydı, kimsədən qınaq eşitməzdi. Belədə hətta istənilən darmadağının da bəraəti olardı. Amma hər iki matça 6 legionerlə çıxırsansa, daha 3 futbolçun yaşı 35-i haqlamış, başqa klublar istəmədiyi üçün heyətdə qalan yerlilərdisə, deməli, gəncləşmə ilə bağlı deyilənlər nağıldı.
 
Həqiqətən məqsəd akademiyanın yetişdirdiyi uşaqlara şans verməkdisə, o zaman beşi yeni olan əcnəbiləri tələsik almağın mənası nədir? Say düzəltməkdənsə, 2-3 səviyyəli futbolçu almaq, onların ətrafına gəncləri yığmaq lazım idi. Sifariş ərizəsinə 10-15 nəfərin adını yazmaqla akademiyanın yetirmələrini üzə çıxarmırlar, onları oynatmaqla yeni layihəyə başladığını göstərməlisən. Əgər bu səviyyəli oyunlarda hətta 90 dəqiqə qaçacaq səviyyədə deyillərsə, o zaman illər ərzində nə iş gördüyünüzü soruşmaq lazım gələcək.
 
Klub sponsorları 10 ildən artıq müddətdə milyonlar xərclədi, əla klub bazası, infrastruktur yaratdı, meydançalar saldı. Qəbələdə Heydərovların sayəsində ən yaxşı şəraitə malik klub yaradıldı, inkişaf etdirildi. Amma indi həmin doğma övladı taleyin ümidinə buraxmaq, yadmış kimi kənara atmaq ən azı Tale Heydərova yaraşmır. Fariz Nəcəfovu prezident postuna formal fiqur kimi gətirmək olar, lakin elan edilən strategiyanı unudub fərqli işlər görmək ciddilikdən xəbər vermir.
 
“Qəbələ” Azərbaycan futboluna lazımdı. Komanda çempionata rəng qatır, əyalətin yeganə real təmsilçisidi, pis-yaxşı akademiyası var. Amma klub rəhbərliyi sanki özü nə istədiyini bilmir. Gəncləşdirmə siyasəti ilə 6 əcnəbinin alınması faktı bir-birini döyür. Deməli, akademiyanın yetirmələrinə güvənməklə bağlı açıqlama yalan idi, əks halda Tiflis klubuna qarşı heç olmasa, 5-6 yerli futbolu meydana çıxmalı idi, legionerlər və birlikdə yaşı 100-ə çatan 3 yerli veteran yox.
 
“Qəbələ” həmişə peşəkar klub nümunəsi olub. Davranışda, işə münasibətdə “qırmızı-qaralar” hamıdan seçilib. Düzdü, Roman Qriqorçukun vaxtında ona və gətirdiyi əcnəbilərə fantastik pullar verilib, lakin ortada nəticə də olub. İndi isə klubda xaosdu. Prezident dəyişikliyindən sonra nə gələcəyi düşünən komanda görürük, nə də sırf nəticəyə oynayan kollektiv. Komandaya PRO lisenziyası olmayan baş məşqçinin rəhbərlik etməsi, mətbuat konfransına onun köməkçisinin daha yüksək statusla qatılması faktı da eybəcərliyin nümunəsidi.
 
“Qəbələ” imicini Ronaldinyo akademiyasıyla bağlı yalançı layihəylə zədələmişdi. Ümid edirik, indi eyni şeylər baş verməyəcək. Nağıl danışmaqdansa, yalandan gəncləşdirmə siyasətindən bəhs etməkdənsə, ucuz legionerlərlə möcüzə axtarışında olduqlarını açıqlamalıdılar. O zaman “Dinamo”ya məğlubiyyətlərin də bəraəti olar.
 
FƏRİD
 

 
tarix: 02-08-2019 16:41


 
Xəbər lenti
19.11.2019

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az