(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” və “Neftçi” üçün real qrup şansı

“Qarabağ” və “Neftçi” üçün real qrup şansı

Uzun aradan sonra yenidən avrokubokların qrup mərhələsində eyni zamanda 2 klubumuz mübarizə apara bilər. 2 il “Qəbələ”nin qoşalaşdığı “Qarabağ”a indi “Neftçi”nin yoldaşlıq etməsi mümkündü.
 
Hələ 3-cü təsnifat mərhələsinin oyunları yekunlaşmayıb, amma indidən pley-offdakı potensial rəqiblər bəllidi. Və etiraf edək ki, bu gün İsveçrədə baş tutan püşkatma mərasimindən razı qalmalıyıq.
 
Qruplara yüksəlmək üçün ən real şans “Qarabağ”dadı. Ağdamlılar ardıcıl 6-cı dəfə bu uğura imza atmaq üçün hər cür imkana malikdi.
 
Təbii ki, ilk olaraq APOEL səddi keçilməlidi. Kipr klubu ilə oyunlarda ümumi qələbə təmin edilsə, minimum Avropa Liqasının qrupu təmin ediləcək. Vaxtilə “Neftçi”nin bunu bacardığını, APOEL-i Nikosiyada yendiyini nəzərə alsaq, kiprliləri yenmək möcüzə sayılmayacaq. Hansısa dünya nəhəngindən yox, elə “Qarabağ”la bərabər güclü saya biləcəyimiz bir komandadan danışırıq.
 
Bundan sonra pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə matçlar qalacaq. Məğlubiyyət Avropa Liqasının qrupuna vəsiqə deməkdisə, bu komandanın da yenilməsi yenidən ÇL-in qapılarını üzümüzə açacaq. Rəqib hər nə qədər güclü olsa da, 2 matç üçün motivasiya olunmaq, boyundan yuxarı tullanmaq mümkündü.
 
“Qarabağ” APOEL-i keçə bilməsə də, şansı bitməyəcək. Avropa Liqasının pley-offunda "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşmalarda təmsilçimiz favorit sayılır. Amma hələlik kiprlilərlə oyunlara köklənmək, ÇL-in qrupuna düşmək üçün sonadək cəhd etmək, eyni zamanda Avroliqada işi sağlama almaq lazımdı. PAOK, “Ayaks”, "Sutyeska" və “Linfild” düşünmədən hələlik hamımızı rahatladacaq Kipr zəfərini arzulamalıyıq.
 
Rusiya “Arsenal”ı üzərində möhtəşəm qələbələrdən sonra “Neftçi”dən gözləntilər artıb. Bakılılar "Bney Yehuda"nı yenəcək gücdədi və İsrail klubu sıradan çıxarılsa, qrup arzuları reallaşa bilər. Çünki pley-offdakı rəqib də qorxulu deyik. "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə ölüm-qalım savaşına çıxmaq olar.
 
“Qarabağ”dan fərqli olaraq, “Neftçi”nin limiti yoxdu. Məğlubiyyət komandanın qitə yürüşünün bitməsi demək olacaq. Amma indiyə qədər keçirdiyi 4 oyunda top buraxmadan 4 qələbə qazanmış komandadan danışırıq. Nə “Bney Yehuda”, nə də pley-offdakı potensial rəqiblərdən heç biri “Arsenal”dan güclü deyil.
 
Hər şey xoş məcrada davam etsə, bir az da bəxt bizdən üz döndərməsə, 2 klubumuz qrup mərhələsində olacaq. Klublarımızın xeyirxah püşkün qismətini dəyələndirəcəyinə inanırıq.
 
FƏRİD

 
tarix: 05-08-2019 17:21


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az