(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik”

“Qarabağ”la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik”

Kiprin APEOL klubunun baş məşqçisi Paolo Trametsani Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ı 11 ildi eyni baş məşqçi çalışdırır. Rəqib topla çox oynayan bir kollektivdi. Onlar oyuna nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidi. Onlarla görüşə hazır olmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. 

Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Oyunçuların eyni ruhla oynayacağına inanıram. Məşqlərdə müxtəlif sistemlərdən istifadə edirik. Musa Al-Tamari oynamayacaqsa, 3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik”.

Trametsani üç müdafiəçi ilə meydana çıxmaq barədə də fikirlərini bölüşüb: "Bizim necə oynayacağımız önəmli deyil. Mən buraya gəldikdən sonra bu sistemlə mübarizə apardıq və "Apollon"u məğlub edə bildik. Biz daha çox qol vurduq və daha az buraxdıq. Sabah çətin bir işimiz var. Əsas sistem deyil. 10 müdafiəçi ilə oynaya və qol vura bilərik. Bəlkə də, bu, ən yaxşı sistem deyil. Ancaq bizə inam verir və özümüzü rahat hiss edəcəyik".

Qeyd edək ki, APOEL -"Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


 
tarix: 05-08-2019 21:52


 
Xəbər lenti
16.11.2019

02:15   Millimiz Uelsə qarşı - YENİLƏNİR

01:48   İsveçlə Finlandiya da AÇ-2020-də!

15.11.2019

23:08  Elxan Məmmədovu tapmaq üçün Hacıya üz tutdu - VİDEO

23:03  Sosial şəbəkələrdə ən yaxşı 5 populyar futbolçu

22:55  Çempionlar Liqasında ən biabırçı 5 məğlubiyyət 

22:09  Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47  Emenike yenə klubsuz qaldı

21:05  AFFA-dan Qurbanovun cəzasına endirim

20:40  Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11  “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00  Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49  Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01  Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40  “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20  “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00  Ronaldo rekorda yaxınlaşır

17:41   “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20  “Neftçi”dən darmadağın

17:00  Keyn bunu da bacardı

16:42  AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20  “Real”ın futbolçusu sıradan çıxdı

16:00  Bakıya 1200 uelsli azarkeş gəlib

15:45  “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30  Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15  Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00  Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46  Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30  Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15  İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00  “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41  “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20  Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az