(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Tuladakı matçı “Neftçi” qazanmadı, “Arsenal” itirdi”

“Tuladakı matçı “Neftçi” qazanmadı, “Arsenal” itirdi”

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın “Arsenal” klubunun prezidenti Quram Acoyev açıqlama verib.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Tula təmsilçisinin “Neftçi”ylə oyunları (1:0, 3:0) və məğlubiyyətin səbəbləri haqqında danışıb:

“Neftçi” ilə oyunlardan əvvəl Avropa təcrübəsinin və komanda işinin olmaması bizi narahat edirdi. Keçən mövsümlə müqayisədə komandanın yarısı yenilənmişdi. Klubu tərk edən futbolçuların əvəzləyicisini hələ də tapmamışıq. Əminəm ki, Tuladakı matçı “Neftçi” qazanmadı, “Arsenal” itirdi. Burdakı oyunda inamlı çıxış etmədik. Bakıdakı matçda isə rəqib oyundankənar vəziyyətdən qol vurdu, amma bunun üçün mübahisə etməyə dəyməz. Orda videotəkrar sistemi (VAR) yoxdur. Oyunun sonlarına yaxın hücumçuları meydana buraxaraq, daha böyük qüvvə ilə irəli atıldıq. Buna görə də, daha iki qol buraxdıq”.

Klub rəhbəri bu məğlubiyyətlərə baxmayaraq, baş məşqçiyə və komandaya inandığını deyib:

“Oyundan əvvəl UEFA nümayəndələri ilə “Neftçi” rəsmiləri sanki yaxın qohumlar kimi danışdılar. Niyə? Çünki bu klub hər il avrokuboklarda iştirak edir və bu turnirlərdə 60-dan çox matç keçirib. Biz isə cəmi iki oyun keçirdik. “Arsenal” üçün avrokuboklarda iştirak etmək böyük bir bayram idi. Qrup mərhələsində iştirak etməyə ümidlənərək hazırlaşdıq, təəssüf ki, bu, bir nəticə vermədi. Komandayla görüşdə baş məşqçiyə və köməkçilərinə dəstəyimi göstərdim. Yeni transferlərlə oynamaq, bir-birini başa düşmək üçün vaxt lazımdır və hər kəs bunu anlayır. Bir aydan bir az çox müddətdə komanda qurmaq olmaz. Artıq səhvlərimizi öyrənib, nəticə çıxarıb, irəliləyəcəyik”.

Tulada keçirilən matçda 1:0 hesablı qələbə qazanan “Neftçi”, bir həftə sonra Bakıda keçirilən oyunda rəqibini 3:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb.


 
tarix: 06-08-2019 16:11


 
Xəbər lenti
18.11.2019

20:26   “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10   Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32   Eddi İsrafilov millimizin düşərgəsində

19:03   Bundesliqa klubunda yeni baş məşqçi

18:31   Kimdir o alçaq?

18:16   Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az