(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vəzifə yerinə yetirilməyib, arxayınlaşmaq olmaz

Vəzifə yerinə yetirilməyib, arxayınlaşmaq olmaz

2:1 yaxşı hesabdı, amma 2:0-dan pisdi. Son dəqiqə qolu olmasaydı, indi daha rahat dayanmaq, həvəslə “Ayaks”ı gözləmək mümkün olardı.
 
“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində vacib səfər qələbəsi qazandı. Ölkə futbolu adına gözəl qələbədi. Lakin rəqibi nəzərə alsaq, arxayınlaşmaq üçün heç bir əsas yoxdu. APOEL güclüdü və hər an vəziyyət dəyişə bilər. Kiprdə matçın startında etdikləri təzyiqi Bakıda təkrarlasalar, ağdamlıların qol buraxmaq şansı realdı və erkən qol vəziyyəti dəyişə bilər. Ona görə də maksimum konsentrasiya, maksimum diqqət vacibdi. Ev matçına ilk oyun heç-heçəymiş kimi çıxmalıyıq.
 
Etiraf edək ki, indiki APOEL 7 il öncə “Neftçi”nin yenib, qrupa düşdüyü komanda qədər güclü deyil. Lakin rəqibin heyətində matçın taleyini həll edə biləcək təhlükəli futbolçular çoxdu. Dünən nələrsə alınmadı, Bakıda fərqli oyunla üzləşə bilərik. Yaxşı ki, baş məşqçi Qurban Qurbanov, eləcə də futbolçular bunun fərqindədi.
 
“Qarabağ” bu mövsüm evdə ancaq qələbə qazanıb, APOEL isə heç vaxt ölkəmizdə yenilməyib. Ağdamlılar da dünənədək səfərdən ancaq heç-heçəylə qayıtmışdı. Bu səbəbdən statistikaları kənara qoyub, oyun haqda düşünməliyik. 90 dəqiqə yüksək səviyyədə mübarizə aparmaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin etməliyik.
 
“Qarabağ” oyundan oyuna artırır. Dünən əvvəlki matçlarla müqayisədə daha yaxşı komanda gördük. Amma komanda hələ də vahid mexanizmə bənzəmir, çatımazlıqlar var. Ağdam klubu təkqanad təyyarəyə bənzəyir. Ayltonla Zubirin oynadığı sol cinah əladı, bir-birini tamamlayır, sağda isə Maksimlə Xayme axsayır. Meydanın mərkəzində qərarlaşanlar ağır yük daşısa da, yaradıcılığın yüksək səviyyədə olduğunu deyə bilmərik. Almeydada geriləmə var, Miçel ancaq döyüşür, Slavçev isə zədəli Ozobiçin yerini doldura bilmir.
 
Mahir Emreli dünən mövsümdəki ən yaxşı oyununu keçirdi. Vurduğu qol kritik dəqiqələrə təsadüf etdi, təzyiq yaradan APOEL üçün soyuq duş oldu. O, bir neçə digər epizodda da əla oynadı, rəqibin hücumunu elə müdafiələrində pozmaq üçün əmək sərf etdi. Onu əvəzləyən Maqaye Qeyenin hələ formada olmadığı aşkar görünürdü, lakin topa ilk toxunuşundaca hesabı artırdı. Düzdü, hər şeyi müdafiəçiləri gicəlləndirən Zubir həll etdi, bununla belə, ötürmənin veriləcəyi yerdə olmağı yüksək səviyyəli hücumçular bacarardı - Qeye də orada idi.
 
“Qarabağ” yaxşı bir müdafiəçiyə, orta sahə oyunçusuna ehtiyac duyur. Qrup mərhələsi təmin olunan kimi transferləri yekunlaşdırmaq lazımdı. Ehtiyat qüvvə yetərli deyil, Kintana da əvvəlki səviyyədə oynamır. Vaqner da Silva hələlik pis təsir bağışlamır, amma ağdamlıların daha səviyyəli yeni qolkiperə ehtiyacı var. Komanda yaxşıdı, gəl ki, qrup üçün əlavələrə ehtiyac hiss edilir.
 
Qələbəyə sevinmək üçün tezdi. Hələ pley-offa vəsiqə rəsmiləşməyib. Düzdü, Bakıda 0:1 uduzmaq da sərfəlidi, amma müdafiədə oturub nəticəni qorumaq faciəylə bitər. Əla formada olan Zubir, eləcə də digər cinah oyunçuları əks-hücumlarda çox iş görməli olacaq. Bu şansı əldən vermək olmaz.
 
Bu nəticə sabah meydana çıxacaq “Neftçi”dən də eyni motivasiyanı gözləyirik. Avrokuboklarda qızıl yayın davam etməsi, 2 komandamızın qruplara düşməsi üçün əla şans var. Davamı gəlsin.
 
AĞA

 
tarix: 07-08-2019 12:11


 
Xəbər lenti
14.11.2019

15:53   “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13   Yenə Levandovski

14:46   Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12   Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55   Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51   Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26   Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az