(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Pavloviç: “Bakıda 100 qol vurmağımıza ehtiyac yoxdu”

Pavloviç: “Bakıda 100 qol vurmağımıza ehtiyac yoxdu”

APOEL-in hücumçusu Andriya Pavloviç Kipr mətbuatına müsahibəsində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, Serbiya millisinin üzvü 1:2 hesablı məğlubiyyəti ikinci hissədəki zəif oyunla əlaqələndirib.

- Mərhələ adlamaq üçün Bakıda futbol möcüzəsinə ehtiyacınız olacaq. Azərbaycan klubunu məğlub edə bilərsinizmi?
- Möcüzə? Bakıda 100 qol vurmağımıza ehtiyac yoxdu. İki qol vurmalıyıq və şübhəsiz ki, bunu bacara bilərik. Ümumilikdə bu gün yaxşı çıxış etdik. Oyunun tempinə nəzarət edirdik.  Ancaq bəzi səhvlərə yol verdik ki, bu da bizə baha başa gəldi. Futbolda hər şey mümkündü. Səfərə öz oyunumuzu ən yaxşı şəkildə göstərmək və qələbə qazanmaq üçün yollanacağıq.

- Bunun üçün nələri dəyişməlisiniz?
- Ciddi dəyişikliklərə ehtiyacımızın olduğunu düşünmürəm. Bu komandaya inanıram, bacara bilərik. Çox güclü rəqibə qarşı çıxış edirdik. Cavab matçında ilk hissədəki kimi oynasaq və qərarlarımızda kiçik dəyişiklik etsək, istəyimizə çata bilərik. İkinci hissədə çox top itkisinə yol verdik. Bunu təkrarlamaq olmaz.

- Baş məşqçi sizə nə dedi?
- Heç nə. O, bizi dəstəkləyir. Hər kəsin məyus olması normaldı. Birinci hissədə nəzarət əlimizdə idi. Həmin hissədəki performansı təkrarlamalı və bir qədər də artırmalıyıq.

- "Qarabağ"ın hücumu çox təhlükəli idi. Bu baxımdan müdafiə xəttinin güclənməsinə ehtiyac varmı?
- Məncə, müdafiəçilərimiz yaxşı oynadılar. İlk hissədə rəqib heç nə edə bilmədi. Deyə bilmərəm ki, cavab görüşündə daha yaxşı olmalıdılar. Onlara güvənirəm. (matc.az)


 
tarix: 07-08-2019 12:25


 
Xəbər lenti
25.08.2019

19:19   “Volfsburq”un forvardı Super Liqa klubunda

18:45   “Sabah” “Keşlə”yə qarşı - YENİLƏNİR

18:35   Millimizin üzvü darmadağını kənardan izlədi

17:47   Premyer Liqada rekord təkrarlandı

17:37   Tanınmış futbolçu karyerasını başa vurdu

16:56   Argentinalı hücumçu Super Liqa klubunda

16:24   “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38   Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31   İkardinin yeni forma nömrəsi bilindi

13:54   Qana millisinin üzvü Super Liqa klubunda

13:21   “Fənərbaxça” 6 mövsüm sonra

13:05   Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10   “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53   “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30   Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin gününə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az