(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Slavçev: “Rəqibin oyun sistemi bizi təəccübləndirdi”

Slavçev: “Rəqibin oyun sistemi bizi təəccübləndirdi”

“APOEL çox yaxşı komandadı. Deyə bilərəm ki, rəqibin oyun sistemi bizi təəccübləndirdi”.

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Bolqarıstanlı orta sahə oyunçusu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə keçirilən ilk görüşü dəyərləndirib. 

O, Kipr mətbuatına açıqlamasında səfərdən 2:1 hesablı qalibiyyətlə döndükləri üçün cavab matçında qonaqların işinin çətin olacağını vurğulayıb: “Bakıdakı oyun fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Əlimizdən gələni edəcəyik. Şansların 50/50-yə olduğunu düşünürəm”.

2015/16 mövsümündə Kiprdə "Apollon"un formasını geyinmiş 26 yaşlı Slavçev həmin günləri xatırlayıb və sabiq komandasının indi daha güclü olduğunu söyləyib: "Adətən burda azarkeş dəstəyi daha güclü olardı. Ümumiyyətlə, APOEL haqda danışmaq istəmirəm. Çünki mən Kiprdə "Apollon"da çıxış etmişəm və bu klubun qəlbimdə yeri daim olacaq. Orda gözəl vaxt keçirmişəm. Hazırda “Apollon”da hər şey yaxşıdı, təlim-məşq bazası inşa etdirdilər, yaxşı oyunçuları və güclü baş məşqçiləri var. Məncə, çempionluq uğrunda mübarizə apara bilərlər. Kipr futbolu inkişafdadı. Komandalar güclənir və avrokuboklarda iştirak edirlər”.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:30-da başlayacaq.


 
tarix: 07-08-2019 12:46


 
Xəbər lenti
19.11.2019
18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az