(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Roberto Bordin: “Bununla kifayətlənmək istəmirik”

Roberto Bordin: “Bununla kifayətlənmək istəmirik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah İsrail təmsilçisi “Bney Yehuda”ya qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis oyuna hazır olduqlarını bildirib:

- Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki "Bney Yehuda" çox yaxşı müdafiə olunur. Rəqib İsrail Superkuboku matçında 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu çalışırlar topa daha çox nəzarət etsinlər. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdı. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik.

- Mərhələ keçdikcə gözləntilər daha çox artır. Bu amil komandada gərginlik yaratmır?
- Əlbəttə ki, oyundan-oyuna özümüzün də gözləntilərimiz artır. Bununla kifayətlənmək istəmirik. Yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik. Nəticəni birlikdə görəcəyik.
 
- İsrail komandası hər səhvdən yararlanmağı bacarır. "Arsenal"a qarşı Bakıda keçirdiyiniz oyun üslubuna üstünlük verəcəksiniz?
- Sabahkı oyunun taktikası komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Bir daha qeyd edirəm ki, "Bney Yehuda" bütün komanda ilə müdafiə olunur və rəqibin səhvini gözləyir. Bizə qarşı necə çıxış edəcəklərini bilmirəm. Amma həm müdafiə, həm də hücum baxımından yaxşı təşkilatlanıblar.

- "Bney Yehuda"nın "Arsenal" və "Sperantsa" ilə müqayisədə güclü və zəif cəhətləri hansılardı?
- Hər komandanın fərqli oyun üslubu var. Biz gözəl oyunu və uğurlu nəticəni davam etdirmək istəyirik.

- "Bney Yehuda" sizə daha çox hansı mövqelərdə problem yarada bilər?
- Rəqibi analiz etmişik, necə oynadıqlarını izləmişik. Texnikalı oyunçuları var, əks-hücumdan yaxşı yararlanırlar. Amma bizə qarşı necə oynayacaqlarını bilmirəm.

- Futbolçularınızda eyforiya, yoxsa daha çox özünəinamlılıq hiss edirsiniz? 
- Eyforiya "Arsenal" üzərində qələbə qazandığımız gündə qaldı. Ertəsi gündən hamı bu matça kökləndi. Eyforiya yarandığını deməzdim.

- Ötən mərhələlərdən fərqli, bu dəfə ilk oyunu evdə keçirəcəksiniz. Bu, sizin üçün mənfi, yoxsa müsbət haldı?
- Hər bir oyuna fərqli şəkildə yanaşırıq. Sabah evdə oynayacağıq. Ciddi hazırlaşmışıq. Futbolçular bizi nəyin gözlədiyini bilirlər. Düşünmürəm ki, bizə əks təsir edə bilər.

- "Sumqayıt"ın futbolçusu Əmir Ağayev bildirib ki, "Bney Yehuda"nın "Neftçi"ni keçmək şansı sıfırdı. Ancaq siz ehtiyatlı danışırsınız...
- Əmir Ağayevin niyə belə açıqlama verməsi mənə qəribə gəlib. Sabah hakim fitindən sonra hər iki komanda üçün çox şey dəyişə bilər. Buna görə də onun fikri ilə razı deyiləm. Düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdi, yanlışıq olardı.

- Ömər Buludov, Emin Mahmudov və Baqali Dabonun hazırkı durumu necədi?
- Eminin zədəsi "Arsenal"la ilk oyundan yaranıb. Artıq komanda ilə məşq edir, həmçinin Ömər də. Dabo isə son iki gündü kollektivlə məşq edir. Amma hələ tam hazır deyil. Sevinirəm ki, komandaya qoşulub. Çox güman ki, sabah ehtiyatda olacaq.

- Rauf Əliyev ön xətdə mübarizə aparır və son matçda qol da vurub. Dabo qayıtdıqdan sonra kimə üstünlük verəcəksiniz?
- Rauf çox vuruşur, əzmkarlıq göstərir. Son oyunda da vacib qol vurdu. Bir məşqçi üçün ən xoş məqam bütün heyətin əlinin altında olması olar. Növbəti oyunlarda bütün futbolçuların məşqlərinə baxıb, ən yaxşı "11-liy"i quracam. (matc.az)


 
tarix: 07-08-2019 17:57


 
Xəbər lenti
12.11.2019

19:57   Super Liqada daha bir baş məşqçi istefası

18:37   “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02   Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33   Solari yenidən “Real”da

17:02   “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45   “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23   Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00   Super Liqa klubunda yeni baş məşqçi

15:46   “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28   Turun futbolçusu “Qəbələ”dən oldu

15:09   İngiltərə millisində qalmaqal

14:50   “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36   “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17   “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51   Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38   Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16   Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55   Millimizin rəqibinin heyətində dəyişiklik

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az