(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yossi Abukasis: “Bakıya qələbə üçün gəlmişik”

Yossi Abukasis: “Bakıya qələbə üçün gəlmişik”

İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukassis Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis öncə bunları söyləyib:

“Neftçi" çox güclü komandadı. Bu komanda "Arsenal"ı 3:0 hesabı ilə məğlub etməklə bunu göstərdi. Ancaq bizim bura gəlməkdə məqsədimiz qələbə qazanmaqdı.

- Bakıda qələbə qazanmaq nə dərəcədə realdı?
- "Neftçi" güclüdü. Ancaq hər bir klubun məqsədi qalib gəlməkdi. Biz də bura qalibiyyət üçün gəlmişik.

- "Neftçi"nin böyükhesablı qələbələr qazanması sizi qorxudurmu?
- Bir daha vurğulayıram, "Neftçi"nin güclü futbolçuları var. Bu, təbii ki, bizi narahat edir.

- Keçmiş futbolçunuz, hazırda "Sumqayıt"da çıxış edən Əmir Ağayev bildirib ki, "Bney Yehuda"nın "Neftçi"ni keçmək şansı sıfıra bərabərdi. Buna münasibətiniz necədi?
- Bu, futboldu, istənilən nəticə qeydə alına bilər. Bizim də istəyimiz qələbə qazanmaqdı. Əmirin fikirləri ilə razı deyiləm. Onun sözləri mənim üçün maraqlı deyil. Bizim üçün önəmli olan hər iki görüşdə sərfəli nəticə qazanmaqdı.

- Yəqin ki, "Neftçi"nin "Sperantsa" və "Arsenal"la oyunlarını izləmisiniz. Rəqibi necə üstələyə bilərsiniz?
- "Neftçi"nin zəif və güclü cəhətlərini bilirik. Sabah bundan yararlanmağa çalışacağıq.

- "Neftçi"nin baş məşqçisi Roberto Bordin dedi ki, rəqib 8-9 futbolçu ilə müdafiə olunur. Sabah hansı sistemə üstünlük verəcəksiniz?
- Bu barədə danışmaq istəmirəm. Müdafiədə, yoxsa hücumda oynayacağımızı sabah görəcəksiniz.

- Üç futbolçunu bura gətirməmisiniz. Bunu sizin üçün ciddi itki saymaq olar?
- Əlbəttə. Hər üç oyunçunun yoxluğu bizim üçün itkidi. Ancaq yenə də çalışacağıq ki, öz oyunumuzu göstərək.

- Çox inamlı danışırsınız. "Neftçi"ni keçə bilməsəniz, bu, sizin üçün rüsvayçılıq sayılacaq?
- "Neftçi" çox güclü olsa da, özümüzü uğursuzluğa kökləyə bilmərik. Yalnız uğurlu nəticəyə köklənmişik. Məğlubiyyət haqda düşünmürük. Sabah hələ ilk oyun olacaq. Əminəm ki, qalib ikinci matçdan sonra bilinəcək. Yalnız müsbət məqamlar düşünürük.

- Burdan hansı hesabla qayıtmaq sizin üçün qənaətbəxş olacaq?
- Nəzərə almaq lazımdı ki, "Neftçi" öz meydanında çox yaxşı oynayır. "Arsenal"la burdakı oyunu izləmişəm. Futbolda bütün komandalar qələbə üçün oynayır. Sabah hansı nəticənin bizi qane edəcəyini deyə bilmərəm. Biz qol vurmağa və yaxşı nəticəyə köklənmişik.

- İlk 4 oyunda qol buraxmayan "Neftçi"nin qapısına yol tapmağın yollarını tapmısınız?
- Futbolda hər şey ola bilər. Komanda 4 matçda qol buraxmaya, bir görüşdə bir neçəsini buraxa bilər. Sabah bu seriyanı qırmağa çalışacağıq.

- "Neftçi"nin heyətində kimi lider qismində görürsünüz və ona qarşı nəsə hazırlamısınızmı?
- Heç kimi fərqləndirməzdim. Amma bəziləri "Neftçi"nin oyununu diktə edir. Bunlar, xüsusən də, ön xətdə çıxış edənlərdi. "Neftçi" ümumilikdə çox keyfiyyətli komandadı. Hər bir oyunçusunun fərdi özəllikləri yüksək səviyyədədi. Emin Mahmudov ötən görüşdə zədələnmişdi. Sabah oynayıb-oynamayacağını bilmirəm. Amma əminəm ki, ona da əvəzləyici tapacaqlar. (matc.az)


 
tarix: 07-08-2019 20:50


 
Xəbər lenti
15.11.2019
14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az