(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Elxan Məmmədov və erməni bayrağı

Elxan Məmmədov və erməni bayrağı

Asif Əsgərov, Əmrah Çəlikəl, sizə nə olub? Sizə də 90 dəqiqə erməni bayrağına tamaşa etmək xoş idi? Bəlkə sizin başınız komandanın oyununa qarışmışdı, lakin selfi çəkdirdiyiniz Elxan Məmmədova müraciət edə bilərdiz axı. Yadınıza düşmədi, yoxsa diqqətinə çatdırdız, bacarmadı?
 
Bəlkə onun üçün qəbuledilən idi, amma siz işğal altında olan torpaqları təmsil edən “Qarabağ”ın rəhbərliyisiz axı. Sizin missiyanız təkcə futbol meydanlarındakı uğurlardan ibarət olmamalıdı. O bayrağı rədd etdirmək sizin vətəndaşlıq, yanınızdakının vəzifə borcu olmalıydı.
 
APOEL – “Qarabağ” matçı boyunca Kiprdəki arenada erməni bayrağı nümayiş olundu. Futbolçular qələbəsi ilə onu əski parçası etdi, lakin klubun, oyunu canlı izləyən AFFA-nın baş katibinin olaya seyrçi qalması düşündürücüdü.
 
Bəli, Ağdam klubunun rəhbərliyi matçdan öncə qarşı tərəfə müraciət etdiklərini, stadiona Ermənistan bayrağının keçirilməsi, hər hansı təxribatın qarşısını almaq üçün çalışdıqlarını bildirmişdilər. Fotofakt göstərir ki, qarşı tərəf verdiyi vədə əməl etməyib. Klub matçın gedişində fəaliyyətini davam etdirməli, vədə əməl olunmasını təmin etməliydilər.
 
Klub iddia edə bilər ki, çalışıblar, amma alınmayıb. Ola bilər ki, bu, bir klubun bacarmadığı işdi, halbuki vaxtilə əks nümunələri görmüşük. “Qarabağ”ın başının oyuna qarışdığını nəzərə alır, qismən bəraət veririk. Bəs, Məmmədov hara baxırdı? Başqa vaxt UEFA-da böyük nüfuz sahibi olmasından dəm vururlar, komitə rəhbəri olmasının futbolumuza faydasından bəhs edirlər. Nəticəsi hanı? Elxan bəy UEFA nümayəndəsi, Kiprdən olan həmkarı qarşısında məsələ qaldırıb, bu rəzalətə son qoya bilməzdimi? Selfi çəkdirmək asandı, fonda erməni bayrağını da qoyardız gərək...
 
Elxan Məmmədov hələ açıqlama verməyi də lazım bilib. Millinin məğlubiyyətlərindən sonra gizlənməyə siçan deşiyi axtaran baş katib bu kimi olaylarda səhnəyə qayıtmaq istəyir, varlığını göstərir: “APOEL üzərində qələbə “Qarabağ”, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm. Amma heç bir halda arxayınlaşmaq olmaz. Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır. Təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edir və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.
 
Qələbəyə şərik olmağa çalışan Elxan bəy məğlubiyyətlər zamanı gözə dəymir, belə fürsətləri isə qaçırmır. Çox təəssüf ki, “Qarabağ”ın illərdi uğurları təmin edən, yaradan rəhbərliyi də tora düşüb. Klubun uğurundan bu fürsətbaza nə? Şəkil, ardınca da açıqlama mətbuata ötürülürsə, deməli, məqsəd var. Çünki baş katib bu il “Səbail”lə “Neftçi”nin ev oyunlarını da izləyib, ancaq hər ikisində ağzına su alıb. Məhz “Qarabağ”ın oyununda belə təbliğat aparılması məqsədlidi.
 
Oktyabr yaxınlaşır, kim bilir, bəlkə Elxan bəy bir il öncə reallaşdıra bilmədiyi planına qayıdıb. O vaxt 12 ildi AFFA-da heç bir iş görmədiyi halda bəslədiyi Bernard Lipperti Ağdam klubuna baş məşqçi təyin etdirməsi son anda alınmadı, Abdulbari Gözəl qətiyyətini, müdrikliyini nümayiş etdirdi, ağı qaradan seçdi. Baş katibin məkrli planları isə heç vaxt bitmir, selfi+açıqlama varsa, deməli, yenə qılığa girir. Onu dabbaqdan tanıyırıq.
 
Nə plan qurması öz işidi, ağıllılar onsuz da tələyə düşmür. Mənə maraqlı olan UEFA-da bu qədər nüfuzu olduğu deyilən adamın bir bayrağı yığışdırtdıra bilməməsidi. Bəlkə də zövq alırmış...
 
CAVAD
 

 
tarix: 08-08-2019 10:00


 
Xəbər lenti
22.11.2019

21:33   Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20   Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00   Etopaz əmsalları yüksəltdi

20:53   “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44   “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49   AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35   Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07   Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49   Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19   AFFA Yurçeviçlə yolları ayırır?

18:11   “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00   Vanesyanda olan abır bunlarda olsaydı...

17:49   Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38   “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27   “Borussiya”da yeni müqavilə

17:20   Artur və Elxan Məmmədov

17:00   “Sabah”la oyuna 4 itki ilə

16:44   “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31   Ekşteyn futbol turniri keçirir

16:15   Millimizin heyətində dəyişiklik edildi

15:44   Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31   AÇ-2020: Pley-offun püşkü atıldı

15:21   Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00   Poçettino belə vidalaşdı

14:41   “Azərbaycanlılar futbolçu yox, turistdilər”

14:20   “Fənərbaxça”dan SOCAR-la bağlı açıqlama

14:00   “Azərbaycanla oyunda kədərli qələbə qazandıq”

13:43   Tedesko: “Bu, Quliyevin pis futbolçu olması anlamına gəlmir”

13:21   “Qarabağ”ın 4 qol vurduğu stadiona görə ultimatum

13:03   Susun və gülün, Mircavadov!

12:42   SOCAR “Fənərbaxça”ya sponsor ola bilər

12:24   “Real” Benzema ilə bağlı qərar verdi

11:57   Federasiya prezidentinə cinayət işi açıldı

11:30   Millidə xaos: Bəhreynlə oyundakı qələbənin mükafatı hələ də verilməyib

11:11   Emil Balayev mövsümün ən yaxşısı seçildi

11:01   Balotelli məşqdən qovuldu

10:44   Mourinyo: “Mənə “Tottenhem”də yeni futbolçu lazım deyil”

10:30   Ronaldo üzr istəmədi

10:17   Yurçeviçsiz yığma neçə xal toplayardı?

10:00   Almaniya klubu türk futbolçu ilə müqaviləyə xitam verdi

09:30   “Qalatasaray”ın futbolçusu Belçikada yenə heyətə alınmadı

09:00   “Yuventus”da yeni müqavilə

21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az