(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bney Yehuda” keçiləsi rəqibdi...

“Bney Yehuda” keçiləsi rəqibdi...

Oyunöncəsi sakitlikdir. "Arsenal"la görüşlərdən qabaqkı ajiotajdan əsər-əlamət qalmayıb. Bir tərəfdən müəyyən ictimai eyforiya, rahatlıq, hətta arxayınlıq, digər tərəfdən hər iki düşərgədən ehtiyatlı açıqlamalar...

"Neftçi" elə bir klubdur ki, nəticədən asılı olmayaraq adına layiq iddialar yerində olmalıdır. Qrup yolunda püşk də münasibdir. Ən çətini ruslar idi, onlar da möhtəşəm qələbələrlə əzildi, keçildi. Qalır yeni 4 oyunluq seriyada növbəti sıçrayışa nail olmaq...

İstər "Neftçi", istərsə "Bney Yehuda" çox təmkinli davranırlar. Komandalar bir-birini son ana kimi "oxumaqla" məşğuldu. Psixoloji olaraq israillilərin itirəcəkləri azdı. Ölkələrinin nəhəng klublarından deyil, yüklərinin də ağırlıq dərəcəsi aşağıdır...

"Neftçi"dən isə sadiq tərəfdarları ilə yanaşı bütün Azərbaycan qələbə, növbəti mərhələ, qruplar gözləyir. "Qarabağ"ın demək olar minimum Avroliqa qrupunu yenidən təmin etməsi (olmasa, günah ancaq özlərində olacaq) "Neftçi"dən tələbkarlığı daha da artırır...

"Bney Yehuda" keçiləsi rəqibdir. "Neftçi" böyük ölçüdə cütün taleyini Bakıda həll etməyə çalışmalı, üstünlük qazanmalıdır. Oyun planında, taktiki gedişlərdə düşüncələr müxtəlifdir. Mətbuat konfransında Roberto Bordinin açıqlamaları bir qədər qarışıqlıq yaradır...

İtalyanı obyektiv olaraq tənqid etdiyimiz kimi, "Arsenal"la oyunlarda rəqibə uyğun mükəmməl təhlillərini, taktiki gedişlərini qeyd etdik, müsbət fikirlərimizi bildirdik. Rəqibin yuxarıdan aşağı baxması, ilk oyuna ümumiyyətlə hazırlaşmaması "Neftçi"nin yox, onların problemi idi...

Bakıda isə 2 əsas variantdan ən uğursuz taktikanın seçilməsi "Arsenal"ı çökdürdü. Bilə-bilə ki, indiki "Neftçi"nin ən güclü tərəfi əks-hücumlardı, ruslar yenə eqolarından əl çəkmədilər, "45 dəqiqəyə "Neftçi"ni bitirəcəyik" düşüncəsi ilə başsız atlı kimi meydana atıldılar. Layiqli cavablarını alıb suyu süzülə-süzülə bir milyardlıq çempionatlarına qayıtdılar...

"Bney Yehuda" büdcəsinə, heyətinə, gücünə, ümumi potensialına görə Rusiya "Arsenal"ı deyil. Oyuna yanaşmaqda isə tam fərqli, daha peşəkar davranırlar. Ən təhlükəlisi də "Neftçi"ni doğru olaraq daha üstün görməkləridir...

"Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir... 9-10 nəfərlə yaxşı müdafiə olunurlar... çalışırlar topa daha çox nəzarət etsinlər...fərdi keyfiyyətləri yüksək olan futbolçuları var... əks-hücumlardan yaxşı yararlanırlar... ilk dəqiqələrdən oyuna düzgün yanaşmalıyıq... bacarsaq, sərfəli nəticə qazana bilərik"...

Bu fikirlər Roberto Bordinə məxsusdur. Dağınıq, müəyyən qədər bir-birini təkzib edən təzadlı mülahizələrdir. Start fitindən oyuna doğru yanaşmaq, rəqibi hərtərəfli üstələmək elə baş məşqçinin görüşə necə hazırlaşmasından asılıdır. Eynilə "bacarsaq, sərfəli nəticə qazanarıq" kimi ehtiyat dozasından daha aşağı/yuxarı açıqlamalara da ehtiyac duyulmamalıdır...

"Oyundan-oyuna özümüzün də gözləntilərimiz artır, bununla kifayətlənmək istəmirik". "Neftçi" kimi klubun baş məşqçisi bu tipli açıqlamalardan uzaq olmalıdır. Böyük klublarda gözləntilər oyundan-oyuna artmır, kifayətlənmir, öncədən bəlli olur...

İtalyan ruslarla görüşlərdə "Neftçi"nin nüfuzunu bir daha 100% hiss etmiş oldu. Hədəf qruplardır, əcnəbi məşqçi buna görə "Neftçi"nin sükanı arxasındadır. Təbii ki, hər qələbədən sonra gözləntilər yox, komandanın özünəinamı və ümumilikdə komandaya güvən daha da artır...

Bordin açıqlamasında eyni fikirləri dönə-dönə vurğulayır. Yenidən "Bney Yehuda"nın texnikalı oyunçularını, əks- hücumlardan yaxşı yararlanmalarını, komanda şəklində müdafiə olunmaqlarını, rəqibin səhvini gözlədiklərini təkrar-təkrar yada salır, israillilərin necə oynayacaqlarını bilmədiklərini vurğulayır...

İtalyan əgər Kişinyovda rəqibi "böyüdüb" qələbə qazanmalıyıq deyirdisə, Tulada həmkarını piyada gedişi ilə dolaşdırırdısa, indi sanki özü-özünü labirintə salıb... Hər oyuna fərqli yanaşırıq deməsi də səbəbsiz deyil. Elə anlaşılmazlığın kökü də buradadır...

İndiki "Neftçi", daha doğrusu Bordin, moldovanlar kimi zəifləri çıxmaq şərtilə daxili çempionatda belə rəqiblərə uyğun oyun qurur, ikinci planda çıxış edir. Robertonun bu cəhətdən məşqçilik bacarığı yerindədir, futbolçuları da belə taktiki gedişlərə, sistemə alışdırıb artıq...

Oyun fəlsəfəsi əsasən rəqibə öz oyununu göstərməyə imkan verməmək və kəsərli, sürətli əks-hücumlardan istifadə etməkdir. Rəqib(lər) ikinci planda çıxış etdikdə isə, Bordin çətinlik çəkir. Ona görə yorulmadan "Bney Yehuda"nın sıx müdafiəsini, əks-hücumlarını qabardır, ehtiyat edir...

"Speranta" zəif oyunu ilə belə qapımız qarşısında yüzfaizli qol epizodları yaratdı, "Bney Yehuda" isə yəqin ki, ən azı 3-5 dəfə Avroliqaya layiq olmayan moldovanlardan üstündür. Planlı olaraq təşəbbüsü "Neftçi"yə verib, Bordinin narahat olduğu kimi oynasalar, çətin anlar yaşadıla bilər. Əgər italyan qarşılarını tutarlı gedişlərlə ala bilməsə...

Hazırkı "Neftçi" bir bədəndə olan iki ruhdur. Biri "Neftçi" ruhu, digəri isə Bordin ruhu. "Neftçi"- lider ruhudur, Bordin - ikinci plan ruhu... Roberto ruhunda birinci rolda oynamaq təfəkkürü demək olar ki, yox dərəcəsindədir...

"Neftçi"-"Arsenal", APOEL-"Qarabağ" görüşlərində sürətli əks-hücumlardan vurulan qolların göz önünə gətirilməsi kifayətdir. İtalyanın çəkindiyi, hətta qorxduğu da budur.  Öz taktiki silahı ilə israillilər tərəfindən vurulma təhlükəsi...

Bordinin fikirlərində haçalanma müşahidə edilir. Hansı heyətlə, taktiki quruluşla oyuna çıxacağını tam müəyyənləşdirməkdə çətinlik çəkdiyi hiss olunur. "Neftçi" İstənilən halda birinci rolda oynamaq məcburiyyətində olacaq. "Bney Yehuda"nın ilk dəqiqələrdən "Arsenal" kimi arsenalını önə atacağı inandırıcı görünmür...

Baş məşqçilərinin də mətbuat konfransındakı çıxışı bunu göstərir. "Neftçi"nin güclü komanda olmasını vurğulamaqla, müsbət, mənfi tərəflərini bildiklərini inamla vurğulayır, israillilərə xas olmayan tərzdə dilə gətirir...

"Bney Yehuda"dan çəkinilməməlidir. Roberto Bordinin qərarsızlığı fonunda iki önəmli faktor önə çıxmalıdır. Tribunaları dolduracaq fanat-azarkeşlər özlərini "12-ci oyunçu" yox, meydanda əsas heyətin futbolçuları kimi bilməlidirlər. "Arsenal"la oyundakı möhtəşəm dəstəkdən daha çılğın, daha əzmkarlıq edərək 90 dəqiqə "Neftçi"ni qələbəyə səsləməli, futbolçularda özünəinamı artırmalıdırlar...

Fanatlarla birgə yaradıcı, texnikalı lider futbolçular ümumi ansamblı pozmadan oyunu öz üzərlərinə götürməli, taktiki gedişlərdə müəyyən çətinliklər yaranarsa belə, fərdi ustalıqları ilə görüşün taleyini həll etməlidirlər. Bu günkü oyun motivasiya ilə yanaşı taktiki savaş meydanı olacaq...

Nə Bordin, nə futbolçular, nə də ki, ümumi klub heç nədən çəkinməməlidir. Artıq isinmə hərəkətlərində tribunaların dəstəyi, təzyiqi ilə "Bney Yehuda" psixoloji məğlub edilib start fitindən futbolçuların ixtiyarına verilməlidir. Tamamlaması isə klub, məşqçilər korpusu, futbolçulardan asılıdır...

İsti yay günlərində payız havasının yağışı "Bney Yehuda"nın məğlubiyyət göz yaşları olsun...

Uğurlar, "Neftçi"!

TAHİR SÜLEYMANOV


 
tarix: 08-08-2019 14:16


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az