(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yossi Abukasis: “Nəticə ürəyimizcə olmadı”

Yossi Abukasis: “Nəticə ürəyimizcə olmadı”

İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi. İkinci hissədə sadəcə, müdafiəni düşünürdük. Oyundan əvvəl matçın 2:2 hesabı ilə nəticələnəcəyini desəydilər, razı olardım. Amma 2:0 hesabı ilə öndə olandan sonra belə nəticə ürəyimizcə olmadı.

- Qeyd etdiniz ki, ikinci hissədə müdafiəyə çəkilmişdiniz. Sanki daha çox hesabı qorumağa çalışırdılar. Futbolçuların tez-tez vaxt aparmaları sizin tapşırığınız idi?
- Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdı.

- Evdə də müdafiə futbolu oynayacaqsınız?
- Yenə bu oyuna baxacağıq. Ondan sonra cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik.

- Bu hesabdan sonra şansları yenə yarı-yarıya sayırsınız?
- Bu barədə hələ heç nə deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox güclü komandadı. Təəssüf ki, biz cavab görüşünə qədər əlavə oyunçu sifariş ərizəsinə sala bilməyəcəyik. Ordakı matçın necə nəticələnəcəyini həyat göstərəcək. (matc.az)


 
tarix: 08-08-2019 23:14


 
Xəbər lenti
20.11.2019

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az