(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bordin: “Arsenal” futbol oynayırdı, bu rəqib isə...”

Bordin: “Arsenal” futbol oynayırdı, bu rəqib isə...”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- İlk dəqiqələrdən rəqibin 8-9 oyunçu ilə müdafiə olunacağını gözləyirdik. Hətta bəzən 2 hücumçuları da onlara qoşulurdu. Rəqib bütün komanda ilə müdafiə olunurdu. İlk hissədə geridən hücum qurmaqda çətinlik çəkdik. Bu baxımdan rəqibə əks-hücumlar təşkil etməyə şərait yaratdıq. Hətta hesab 0:2 olmamışdan əvvəl də rəqib qapısında təhlükəli vəziyyətlərimiz var idi. Hesabda geri düşməyimizə baxmayaraq, komanda toparlandı və sona qədər vuruşdu. Müdafiədə bəzi boşluqlarımız var. Bunu həftəboyu düzəltməyə çalışacağıq. Oyunçularımız xarakter göstərdilər. Cavab oyununda da bunu təkrarlamağa çalışacağıq.

- Sizi 2 qol buraxdığınız üçün tənqid edək, yoxsa 11 nəfərlə müdafiə olunan komandaya 2 qol vurduğunuz üçün tərifləyək?
- Sizdən asılıdı. İstəyirsiniz tənqid edin, istəyirsiniz tərifləyin. İlk hissədə arxadan oyun qurmağa çalışdıq. Ötürmələrdə səhv etdik, rəqib də bundan yararlandı. Ancaq komanda toparlandı və xarakter göstərərək, 2 qol vurdu.

- Bu gün Kanenin əvəzinə Platellas çıxış edirdi. Düşünmürsünüz ki, orta sahədə yaranan problem məhz bundan qaynaqlandı?
- Gəlin, oyunu düzgün qiymətləndirək. Həm "Arsenal"a, həm də bugünkü komandaya qarşı oyun tam fərqli oldu. "Arsenal" futbol oynayırdı, bugünkü rəqib isə fərqli idi. "Bney Yehuda"nın bütünlüklə müdafiəyə çəkiləcəyini bilirdik. Belədə Platellasa ehtiyac duydum. Çünki onun topla oynamağı üstündü, fantaziyası var. Hətta sonradan Dabonu da meydana buraxdım. Düşünmürəm ki, qollar buraxmağımıza səbəb bu dəyişiklik oldu.

- "Bney Yehuda"nın müdafiə futbolu oynayacağını dünən mətbuat konfransında da demişdiniz. Bəlkə bu amilin futbolçulara psixoloji təsiri oldu və nəticədə 2 qol buraxdınız?
- Rəqibə qarşı hazırlıq 1 gün çəkməyib. Həftəboyu komandanı buna uyğun hazırlamışıq. Bizə kənardan deyilənlər maraqlı deyil, öz işimizlə məşğul oluruq. Bütün oyunçuların diqqəti bu görüşə idi, yaxşı da hazırlaşmışdılar. Sadəcə, müdafiədən hücum qurarkən səhv etdik və rəqib də bundan yararlandı.

- Bu səhvləri cavab görüşündə aradan qaldırmaq mümkün olacaqmı?
- Komanda qol vurursa, burda tək hücumçunun payı olmur. Eləcə də müdafiə olunanda qol buraxırıqsa, bu, hamının səhvidi. Bunun üzərində işləyəcəyik. Rəqib bütünlüklə müdafiəyə çəkilmişdi. Səhvimiz oyunu ortadan qurmaq idi. Bu da bizə baha başa gəldi. Komandama inamımız böyükdü və inanırıq ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq.

- Bu gün çox aqressiv idiniz. Etirazınız rəqibə idi, yoxsa hakimə?
- Düşünmürəm ki, aqressiv insanam. Rəqib ikinci hissədə futbol oynamadı, vaxt "öldürməklə" məşğul idilər. Hamı qələbəyə hazır idi, bunu istəyirdi. Burda rəqibi də qiymətləndirməmək istəmirəm. Ağıllı oynadılar, düzgün müdafiə olundular və istədikləri nəticəni əldə etdilər.

- Mamadu Mbodj meydana daxil olandan sonra sırf hücumçu kimi oynadı. Onun yenə qol vuracağına inanırdınız?
- Mbodj elə futbolçudu ki, uzun ötürmələr zamanı başla yaxşı çıxış edir. Sonlarda gördüm ki, rəqib bizim qapıya tərəf yaxınlaşmır. Artıq müdafiəçi saxlamağa lüzum görmədim. Buna görə də Mbodju meydana buraxdım ki, hər an qol vura bilər. (matc.az)


 
tarix: 08-08-2019 23:46


 
Xəbər lenti
18.11.2019
17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az