(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Referini əvəzləsəydilər, qalib gələrdik”

“Referini əvəzləsəydilər, qalib gələrdik”

“Neftçi”nin müdafiəçisi Kiril Petrov Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Rusiyalı legioner 2:2 hesabıyla bitən matçı dəyərləndirib.
 
- Bu, futboldur, hər şey baş verə bilər. Əvvəlcədən hesab təxmin etmək doğru deyil.Rəqib əks-hücumlara üstünlük verir. Bunu bilirdik, amma səhvlərə yol verdik. Yaxşı ki, 2 qol vurub oyuna qayıtdıq. Artıq onlara qarşı cavab görüşündə necə oynayacağımızı bilirik.
 
- “Arsenal”ı keçdiyiniz üçün komandada eyforiya yaşanırdı?
- İki mərhələ keçdiyimizə görə komandada eyforiya yoxdu. Bu komandanı tanımasaq da, bir neçə matçına baxmışdıq və necə bir kollektivə qarşı oynayacağımızı bilirdik. "Sperantsa" və "Arsenal"a qarşı necə hazırlaşmışdıqsa, bu dəfə də elə idi.
 
- Daha beş dəqiqə oynasaydınız, qalib “Neftçi” ola bilərdi?
- Hakim daha 5 dəqiqə əlavə etsəydi və referini əvəzləsəydilər, bəlkə də, biz qalib gələ bilərdik.
 
- Hakim niyə “Neftçi”yə qarşı aqressiv idi? “Bney Yehuda” oyunu rahat şəkildə uzada, vaxt öldürə bilirdi...
- Deməzdim ki, bizə qarşı aqressiya olub. Sadəcə, o, oyunu lazım olan şəkildə idarə edə bilmədi. Özü FİFA referisidir, amma ali futbol qurumunun səviyyəsində oyun idarə edə bilməyib. Öz azərbaycanlı hakimlərimizdən şikayət ediriksə, bu referidən nə deyək?
 
- “Neftçi” İsraildə mərhələni keçə biləcək?
- Futbolçularının idmançıya yaraşmayan hərəkətlərinə görə "Bney Yehuda"nı cəzalandırmalıyıq. Futbol vaxtı uzatmaq, qulağını, ayağını tutub meydanda uzanmaq deyil. Onlara futbolun nə olduğunu göstərməliyik.
 
- Onların bu hərəkəti sizi daha da motivasiya etdi və bərabərlik qolunu vurdunuz...
- Məncə, hakim rəqibə belə oynamağa imkan verdi. Təbii ki, bu amil bizi motivasiya etdi. İsraildə burda ikinci hissədə oynadığımız oyunu nümayiş etdirəcəyik.

 
tarix: 09-08-2019 10:34


 
Xəbər lenti
19.11.2019

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az