(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qolları öz səhvlərimiz ucbatından buraxdıq”

“Qolları öz səhvlərimiz ucbatından buraxdıq”

"Neftçi"nin futbolçusu Dario Frederiko Avropa Liqasının III təsnifat mərhələsində Bakıda  "Bney Yehuda" ilə 2:2 hesabı ilə heç-heçə etdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matçi dəyərləndirən braziliyalı səfər matçında uğura inanır.
 
- Diqqətsizliyə görə 2 top buraxdıq. Rəqib bizi əks-hücumda yaxaladı. Komandamız əzmkarlıq nümayiş etdirdi. Sona qədər vuruşduq və bərabərliyə nail olduq.
 
- Rəqib hesabda 2:0 önə keçəndə qalib gələ biləcəyinizi düşünürdünüz?
- Əlbəttə. İlk hissənin sonlarına yaxın vurduğumuz qol bizə daha çox inam verdi.  Fasilədə baş məşqçimiz bir neçə taktiki dəyişikliklər etdi və tapşırıqlarını verdi. Vəziyyəti dəyişəcəyimizə inanmımız böyük idi, bunu bacardıq.
 
- Oyununuzun alınmamağı nə ilə bağlı idi?
- Bacardığım qədər komandaya kömək etməyə çalışıram. Son oyunlar hamı görür ki, “Neftçi” qalib gəlir. Axırıncı iki oyunda iki qola imza atmışam. Deməzdim ki, oyunumuz istənilən kimi alınmır.
 
- Bu gün komandaya kömək edə bildiniz?
- Əlbəttə, inanıram ki, köməyim dəydi. İlk qolda mənim zərbəmdən sonra top Monrozun qarşısına düşdü və qol vurdu. O qolda mənim də payım oldu.
 
- İsraildəki oyunda şansları necə hesab edirsiniz?
- Komandaya inamım böyükdür. Son oyunlar yaxşı çıxış edirik. Güclü komanda olduğumuzu göstərmişik. İsrailə yalnız qələbə üçün gedəcəyik. Öz futbolumuzu oynayacağıq. Buraxdığımız iki qol “Bney Yehuda”nın gözəl oyununa görə deyildi. Qolları öz səhvlərimiz ucbatından buraxdıq. Ona görə də İsraildə nəticənin bizim xeyrimizə olacağına inanıram.
 
- Mətbuatda “Bney Yehuda”nın Tula “Arsenal”ından daha zəif rəqib olduğu barədə yazılanlar sizi arxayınlaşdırmırdı?
- Deməzdim ki, sosial şəbəkələr və mediada verilən şərhlər bizə əks təsir etsin. İndiki zamanda futbolda zəif və güclü komanda anlayışı yoxdur. Bəzən zəif sayılan komanda güclüyə qalib gəlir.  Bu da futbolçuların əzmkarlığından asılıdır. Bunların təsir etdiyini deməzdim.

 
tarix: 09-08-2019 11:57


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az