(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Dadaşovun klubundan daha 2 transfer

Dadaşovun klubundan daha 2 transfer

İngiltərənin “Vulverhempton” klubu heyətini daha 2 yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə “Eştoril”dən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovu transfer edən, amma onu Portuqaliyanın digər klubu “Pasuş de Ferreyra”ya icarəyə göndərən Premyer Liqa təmsilçisi sol cinah müdafiəçisi Siryak Mayunqa və hücumameylli yarımmüdafiəçi Meritan Şabanini də heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Şabani Almaniyanın “Bavariya” klubundan transfer olunub. Almaniyada anadan olan albaniyalı futbolçu Münhen klubunun yetirməsidi. O, geridə qalan mövsümdə “Bavariya”nın əsas komandasında 2 oyun da keçirib. 20 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Fransada anadan olsa da, Mərkəzi Afrika Respublikası yığmasının şərəfini qoruyan Mayunqa isə Lion “Olimpik”inin yetirməsidi. 19 yaşlı futbolçu İngiltərə klubu ilə 2 illik müqavilə bağlayıb.

“Vulverhempton” öz futbolçularından Brayt Enobaxareni də icarəyə göndərib. O, qarşıdakı mövsümdə “Viqan”ın uğurları üçün çalışacaq. “Vulverhempton”da 41 oyun keçirən, cəmi 1 qol vuran 21 yaşlı nigeriyalı forvard ötən mövsüm də “Kilmarnok” və “Koventri Siti” klublarında icarədə oynayıb.


 
tarix: 09-08-2019 19:20


 
Xəbər lenti
16.11.2019

02:15   Millimiz Uelsə qarşı - YENİLƏNİR

01:48   İsveçlə Finlandiya da AÇ-2020-də!

15.11.2019

23:08  Elxan Məmmədovu tapmaq üçün Hacıya üz tutdu - VİDEO

23:03  Sosial şəbəkələrdə ən yaxşı 5 populyar futbolçu

22:55  Çempionlar Liqasında ən biabırçı 5 məğlubiyyət 

22:09  Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47  Emenike yenə klubsuz qaldı

21:05  AFFA-dan Qurbanovun cəzasına endirim

20:40  Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11  “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00  Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49  Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01  Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40  “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20  “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00  Ronaldo rekorda yaxınlaşır

17:41   “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20  “Neftçi”dən darmadağın

17:00  Keyn bunu da bacardı

16:42  AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20  “Real”ın futbolçusu sıradan çıxdı

16:00  Bakıya 1200 uelsli azarkeş gəlib

15:45  “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30  Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15  Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00  Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46  Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30  Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15  İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00  “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41  “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20  Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az