(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ruhsuz “Səbail”, həvəskar ərəblər

Ruhsuz “Səbail”, həvəskar ərəblər

Dünən Bakı Olimpiya Stadionunun ehtiyat meydançası növbəti sınaq matçına ev sahibliyi etdi. Yeni mövsümə hazırlığını davam etdirən “Səbail” bir neçə gün öncə qarşılaşdığı “Əl Salmiyə” ilə növbəti dəfə qz-üzə gəldi.
 
İlk oyunda “dənizçilər” 2:1 hesabıyla qalib gəlmişdisə, bu dəfə heç-heçə qeydə alındı. İlk yarıda hesabı açan bakılılar fasilədən sonra rəqib futbolçunun cinah reydinin qarşısını ala bilmədi. Ərəb futbolçu üç oyunçunu bir-birinə qatıb toru silkələdi.
 
Sınaq görüüşü mövsümöncəsi son matçını keçirən “Səbail”in real durumunu yox, əhval-ruhiyyəsindəki düşkünlüyü ortaya qoydu. Klubdaxili problemlər, maliyyə sıxıntıları sanki hamını kökdən salmışdı. Aftandil Hacıyevin yetirmələrində nəinki komanda ruhu yox idi, hətta futbolçuların imkanlarından xeyli aşağı çıxış etdiyini deyə bilərik. Dilan Duventru və Bilal Həmdinin qəfil ayrılığı, digər legionerlərin də hər an gedə biləcəyi ehtimalı “Səbail”i sarsıdıb.
 
Hacıyev ikinci hissədə xeyli dəyişiklik etdi. Bəzi futbolçular, ümumiyyətlə, şans qazanmadı və çempionatdakı ilk oyunun start heyəti təxminən bəlli oldu. Onların kimliyini qeyd edənlər arasında ilk turda qarşılaşacaqları “Zirə”nin məşqçisi Seymur Rəhimov da var idi.
 
Adil Nağıyevin məşqə çıxmadan “Səbail” forması geyməsi də maraqlı idi. Dünən “Sumqayıt”dan ayrılıb “dənizçi” olan mərkəz müdafiəçisi oyunun böyük hissəsini meydanda keçirdi. Görünür, keçmiş komandası ilə əla toplanış keçirməsi, formada olması Hacıyevin də diqqətindən yayınmayıb.
 
Bakıda toplanış keçmək qərarına gələn Küveytin “Əl Salmiyə” klubuna gəlincə, bu komanda hətta bizim çempionatda aşkar autsayder olardı. Ölkəmizdə 100 min avroya yaxın xərc çəkən, daha çox həvəskar komandaya bənzəyən ərəblər daha öncə “Qəbələ”yə də yenilmişdi. Bir neçə üzvü Küveyt millisində çıxış edən, ən bahalı futbolçusu illik 400 min avro maaş alan “Əl Salmiyə” hətta ruhsuz “Səbail”dən də bərbad təsir bağışlayırdı.
 
Doğrusu, bu komanda ilə qarşılaşmaq böyük riskdi. Futbolçular həvəskar səviyyədə olduğundan adi mübarizələr zamanı kobudluq edirdi. Bunun nəticəsi idi ki, bakılıların bir neçə futbolçusu sarı vərəqə aldı, belə rəftara dözməyib qarşılıq verən Ağabala Ramazanov meydandan qovuldu. Xəsarət alanların zədəsi ciddidisə, ilk turda bundan “Zirə” faydalanacaq.
 
FƏRİD

 
tarix: 10-08-2019 09:14


 
Xəbər lenti
18.11.2019

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az