(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Stuxlik tapıldı: gələn kimi hakimləri yox, jurnalistləri başına yığdı

Stuxlik tapıldı: gələn kimi hakimləri yox, jurnalistləri başına yığdı

Dünən AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün seminar keçirilib. Komitə sədri Frits Stuxlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə avstriyalı seminarın proqramı barədə məlumat verib.
 
Əvvəlcə 20 videoçarxdan ibarət viktorina keçirilib. Sonra Stuxlik Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Oyunlarda mübarizə epizodları, penalti zərbələri, ofsayd qərarları, həmçinin ötən mövsüm Azərbaycan Premyer Liqasında qeydə alınmış maraqlı məqamlardan ibarət videoçarxlar nümayiş olunub, sual-cavab formatında müzakirələr aparılıb. Bundan başqa, videoçarxlardan ibarət viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.
 
Əla təşəbbüsdü, alqışlamaqda fayda var. AFFA-nın mətbuatla əlbir işləməyə cəhd etməsi, körpü yaratması çox yaxşıdı. Bu seminar maarifləndirmək baxımından da yerinə düşdü. Amma...
 
...Amma iş ondadı ki, Bakıya uzun istirahətdən sonra, 4 gündü gələn Stuxlik deyəsən, hakimlərlə jurnalistləri səhv salıb. Avstriyalı sədr çempionat matçlarını qələm əhlinin idarə edəcəyini düşünür. Yoxsa ki, yay boyunca ciddi toplanış keçməyən hakimləri yox, jurnalistləri başına yığmazdı. Bu müddətdə ölkəmizdə olsa, hakimlərin hazırlığına diqqət etsəydi, bu seminar onun işinə əlavə naxış olardı. Stuxlik isə...
 
Hakimlər mövsümə hazır deyil. Komitə üzvü Elçin Məmmədovdan dərs alan hakimlər elə onun səviyyəsind oyun idarə edəcək. Kiminsə keçmişini, əməllərini təkrar açıb-ağartmaq istəmirəm, lakin Elçinin futzal referisi olması faktı, bir neçə gün öncə sabiq-həmkarı Babək Quliyevlə sillə-təpiyə çıxma mədəniyyəti hər şeyi deyir. Hakimlər onun dalaşmasından və başqa əməllərindən nümunə götürməklə çempionatahazırlaşırsa, vay bizim halımıza.
 
Və indi Stuxlik başsız qoyub getdiyi hakimlərin hansı vəziyyətdə olmasını yoxlamaq əvəzinə, seminarı üstün tutub. Sabah çempionat matçlarında hər səhvdən sonra bu məqamdan tez-tez söz salacağıq.

 
tarix: 10-08-2019 10:15


 
Xəbər lenti
14.11.2019

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az