(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
İlk məşqçi istefası harada olacaq?

İlk məşqçi istefası harada olacaq?

Premyer Liqada yeni mövsüm başlayır. Deməli, yenə maraqlı oyunlar, gözlənilməz hadisələr, qəribə proseslər izləyəcəyik. “Qalib gələn komanda, uduzan məşqçi olur” deyirlər. Bu səbəbdən məşqçi istefaları da qaçılmaz olacaq. Elə ilk turlardan sonra uğursuzluğa düçar olanlar öz aqibətini də müəyyənləşdirəcək.
 
Bəs, ilk istefaya əsas namizəd kimdi? Bu sualın cavabını jurnalistlərdən almaq istədik.Onların ehtimalları böyük ölçüdə üst-üstə düşdü.
 
Elçin Cəlilov (Futbolpress.az): “2 namizədim var - Ayxan Abbasov və Aftandil Hacıyev. Ayxan bəy ona görə ki, “Sumqayıt”da istədiyi heyəti yığa bilməyib, əsəbləşib çıxacaq. Hacıyevin komandasında baş verən proseslər də hamıya aydındı. “Səbail”in nəticələri pis olanda ya özü gedəcək, ya da istefaya göndərəcəklər”.
 
İlkin Vaqifoğlu (Sportinfo.az): “Reallıq və mövcud vəziyyət başqadı. Nəyisə nəzərə almaq olar, nizama salmaq bir qədər çətin məsələdi. Eləcə də proqnoz vermək. Ötən mövsümün yekununa əsasən, 3 baş məşqçinin postunu tərk etməsi qaçılmaz idi. Söhbətin kimlərdən getməsi, yəqin ki, aydındı. Lakin hər üç məşqçiyə nəinki “gözün üstdə qaşın var” deyən oldu, hətta onlarla müqavilənin müddəti uzadıldı. Halbuki onlar qarşıya qoyulan məqsədə çatmamışdı və qalmaları üçün səbəb və ya əsas yox idi. Nə möcuzə baş verdisə, həmin klubların rəhbərləri reallığın ziddinə getdi, işğirliyini bitirmədi. Belə götürəndə, Azərbaycanda Qurban Qurbanovdan savayı bütün baş məşqçilərin kreslosunun ayaqları möhkəm deyil. Bircə o dəqiqdi ki, Qurban müəllimi “Qarabağ”dan göndərən olmayacaq. Yalnız özü nə vaxt işini bitmiş sayacaq, onda da “sağ olun, mən getdim” deyəcək. Digərlərinin belə bir səlahiyyəti və krediti yoxdu. Qurbanov “Qarabağ”da istədiyi qədər qalmağa haqq edib. Fikrimcə, Premyer Liqanın yeni mövsümündən çox şey gözləməyə dəyməz. Üç-dörd klub güclənib, üç-dörd klub zəifləyib. İstefaya gəlincə, bu, hələ ilk dövrənin gedişində qeydə alına bilər. Bir yox, bir neçə belə qərarın açıqlanması gözləniləndi. Çempionatın 8 iştirakçısı var, onların da cəmi 2-3-ü müstəqildi. Əksər klublar bir mərkəzdən idarə olunduğundan, rəhbərlərə əsasən “sözəbaxan” məşqçilər sərf edir, nəticə hardasa ikinci dərəcələdi. Normal çempionat keçirilmir ki, normal da proqnoz vermək mümkün olsun”.
 
Rəşad Ergün (Komanda.az): “Bizim futbolda hər şey sanki donub. Son mövsumdən sonra sonuncu yeri tutan komandada da, orta sırada qərarlaşan komandada da baş məşqçilərin işi rəhbərliyi qane etdi. Düşünmürəm ki, mövsumün əvvəllində istefa olsun. Amma mövsumun ortalarına doğru istefa ola bilər. "Sumqayıt"da, "Keşlə"də istefa daha erkən ola bilər. Bir də "Səbail"i əlavə etmək olar. Bu komandalar AFFA-ya bağlıdı və son mövsumlər gostərdi ki, istefalar daha çox federasiyadan maliyyələşən klublarda olur. Bu komandalardan hansısa birində uğursuzluq baş məşqçinin başında çatlayacaq”.
 
Anar Xanlarov (Rekord.az): “Bir neçə tur ardıcıl uğursuzluq fonunda Qurban Qurbanovdan başqa istənilən məşqçini bu təhlükə gözləyir. Bu sırada kimin ilk olacağı ilə bağlı konkret ad çəkmək çətindir. Uğursuzluq şansı daha yüksək olan klublar sırasında "Səbail", "Qəbələ" və "Sumqayıt"ı qeyd edərdim. Amma mənə görə bu təhlükəyə ən yaxın şəxslər Aftandil Hacıyevlə Ayxan Abbasovdur. Çünki "Qəbələ" rəhbərliyi sübut etdi ki, uğursuzluq olsa belə, onlar Sənan Qurbanova inanırlar.  "Səbail"in durumu ortadadır. Pulsuz hara qədər oynaya bilərsən? Düşünürəm ki, uğursuz nəticələr bir-birini əvəz eləsə, Hacıyev postunda çox qalmayacaq. Heç pulsuz işləmək onu da çətin ki, razı sala. "Sumqayıt"da isə vəziyyət fərqlidir. Burada rəhbərlik Ayxan Abbasovdan  ikiəlli yapışıb. Amma düşünürəm ki, "Sumqayıt" mövsümə uğursuz start verib 3 tur qələbəyə həsrətq qalsa, Abbasov özü başını götürüb "Sumqayıt"dan qaçacaq”.
 
Amal Abuşov (Sport7.az): “Çox güman ki, Ayxan Abbasov olacaq. "Sumqayıt" artıq ciddi bir elita klubu olmaqdan çıxıb, Riad Rəfiyev özü də bu "layihə"yə barmaqarası baxır. İlk 3 turdan sonra Abbasovun əsəbləri tab gətirməz və 3-cü cəhddə gedər”.
 
Şamo Quliyev (Report.az): “Komandaların heyətlərini və yay fasiləsində klubların transfer bazarındakı fəaliyyəti nəzərə alsaq, "Qarabağ" və "Neftçi"nin çempionluq uğrunda mübarizə aparacaqlarını, "Zirə" və "Sabah"ın isə "üçlüy"ə düşmək baxımından iddialı olacağını söyləyə bilərəm. İstefaları isə digər 4 klubdan - "Səbail", "Keşlə", "Sumqayıt" və "Qəbələ"dən gözləmək olar. İlk baş məşqçi dəyişikliyinin "Səbail" və ya "Qəbələ"də olacağını təxmin edirəm".
 
Sənan Abdullayev (Xəzər TV): “Məncə, ilk olaraq Aftandil Hacıyev istefa verəcək. Hətta bunun mövsüm başlayana qədər reallaşmaq ehtimalını yüksək sayıram. Bir məşqçinin gözünün önündə hamı rahatlıqla çıxıb gedirsə, o da çox qala bilməz. Çünki qısa müddətdə, amma böyük əziyyətlə qazanılan uğurun asanlıqla "çeynənmək" şansı var. İkinci yerdə Samir Abasovdu. Məhz onun tələbiylə "Zirə" üçün ən pik səviyyədə xərclər - transferlər edilib. Bunu cüzi də olsa, ona bağışlamayacaqlar. Mənə görə Abasov ən böyük səhvi əldə olan pulu yerlilərə xərcləməklə edib. Bizimkilər onu şamsız qoyacaqlar. Digər ehtimal Ayxan Abbasovdu. Bu komanda ilə nəsə edəcəyinə inanmıram. Hə, bir də ilk gündən çemodanına ən sıx oturan məncə, Elşad Əhmədov olacaq. "Sabah"ın böyük hədəfləri çox ağır yükdür. Qaldırmaq çətin olacaq”.
 
İxtiyar Əsgərov (Matc.az): “Fikrimcə, qış fasiləsinədək 3 komandada məşqçi istefası reallaşa bilər. Bunlardan ikisi avrokuboklarda mübarizəni dayandıran klublardı. "Səbail" daxilində baş verən son proseslərdən sonra Aftandil Hacıyevin yaza "sağ-salamat" çıxacağına inamım çox azdı. Avrokuboklardakı uğursuzluğun ardından bəzi legionerlərlə yollar ayrılıb, bir neçə yerli futbolçuların da komandadan gedəcəyi barədə xəbərlər var. Bu səbəbdən iddiası azalan "Səbail"in ardıcıl xal itkilərindən sonra Hacıyev postunu itirəcək. Avrokuboklarda Tiflis "Dinamo"su ilə görüşlərdə qapısından 5 top cavabsız buraxan "Qəbələ"də ən zəif bənd baş məşqçi Sənan Qurbanovdu. Səhv eləmirəmsə, ötən mövsüm "Zirə" ilə görüşdən sonra Qurbanov komandadan getmək fikrinə düşmüşdü. Yəqin ki, bu dəfə rəhbərlik ona nə vaxt verəcək, nə də güzəşt edəcək. Elə "Zirə"nin baş məşqçisi Samir Abasov da iynə üstündə oturub. Onun ötən mövsümün sonunda istefaya göndəriləcəyi gündəmdə idi. Amma son anda nə baş verdisə, Abasov müəyyən qüvvələrin sayəsində komandada qaldı, əvəzində təxminən 1 ay öncə isə klub prezidenti Natiq İsmayılov gözlənilmədən istefa verdi. Görünən odu ki, "Zirə"də Abasovdan razı deyillər. Futbolçular, inzibati heyət onlarla bəzən təhqiredici tonda danışan Samir bəydən narazıdı. Azərbaycan reallıqları var, yəqin ki, "torba" bahasına olsa belə, Abasov mövsümü "Zirə"də başa vurmayacaq”.

 
tarix: 12-08-2019 10:00


 
Xəbər lenti
25.08.2019

19:31   “Sabah” “Keşlə”yə uduzur - YENİLƏNİR

19:19   “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35   Millimizin üzvü darmadağını kənardan izlədi

17:47   Premyer Liqada rekord təkrarlandı

17:37   Tanınmış futbolçu karyerasını başa vurdu

16:56   Argentinalı hücumçu Super Liqa klubunda

16:24   “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38   Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31   İkardinin yeni forma nömrəsi bilindi

13:54   Qana millisinin üzvü Super Liqa klubunda

13:21   “Fənərbaxça” 6 mövsüm sonra

13:05   Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10   “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53   “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30   Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin gününə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az