(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Tomas Doll: “İlk oyunla müqayisədə çox şeyi dəyişdik”

Tomas Doll: “İlk oyunla müqayisədə çox şeyi dəyişdik”

“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”. 

Futbolinfo.az xəbər verir ki, bunu APOEL-in baş məşqçisi Tomas Doll deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan Kipr təmsilçisi evdəki məğlubiyyətə (1:2) baxmayaraq, səfərdə 2:0 hesablı qələbə qazanaraq, pley-offa yüksəlib.

Oyunsonrası mətbuat konfransında almaniyalı mütəxəssisin qələbə şərhi belə olub: “Komandamızın oyunundan razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidi. Rəqibin də şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapımızda qol görməmək böyük klub üçün əla nəticədi”.

- Penaltidən vurulan qol qələbənizdə həlledici rol oynadı. Necə düşünürsünüz, penalti olmasaydı, evə əliboş qayıtmayacaqdınız?
- (Gülür) Xeyr. Kiprdəki matçdan fərqli oynadıq. Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olanı komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular.

- Qələbədə açar rolunu nə oynadı?
- İlk növbədə cəsur, ürəklə oynamağımız. Çox qaçmağımız çox vacib idi. İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə qalibiyyətə layiq idik.

- Komandanız fiziki cəhətdən hazırlıqlı görünürdü. APOEL-in mərhələ keçməsində sabiq baş məşqçinin nə dərəcədə payı var idi?
- Şübhəsiz ki, Paolo Trametsaninin də əməyi var. Mən cəmi 4-5 gündü burdayam. Həmin vaxt köməkçi işləmiş məşqçi də hazırda bizimlədi. O, keçən il komanda ilə çempion olmuşdu. Qələbə üçün mən xüsusi bir şey etmədim. Bunu futbolçularla da demişdim. Bunun üçün heç vaxtım da yox idi. Çox xoşbəxtəm. Sabiq baş məşqçimizə təşəkkürümü bildirirəm.

- Dünənki mətbuat konfransında deyildi ki, 3 futbolçunuz çıxış etməyəcək. Siz isə bildirdiniz ki, kifayət qədər geniş heyətimiz var. Sizcə, bugünkü qələbədə futbolçuların istəkli olması, yoxsa keyfiyyətli heyət mühüm rol oynadı?
- Mənim ilk işim komandada özünəinam yaratmaqdı. Komanda 12-13 oyunçudan ibarət deyil. Əsas odu ki, onlar mənə inansınlar. Müasir futbolda hər hansı bir futbolçunun yoxluğunu düşünsən, növbəti mərhələyə keçmək şansın yoxdu. Bütün bu faktorlar bizim qələbəmizdə mühüm rol oynadı.

- İlk matçla müqayisədə tam başqa futbol oynadınız. Siz istəkli olmağı qabartdınız. Lakin komandanız həm də kompakt oyunla diqqət çəkdi və 2-3 dəfə sistemi dəyişdiniz. Taktiki baxımdan nələri dəyişmişdiniz?
- Bu, önəmli idi. Matça hərtərəfli hazırlamışdıq. 1:0-a kimi 4-3-3-lə çıxış etdik. Ancaq ikinci hissədə müdafiədən çıxmaqda çətinlik çəkdik, rəqibin təzyiqi ilə üzləşdik. Həmin ərəfədə hücumçunu geri çəkdik. Sonradan ikinci qolu vurmaq üçün yenidən 4-3-3-ə qayıtdıq. Çətin olsa da, istədiyimiz nəticəni qazana bildik. (matc.az)


 
tarix: 13-08-2019 22:53


 
Xəbər lenti
25.08.2019

19:31   “Sabah” “Keşlə”yə uduzur - YENİLƏNİR

19:19   “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35   Millimizin üzvü darmadağını kənardan izlədi

17:47   Premyer Liqada rekord təkrarlandı

17:37   Tanınmış futbolçu karyerasını başa vurdu

16:56   Argentinalı hücumçu Super Liqa klubunda

16:24   “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38   Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31   İkardinin yeni forma nömrəsi bilindi

13:54   Qana millisinin üzvü Super Liqa klubunda

13:21   “Fənərbaxça” 6 mövsüm sonra

13:05   Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10   “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53   “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30   Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin gününə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az