(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “Mən razı qaldım”

Qurban Qurbanov: “Mən razı qaldım”

“Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə qarşılaşan Azərbaycan çempionu səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, doğma arenasında məğlub olaraq (0:2), Avropa Liqasının pley-offuna yuvarlanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Futbolda bəzən düşünmədiyin nəticələr olur. Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bizim bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldı. Çempionlar Liqasında davam etməyi çox istəyirdik. Bəzən həddən artıq zəif oyunla, bəzən də güclü oyunla məğlub olursan. Bu, bizim işimizdi. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.

- “Qarabağ” adətən uduzanda da baxımlı oyun göstərir. Bu gün isə bunu görmədik. Oyun sizi qane etdimi?
- Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən qol epizodları verdik. Açığı, mən razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur.

- Slavçevin yerinə Kintananı meydana tez salmaq olmazdımı? Və “Qarabağ”ın ehtiyatında az oyunçunun olması sizi narahat etmir?
- Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişinə görə addım ataq. İki oyunçumuz zədəli idi: Bədavi və Ozobiç. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı.

- Avropa Liqasına görə çempionat oyununun təxirə salınması üçün PFL-ə müraciət etməyəcəksiniz?
- Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdı. Təxirə salma yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik.

- Rəqib sizi nə ilə təəccübləndirdi?
- Təcrübəsi ilə. Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdi avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdu. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Narahatlığım o idi ki, həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludu. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik.

- Futbolçular 0:2-dən sonra sanki dünyanın sonu imiş kimi davrandılar. Ruh düşkünlüyünü aradan qaldırmaq çətin olmayacaq?
- Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq.

- Hakimliklə bağlı nə deyərdiniz?
- Bəzi epizodlarda narazılığımız oldu. Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar.

- Ozobiç uzun müddət sizə kömək edə bilməyəcək və Bədavi də sağalmayıb. Bu heyətlə Avropa Liqasında nəyə ümid edirsiniz?
- Üstəlik, Rahil də qarşıdakı oyunu buraxacaq. Amma ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm. (matc.az)


 
tarix: 13-08-2019 23:09


 
Xəbər lenti
25.08.2019

20:02   “Sabah” “Keşlə”yə uduzur - YENİLƏNİR

19:53   Turabov Super Liqada debüt etdi

19:19   “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35   Millimizin üzvü darmadağını kənardan izlədi

17:47   Premyer Liqada rekord təkrarlandı

17:37   Tanınmış futbolçu karyerasını başa vurdu

16:56   Argentinalı hücumçu Super Liqa klubunda

16:24   “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38   Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31   İkardinin yeni forma nömrəsi bilindi

13:54   Qana millisinin üzvü Super Liqa klubunda

13:21   “Fənərbaxça” 6 mövsüm sonra

13:05   Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10   “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53   “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30   Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin gününə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az