(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Gözəl: “Bundan artığına imkan yoxdu”

Tahir Gözəl: “Bundan artığına imkan yoxdu”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb:

- Bilirsiniz, tariximizdə nəticəyə bu qədər yaxınlaşmamışdıq. Əslində, pis taleyimizin başlanğıcı Kiprdəki ilk matçda son saniyədə buraxdığımız qol oldu. Bu, futboldur. Həmişə yaxşı oynayan sevinmir. “Qarabağ” layiqli oyun göstərdi. Bizim çox şansımız oldu. Rəqibin iki epizodu oldu və qola çevirdilər. Bu duruma çox üzülürəm.

- İlk oyunda “Qarabağ” 90+5-də qol buraxmasaydı, bu gün fərqli ola bilərdi?
- Əlbəttə, olmasaydı, bu gün bəlkə də, fərqli olacaqdı. Dediyim kimi, futbolda belə hallar olur. Qarşıda oyunlarımız var. “Qarabağ” Avropada yoluna davam etməlidir. Paltardəyişmə otağında hamıya ürək-dirək verdim. Təbii ki, hamı üzülür. Çox istəyirdik ki, burdan sevinclə ayrılaq. Azarkeşlər “Qarabağ”a son saniyəyə kimi dəstək oldu. Xalqımıza təşəkkür edirəm. Macəramız bitməyib, davam etməliyik.

- Futbolçularda arxayınlıq var idi, yoxsa APOEL yeni baş məşqçisi ilə fərqli oynadı?
- Təzə baş məşqçiləri onlara yeni ruh gətirdi. Bu, faktdır. Arxayınlıq demək düz deyil. Mən rahatlıq görmədim. APOEL böyük klubdur. Rəqibin 11 nömrəli futbolçusu 6 milyon avroluq futbolçudur. Onlara qiymət verməliyik. Avropa klubuna aşağı baxmaq olmaz. Bizdə alınmadı.

- UEFA nümayəndəsi ilə nə söhbət edirdiniz?
- Həmin şəxs Bosniya və Herseqovinadandır. 1995-ci illərdə universitetdə tələbə olmuşam. Həyatımın bir ilini Bosniyaya pul toplamaq üçün keçirmişəm. Məscidləri dolaşıb, o ölkə üçün pul yığırdım. Bosniya və Herseqovinaya qarşı sevgim var. Bunu ona deyirdim. Bosniyaya gedəndə onu ziyarət etmək istədiyimi bildirdim.

- Baş məşqçilərin duelində Tomas Dollun qalib gəldiyini söyləmək olar?
- Bunu deməzdim. “Qarabağ” çox gözəl oynadı. İlk oyunda APOEL uduzmuşdu. Burda itirəcəkləri heç nə yox idi. Futbol və həyatda da belədir.

- Yunanların sevdiyi komandaya uduzmaq sizə necə hisslər yaşadır?
- Mən qarşı tərəfə heç vaxt fikir vermirəm. Mənim bir istəyim var: “Qarabağ”ın adını dünyaya tanıtdırmaq! Biz APOEL rəsmilərini qəbul etdik, onlara çətin vəziyyətimizi dedik. Tariximizdən bəhs etdik, nələr yaşadığımızı söylədik.

- Hədəf Avropa Liqasının qrup mərhələsinə düşmək olacaq?
- Əlbəttə, Monteneqro və İrlandiya çempionları duelində mərhələ keçən komandaya rəqib olacağıq. Bizə növbəti oyun çox vacibdir. İnanıram ki, yaxşı olacaq.

- “Qarabağ”a yeni transfer lazım deyil?
- Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdır. “Qarabağ”ın sponsordan başqa gəlir yeri yoxdur. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik. Futbolçulara bu tərəfə gəlmək istəmir. APOEL ötən mövsüm futbolçu satışından 9 milyon avro gəlir əldə edib. Kipr Avropa Birliyinin parçasıdır. “Qarabağ”ı “Azersun” şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdu.


 
tarix: 14-08-2019 01:34


 
Xəbər lenti
12.11.2019

17:33   Solari yenidən “Real”da

17:02   “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45   “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23   Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00   Super Liqa klubunda yeni baş məşqçi

15:46   “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28   Turun futbolçusu “Qəbələ”dən oldu

15:09   İngiltərə millisində qalmaqal

14:50   “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36   “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17   “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51   Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38   Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16   Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55   Millimizin rəqibinin heyətində dəyişiklik

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az