(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Kiprdə doğulan, Bakıda dəfn olunan ümid

Kiprdə doğulan, Bakıda dəfn olunan ümid

“Qarabağ”ın pis oynadığını demək ədalətsizlik olar. Hətta hər iki hissənin əvvəlində ağdamlılar mükəmmələ yaxın futbol sərgiləyirdi. Anlaşma, sığortalama, topsaxlama – hər şey ən yaxşı şəkildə idi.
 
Lakin APOEL-in çempionumuzdan bir üstün cəhəti var idi, onu da silaha çevirib, dəqiq atəş açdılar. Motivasiya – Tomas Dollun Kipr klubu futbolçularına 5 gün ərzində aşıladığı yeganə “taktika” bu idi. Həmin heyət, həmin komanda idi, heç nə dəyişməmişdi. Alman məşqçi futbolçuları həlledici döyüşə hədsiz inamla, istəklə çıxarmağı bacardı. Onları başa saldı ki, itriləsi heç nə qalmayıb, bütün risklər keçərlidi, qumar oynadı və qazandı.
 
Çempionlar Liqasının pley-offuna vəsiqə “Qarabağ”a 5 milyon avro, eyni zamanda minimum Avropa Liqasının qrupuna vəsiqəni gətirəcəkdi. Həlledici oyunlarda isə “Ayaks”la rahat oynamaq, bəxti sınamaq olardı. Alınmadı. İndi isə “Linfild”lə matçlar var və Şimali İrlandiya klubunu keçib qrupa düşmək şərtdi. Ağdamlılar yəqin ki, növbəti səhvi etməyəcək və dişinə uyğun rəqibi yolundan təmizləyəcək.
 
APOEL güclü rəqib idi. Kiprdə bəxt də üzümüzə güldü, hər şey alındı və qələbə qazandıq. Lakin elə orada son saniyələrdə buraxdığımız qol (2:1) bəlkə də dünənki oyunun ssenarisinin başlanğıcı idi. Rəqib özü üçün ümid qığılcımı yaratdı, Bakıda isə onu alova çevirdi.
 
“Qarabağ”ın əleyhinə olan digər amil rəqibdəki baş məşqçi dəyişikliyi idi. Ağdamlılar ilk oyunda APOEL-i əla analiz etmişdi və buna uyğun oyun qurub, qələbə qazandı. İki matç arasında reallaşan istefa və yeni təyinat isə hər şeyi dəyişdi. “Qarabağ” faktiki olaraq, sirli, nə edəcəyi tam bilinməyən rəqibə qarşı oynamalı oldu. APOEL-in hansı simaya büründüyünü, necə dəyişdiyini məşqçilər korpusumuz çözə bilmədi.
 
Tomas Doll futbolçularına yalnız motivasiya verməmişdi, oyun planında da dəyişiklik etmişdi. Kiprlilər bu dəfə daha sürətli, eyni zamanda istəkli oynadı, bütün komanda ilə pressinq tətbiq etdi, axsayan nöqtələrimizi tapıb, həmin futbolçuları səhvə zorladı. “Qarabağ”ın yaşlı, ləng oyunçuları qol buraxdığımız epizodlarda baş rolda idi, yarımmüdafiəmizin mərkəzi təzyiqə dözmədi. Alman məşqçi təhlükəli sol cinahımızı ustalıqla zərərsizləşdirdi və motivasiyalı oyunçular onun tapşırıqlarını dəqiq yerinə yetirdi. Bu, həm də əvvəlki məşqçidən narazı oyunçuların özünütəsdiq matçı idi, qələbəylə bütün günahı onun boynuna yüklədilər.
 
Bəs, “Qarabağ” nə etdi? Rəqibin sürprizlərinə qarşı heç nə! Qurban Qurbanov yetərsiz heyəti pis hazırlamamışdı, lakin sürprizlərə meydanda cavab vermək mümkün olmadı. Ağdamlılar ilk 20 dəqiqədə meydanda diqtə edən tərəf olsa da, rəqib oyunumuzu tutan kimi B planını işə salıb arzuladığı qolları vurdu. Qonaqların motivasiyasına bizimkilərin həyəcanı da əlavə olununca hər şey bitdi.
 
Qurbanovun israrla Simeon Slavçevi oynatmasının səbəini bilmirəm. Dani Kintananın zədəsi yox idisə, bəlkə də onun meydanda olması daha çox fayda verərdi. Amma iş ondadı ki, ansamblı pozan, epizodlar zamanı çatdırmayan, bəzən köntöy görünən bolqar yarımmüdafiəçi iki real qol şansı qazandı. Ümumiyyətlə, çoxsaylı belə fürsətlər boşa verilincə, Riçard Almeydanın zərbəsi dirəkdən dönüncə rəqibin qələbəyə inamı da xeyli artdı.
 
İlk qol zamanı günahkar kimi Rəşad Sadıqov göründü. Bu mövsümü çox əla keçirən kapitan bəlkə də həmin anda daha diqqətli ola, penaltiyə şərait yaratmaya bilərdi. Lakin o da ani qərar verməli oldu, oyundaşlarını sığortalayarkən çətin situasiyaya düşdü. Səhv zənciri Miçel Madeyra ilə bu mövsüm heç cür özünə bənzəməyən Maksim Medvedevin anlaşmamasından başlamışdı və onların yersiz top itkisi faciəvi nəticənin start nöqtəsi oldu.
 
İkinci qol isə birbaşa Riçard Almeydanın vicdanına yazılmalıdı. 10 saniyə içində iki dəfə rəqibin pleymeykeri kimi oynayan braziliyalı top itirdi, onu rəqibə bağışladı və 2:0...

“Qarabağ” bu qolları buraxınca rəqibiylə rolları dəyişdi. İndi oyunu ən azı əlavə vaxta daşımaq üçün məhz bizimkilər qol vurmalı idi. Lakin futbolçularda nə güc, nə motivasiya tapıldı. Ehtiyat qüvvə də yetərli olmayınca məğlubiyyət qaçılmaz oldu. Qurbanovun son dəqiqələrdəki əvəzetmələri, xüsusilə Araz Abdullayevin sol cinah müdafiəçisi kimi oynadılması avantüraya oxşayan risk idi – tutmadı. Beləcə Kiprdə qazanılan böyük şans beləcə əldən verildi.
 
ÇL-lə bağlı ümidlər bitdi. Bu ümidlər əslində, püşk atılarkən böyük deyildi, Ağdam klubu Kiprdəki qələbə ilə onu böyütmüşdü. Daha təcrübəli APOEL dünən ədalətin yerini tutması üçün çalışdı, onlara “Qarabağ” özü də “kömək etdi”. İndi böyük bir eranın bitməməsi üçün “Linfild” üzərində qələbələr vacibdi. Əks halda, Ağdam klubunda çox şey dəyişə bilər.
 
FƏRİD
 
P.S.: “Qarabağ” bu oyunu həm də rəhbərliyi Kiprdə selfi edərkən uduzmuşdu. AFFA-nın baş katibi Elxan Məmmədovun ayaq basdığı yer viran olur. “Çelsi”yə 0:6 uduzulan oyundan öncə də belə olmuşdu…

 
tarix: 14-08-2019 09:17


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az