(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"Arsenal" "Bney Yehuda"dan güclü idi"

"Arsenal" "Bney Yehuda"dan güclü idi"

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev İsraildə “Bney Yehudaya”uduzaraq (2:1), mübarizəni dayandırdıqları Avropa Liqasının III təsnifat mərhələsininin cavab matçından sonra müsahibə verib. O, əvvəlki rəqibin daha güclü olduğunu bildirib.
 
- Oyun barədə nə deyə bilərsən?
- İlk matçda öz evimizdə 2:2 oynadıq və rəqibə böyük üstünlük verdik. Ağır oyun olacağını bilirdik. Bizə qələbə lazım idi. Buna görə də hücuma atılmışdıq. Rəqib əks-hücumdan istifadə edib, hesabı açdı. Bundan sonra işimiz daha da çətinləşdi. Boşluqlarımız çox oldu, rəqib də onlardan istifadə edib, qollar vurdu. Əziyyət çəkib, bura kimi gəlmişdik, artıq oldu, bitdi, qarşıya baxmaq lazımdı. Çempionatı düşünməliyik.
 
- “Bney Yehuda” hər iki görüşdə öz oyununu diqtə etdi. Bakıdakı matçdan sonra gözlənilirdi ki, “Neftçi” əks-hücumların qarşısını alacaq, fərqli futbol oynayacaq, ancaq dəyişiklik görünmədi...
- Rəqib əks-hücumlarda çox yaxşı idi, sürətli futbolçuları var. Bu gün müdafiə futbolu oynamağımız mümkün deyildi, qol vurmalıydıq. Hücuma atıldıq, onlar da boşluqlarımızdan istifadə etdilər.
 
- Fasilədən sonra gözləmək olardı ki, komanda uzaq məsafələrdən zərbələrə üstünlük veriləcək. Sən meydana buraxılanda belə tapşırıq oldu?
- Məşqçinin tapşırıqları təbii ki, var idi, mən də çalışırdım yerinə yetirim. Zərbə vurmaq istəyirdim, ancaq rəqib imkan vermirdi. Buna görə çətinlik çəkirdik.
 
- Ümumiyyətlə, qapıya niyə zərbələr yox idi? İlk zərbə 78-ci dəqiqədə vuruldu...
- Çünki rəqib kompakt, yaxın oynayırdı. Qapıya zərbə vurmaq çox çətin idi. Biz kənardan hücum qurmaq istəyirdik, rəqib orta xətti bağlamışdı. İstəyirdik, cinahlardan boşluq tapaq, bu da alınmadı.
 
- Düşünmürsən ki, “Neftçi” belə komandalara qarşı çox çətinlik çəkir? “Arsenal” fərqli oynayırdı və onlara qarşı hər şey alınmışdı...
- “Arsenal” bunlardan çox güclü komandadı. Oyun alına da bilər, alınmaya da. Bizim futbolumuz bu deyil. Daha yaxşı oynaya bilərdik, ancaq alınmadı.

 
tarix: 16-08-2019 09:28


 
Xəbər lenti
20.11.2019

00:30   Millimiz Slovakiyaya uduzur - YENİLƏNİR

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az