(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

İlk qolu "Neftçi" vursaydı...

İlk qolu "Neftçi" vursaydı...

"Oyun fərqli ssenaridə başlasaydı və ilk qolu "Neftçi" vursaydı, həyat bizim üçün çətinləşərdi" - bunu "Bney Yehuda"nın hücumçusu Dor Jan deyib.
 
Avropa Liqasının III təsnifat mərhələsində Bakıda "Neftçi" ilə qollu bərabərliyə (2:2) nail olan İsrail təmsilçisi doğma arenasında 2:1 hesablı qələbə qazanaraq, mübarizəni davam etdirib. Petah Tikvadakı görüşdə ilk qolun müəllifi olan Jan yerli mətbuata müsahibəsində bunun onlara böyük üstünlük gətirdiyini söyləyib: "İlk qol çox önəmli idi və bu, bizə böyük üstünlük qazandırdı. "Neftçi" böyük və peşəkar klubdu. Onların rəqibimiz olduğunu bildiyimiz gündən etibarən oyun planları, hər futbolçuları, güclü və zəif cəhətləri barədə araşdırmalar apardıq. Çalışmalarımız bəhrəsini verdi və layiqli qələbə qazandıq".
 
25 yaşlı forvard qələbəni qeyd etməyin vaxtı olmadığını deyib. O, pley-off mərhələsindəki rəqib "Malmö"nü daha güclü komanda hesab edir: "Ötən mövsüm mənim üçün əla keçdi. İlk ilim olduğundan, komanda yoldaşlarımın çox dəstəyini gördüm. Bu mövsüm isə həm fərdi, həm də komanda şəklində irəliləyişə nail olmaq istəyirəm. Avropa Liqasındakı ilk iki oyunumuz da uğurlu alındı. Ancaq "Neftçi" üzərində qazanılan zəfəri bayram etməyə vaxtımız yoxdu. Başa düşməliyik ki, hələ elə də böyük iş görməmişik. İndi "Malmö" ilə ilk oyuna yüksək səviyyədə hazırlaşmalıyıq. Çünki budəfəki rəqib "Neftçi"dən də güclüdü. Hesab edirəm ki, xəyallarımızın dalınca getməliyik. İsveçdən evə sərfəli nəticə ilə dönəcəyimizə inanıram".
 
Dor Jan qazanılan uğurun sirrini çox çalışmaqda görür: "Komandamızın çox dəqiq DNK-sı var və baş məşqçimiz bunu yaxşı diktə edir. Siz bunu ötən mövsümdən görürdünüz. Futbolçular qərarlı, uğura ac və öyrənməyə meyillidilər. Çox çalışdığımız zaman istədiyimizi ala bilirik. Bəziləri bunun üstün bir güc olduğunu düşünür. Ancaq çalışqanlıq sonda bəhrəsini verir".

 
tarix: 16-08-2019 11:43


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az