(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qurbanov üçün vacib qələbə: “Məni nəticədən çox futbolçuların sağlamlığı narahat edir”

Qurbanov üçün vacib qələbə: “Məni nəticədən çox futbolçuların sağlamlığı narahat edir”

“İlk oyunumuz göstərdi ki, çempionata hazır olmalıyıq” - bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının açılış turunda “Dalğa Arena”da “Keşlə”nin qonağı olan son çempion 1:0 hesablı qələbəyə sevinib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub:
 
- Qarşımızda çox sıx qrafik var. Bu bir ay bizim üçün ən ağır qrafik olacaq. Çünki həm çempionat, həm avrokubok matçları futbolçular üçün asan olmayacaq. Hazırda məni nəticədən çox oyunçuların sağlamlığı narahat edir. Bu gün bütün diqqətimiz bu oyuna idi. Futbolçularım qalib gəlməyi bacardılar, onları təbrik edirəm. Baxmayaraq ki, psixoloji gərginlik var idi. Düşünürəm ki, vacib qələbə oldu.
 
- “Linfild”lə oyuna 2 ciddi itki ilə çıxacaqsınız. Bu oyun həmin görüşdə boşluğu doldurmaq üçün nə material verdi?
- Əsas heyət üzvlərinin çoxunu meydana buraxmamışdım. APOEL-lə son görüşdə həddən artıq çox yorulmuşdular. Riçard və Rahili isə növbəti oyunu buraxacaqları üçün meydana buraxdım. Maksimi bu gün stopper kimi oynatdım, düşünürəm ki, pis alınmadı. Gənc oyunçumuz İsmayılın da ilk oyunu idi. Özünü əsas heyət oyunçusu kimi idarə edə bildi. Limitdə olan futbolçularımız var. İsmayılın qol vurması o demək deyil ki, daim o oynayacaq. Həm oyunçuların hazırlığına, həm də rəqibə baxacağıq.
 
- Mahir Emrelidən sonra bu gün Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudu?
- Onunla bağlı heç bir rəsmi məlumat yoxdu.
 
- Düşünmürsünüz ki, çempionatda gənclərlə bağlı limit dəyişdirilməlidi?
- Biz də başda olmaqla çox çətinliklər çəkirik. Fayda verən futbolçular da olur. Amma bu bir həqiqətdi ki, çətinlik çəkirik. Əgər limitdən istifadə edirsənsə, bir mövqeyə 2-3 güclü futbolçu tapmaq çətin olur. Çünki bunun zədələnməsi, vərəqə alması var. Bəzən birini əvəzləyərkən iki dəyişiklik etməli oluruq. Əlavə güc sərf edirik.
 
- “Linfild”i analiz etmək imkanınız olub?
- Təxmini baxmışam. Sabahdan daha ciddi təhlil edəcəyik.
 
- Ötən mövsümün autsayderinin bugünkü çıxışını necə dəyərləndirərdiniz?
- Qol epizodları yaratdıqlarını siz də gördünüz. Ruslan Qurbanovu, Meza Kollini komandaya cəlb etmələri onların xeyrinədi. Həm təcrübəli, həm də nəticə verən oyunçuları var. Düşünürəm ki, pis transferlər etməyiblər.

 
tarix: 16-08-2019 21:22


 
Xəbər lenti
20.11.2019

14:00   Boz binada futbol cinayəti

13:43   “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22   “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00   Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47   Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30   Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15   Almaniya millisində yeni rekordçu

11:53   Mourinyo rəsmən “Tottenhem”də

11:37   İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19   Qərar günü: bundan pisi olmayacaq

11:00   AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40   Maradona istefa verdi

10:20   Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00   “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30   “Yuventus”da yeni müqavilə

09:00   Eranın sonu üçün... ilk müraciət

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az