(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tərlan Əhmədov: “Bugünkü hərəkət bağışlanılmaz idi”

Tərlan Əhmədov: “Bugünkü hərəkət bağışlanılmaz idi”

“Oyunun əvvəlindən həyəcan hiss olunurdu. “Qarabağ”ın avrokuboklardakı çıxışını hər halda futbolçular izləyib. Bu, bəzi həyəcana səbəb olmuşdu. Ancaq getdikcə o həyəcanı atmağı bacardılar” - bu sözlər “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.
 
Azərbaycan Premyer Liqasının ilk turunda “Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi “Dalğa Arena”nı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib:
 
- Qırmızı vərəqə bütün planlarımızı pozdu. Bəlkə qırmızı vərəqə olmasaydı da məğlub olardıq. Müdafiəçilər yaxşı təsir bağışladılar, həmçinin Namaşko da. Düzdü, cinahlarda bəzi anlaşılmazlıqlar var idi. Amma komandanın ümumi çıxışı ürəkaçandı.
 
- Emini cərimələmək fikriniz varmı?
- Kodeks var, buna uyğun addım atılacaq. Görünür, həyatda çox şeyi təkrar etməliyik. Çünki oyunçulara dəfələrlə demişəm. Üzbəüz epizodlardakı kobudluqdan sonra alınan sarı vərəqənin cəriməsini özüm də cibimdən ödəyərəm. Amma bugünkü hərəkət bağışlanılmaz idi.
 
- Hər halda, ehtiyatda daha təcrübəli oyunçularınız var idi. Emin Mehdiyevi meydana nə üçün buraxmışdınız?
- Sürətinə görə. Çünki Türkiyə toplanışı zamanı yoxlama görüşlərində özünü yaxşı göstərirdi. Ruslan Qurbanov artıq yorulmuşdu. Onun yerinə Rəşad Sadiqovu meydana buraxa bilməzdim. Çünki Rəşad mərkəz oyunçusudu. Əmircanov uzun müddətdi oynamır. Oyundan-oyuna inkişaf etməliyik. Səhvləri təkrarlamamaq baxımından ilk rəqibin “Qarabağ” olması yaxşı oldu.
 
- Komandanın fiziki durumu ürəyinizcədimi?
- Bəzi məqamlarda komandada həddən artıq tez top itkiləri olurdu. Təbii ki, qol epizodu yaratdığımız anlar da oldu. Fiziki durumumuz normaldı. Son 5 dəqiqədə hücuma keçməyimiz buna sübutdu. Komandanın oyundan-oyuna daha yaxşı çıxış edəcəyini əminliklə deyə bilərəm.
 
- Ruslan Qurbanov hətta birinci hissədə yorulmuşdu. Onun hazırlığında nə kimi problem var?
- Ruslanın hazırlıq dönəmində zədələri oldu. Bu gün təcrübəsindən istifadə etmək istədim. Bilirdik ki, 90 dəqiqə çatdıra bilməyəcək. “Çaykur Rizəspor”la görüşdə ümid verdi, bu gün əsas heyətdə meydana buraxdıq. Getdikcə Ruslan da yaxşı duruma gələcək. Əslində birinci hissədə dəyişmək istədim. Amma bunun həm komandaya, həm də futbolçuya zərbə olacağını düşündüm.
 
- Qarşınıza qoyulan hədəf nədi?
- Hədəf mükafatçılar sırasına düşmək və Avropa Liqasına vəsiqə qazanmaqdı. Əfran İsmayılov da artıq bizimlədi. Əfran hələ hazır deyil. Milli komandanın çıxışından, 4-cü turdan sonra onu meydanda görə bilərsiniz. Bugünkü oyun bizə ümid verdi. İnanıram ki, komandanın qarşıya qoyulan məqsədə çatmağa gücü çatacaq.
 
- Başqa transferlər gözlənilirmi?
- Xeyr. Artıq transfer dönəmi bizim üçün bağlandı.

 
tarix: 16-08-2019 21:35


 
Xəbər lenti
16.11.2019

02:15   Millimiz Uelsə qarşı - YENİLƏNİR

01:48   İsveçlə Finlandiya da AÇ-2020-də!

15.11.2019

23:08  Elxan Məmmədovu tapmaq üçün Hacıya üz tutdu - VİDEO

23:03  Sosial şəbəkələrdə ən yaxşı 5 populyar futbolçu

22:55  Çempionlar Liqasında ən biabırçı 5 məğlubiyyət 

22:09  Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47  Emenike yenə klubsuz qaldı

21:05  AFFA-dan Qurbanovun cəzasına endirim

20:40  Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11  “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00  Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49  Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01  Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40  “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20  “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00  Ronaldo rekorda yaxınlaşır

17:41   “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20  “Neftçi”dən darmadağın

17:00  Keyn bunu da bacardı

16:42  AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20  “Real”ın futbolçusu sıradan çıxdı

16:00  Bakıya 1200 uelsli azarkeş gəlib

15:45  “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30  Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15  Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00  Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46  Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30  Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15  İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00  “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41  “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20  Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az