(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Mahir Emreli: “Təklif barədə heç kimə demək istəmirəm”

Mahir Emreli: “Təklif barədə heç kimə demək istəmirəm”

"Qarabağ"ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının ilk turunda "Keşlə" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Hücumçu İspaniya və Fransadan təklif alıb-almamasıyla bağlı suallara da aydınlıq gətirib.
 
- Mövsümün ilk oyunu idi. İlk 15 dəqiqə ərzində futbolçular açılışmamışdı. Bundan sonra qol epizodları yaranmağa başladı. Ancaq rəqibin də qol şansları oldu. Maraqlı oyun alındı. Qol epizodlarımızdan yalnız birini dəyərləndirə bildik.
 
- APOEL-dən aldığınız məğlubiyyət komandaya necə təsir edib?
- Qurban Qurbanov komandanı bir az motivasiya etdi. Bizim işimiz elədir ki, hər dəfə yeni oyunlara hazırlaşırıq. Ona görə də nə sevinməyə, nə də üzülməyə vaxt olmur. Baş məşqçi də bunu çatdırırdı. Bu gün toparlanıb, qalib gəldik.
 
- “Keşlə” üzərindəki qələbə komandanı ayıldacaq?
- Bu gün “Keşlə”ni düşünürdük. “Keşlə” yox, Avropa Liqasında çıxış edən klub da olsaydı, öz bildiyimiz kimi hazırlıq keçəcəkdik. Artıq bu görüşü unudub, növbəti oyuna hazırlaşmalıyıq.
 
- APOEL-i niyə keçə bilmədiniz? Komandaya nə mane oldu?
- Bizim günümüz deyildi. Rəqibin çox qol epizodu olmadı. Üstün tərəf biz idik. Bəxtimiz gətirmədi.
 
- İspaniya komandalarından sonra Fransanın “Genqam” klubunun səninlə maraqlandığı iddia edilir. Bu transferi düşünürsən?
- Hələ ki, təklif barədə heç kimə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiniz.
 
- Qurban Qurbanov “get” desə, Liqa 2-də oynayarsan?
- Fransa və İspaniyanın ikinci liqasının bizim çempionatdan güclü olduğunu düşünürəm. Ancaq burada Avropa Liqası və Çempionlar Liqasında oynayırıq. Bu nüansları da nəzərə almaq lazımdır. Yenə də məsləhətləşəcəm. Ora gedib, qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəmsə, niyə də olmasın?!
 
- “Genqam” rəsmiləri səninlə görüşüb?
- Xeyr.
 
- Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaqsınız. Çoxları düşünür ki, “Qarabağ” mərhələni keçib. APOEL-lə görüş öncəsi belə fikirlər var idi. Bu, sizdə arxayınlıq yaratmır?
- Biz elə hiss etmirik. Azarkeşlər inanırsa, bu, dəstək olmaq deməkdir. Azarkeşlərin dəstəyi olandan sonra qələbə qazanmağa çalışacağıq.
 
- Şimali İrlandiya klubunu keçmək mümkündür?
- Müasir futbol elədir ki, istənilən rəqibi keçmək olar. “Ayaks” ötən mövsümün yarımfinalçısı olsa da, PAOK-la səfərdə 2:2 hesablı heç-heçə etdi. Bu, mənə görə sensasiyalı nəticədir. İndiki futbolda hər şey mümkündür (matc.az).

 
tarix: 16-08-2019 23:21


 
Xəbər lenti
21.11.2019

17:45   Ən sadiq futbolçular

17:14   “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49   “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27   Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16   Neymar sıraya döndü, Mbappe...

15:49   “Real”ın futbolçusunun barmağı sındı

15:10   “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33   “Golden Boy” mükafatına son 3 namizəd

14:09   Depay birinci, Ronaldo 10-cu oldu

13:41   UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16   “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44   “Borussiya”lı üçün il bitdi

12:32   “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17   “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53   “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44   Ronaldonun əvəzinə Mbappe

11:30   "Heç vaxt bu qədər sevinməmişdim"

11:25   Daha bir milli baş məşqçisiz qaldı

11:19   Slavçevin vidası reallaşır

11:00   Milli oyuncaq

10:49   “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34   “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15   Xayme Romero: “Enişin olması normaldı”

10:00   AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40   Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27   Milli komandada baş məşqçi istefası

09:14   Məmmədovla “süni müsahibə”

09:00   “Fənərbaxça”da iki ciddi itki

08:46   Şeydayevlə İsrafilov əlbəyaxa oldu: "Sənin kimilər bu formanı geyinməməlidi"

20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az