(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Maksim Medvedev: “Linfild”i keçəcəyimizi düşünənlər səhv edir”

Maksim Medvedev: “Linfild”i keçəcəyimizi düşünənlər səhv edir”

Azərbaycan Premyer Liqasının ilk turunda “Keşlə”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərə müsahibə verib. 29 yaşlı müdafiəçi öncə oyunla bağlı danışıb.
 
- İlk oyun həmişə gərgin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, Avropa Liqasında da oyunumuz var. Belə oyunlar çətin olur həmişə. İşimizin öhdəsindən gəldik, oyundan qələbə ilə ayrıldıq. Belə oyunlarda hesabın fərqi yoxdur. İmkanlarımız var idi. Qollarımızdan biri oyundan kənar vəziyyətə görə sayılmadı. Epizodun təkrarına heç baxmamışıq, bilmirik. Oyuna nəzarət edirdik. İkinci hissədə də şansları qaçırdı. Mövsümün ilk oyunu idi. Yaxşı start vacib idi.
 
- Qolu rəqib azlıqda qalandan sonra vurdunuz. Bunun təsiri oldu?
- Onlar 11 nəfərlə olanda da nizam-intizamı qoruyub saxlayırdıq və belə də davam edəcəkdi. 10 nəfər qalanda isə hamı qırmızı vərəqə alan futbolçunun əvəzinə artıq yerə qaçmalı olur. Bu da işimizi asanlaşdırır. Arxa xəttə o qədər də təzyiq gözləmirdik. “Keşlə” azlıqda qalancan sonra cəmi bir qol vurduq.
 
- APOEL-lə oyuna qayıdaq. Nə üçün pley-offa yüksələ bilmədiniz?
- İlk oyunda rəqibi məğlub etdik. İkinci oyuna baxanda isə açığı, birinci görüşdə daha yaxşı çıxış etmişdik. Epizodlarda və digər amillər xeyrimizə oldu, amma təəsüf ki, bizə iki qol vura bildilər. Futbol belədir, hər zaman yaxşı oynayan qalib gəlmir.
 
- Bəxtsizlik var idi?
- Sözün açığı, o da var idi. Analoqu olmayan şeylər var idi: iki metrdən qapıya düşə bilmirdik. O gün bizim günümüz deyildi. Bu gün də 10 epizodumuzu dəyərləndirə bilmədik.
 
- Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaqsınız. Çoxları düşünür ki, Şimali İrlandiya klubunu asanlıqla keçəcəksiniz.
- Belə söhbət ola bilməz. Bizim itkilər var. Dəyərli futbolçularımız oynamayacaq. Kim indidən deyir ki, “Linfild”i keçəcəyik, səhv edir, elə şey ola bilməz. Səfərə gedirik, 7 saatlıq yol var. Onların meydanı, azarkeşləri, soyuq hava bizim üçün münasib olmayacaq. İlk oyunu maksimum keçirməliyik ki, Bakıdakı oyunda itkilərimiz bizə kömək etsin.
 
- Bu oyunu mərkəz müdafiəçisi mövqeyində keçirdin. “Linfild”lə oyunda da belə olacaq?
- Bu, baş məşqçiyə aid sualdır. Ola bilər ki, gələn oyunda belə hal yaşansın. Çoxdandır bu mövqeydə oynamırdım. Ola bilər ki, baş məşqçinin fikri belə idi və bu addımı atıb.
 
- Mahir Emrelinin adı transfer bazarında hallanır. O, xaricə getməlidir?
- İstərdim ki, Mahirin gələcəyi parlaq olsun, güclü klubda çıxış etsin. Bu gün Mahir “Qarabağ”a lazımdır. İnanmıram ki, bir il ərzində bizi buraxıb getsin. İrəlidə ən çox fayda verən futbolçulardan biri Mahirdir.
 
- Maqaye Qeye uyğunlaşa bilir?
- Ona uyğunlaşmaq üçün bir az vaxt lazımdır. Bəzi şeylər hələ onunla alınmır. Məşqçilər fiziki və psixoloji baxımdan onunla daim işləyir.

 
tarix: 16-08-2019 23:59


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az