(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Eminin “təntənəli” açılışı

Eminin “təntənəli” açılışı

Azərbaycan Premyer Liqasında yeni mövsüm tək qolla başladı. Çempion “Qarabağ” ötən mövsümün sonuncusu olmasına rəğmən, elitada qalan “Keşlə”ni yendi.
 
Hesabı yalnız limit səbəbi ilə ağdamlıların heyətinə düşməyi bacaran İsmayıl İbrahimlinin açması günü əlamətdar etdi. Gənc futbolçu işgüzarlığı ilə seçildi və şansa layiq olduğunu göstərməyə çalışdı. Avrokubok oyunları üçün təcrübəsi yetərli olmaya bilər, lakin çempionatda onu tez-tez yarımmüdafiə xəttində görəcəyik.
 
Mövsümün ilk oyununa görə komandalara qiymət vermək çətindi. Xüsusilə oyunlarını Mərdəkanda keçirməyə məcbur olsa da, meydan sahibi sayılan “Keşlə”nin potensialını tam görə bilmədik. Yeni futbolçular ilk baxışdan pis təsir bağışlamır, lakin onların vahid komanda kimi göründüyünü deyə bilmərik. Tərlan Əhmədov heyəti komplektləşdirmək üçün azı ilk dövrənin sonuna kimi əziyyət çəkəcək.
 
“Keşlə”dən fərqli olaraq, “Qarabağ” daha yaxşı formada idi. Əsas heyətin bir neçə oyunçusu Avropa Liqasının pley-off matçına qorunsa da, digərləri də yaxşı formadadı. Qitə yarışlarında arxada qalan 6 matç onların formalarını yüksəltməsinə şərait yaradıb. Şimali İrlandiyada cəza üzündən oynamayacaq Rahil Məmmədov və Riçard Almeyda start heyətində yer almaqla meydan sahiblərinin işini daha da çətinləşdirdi.
 
Əhmədov müdafiədə qapalı oynayıb, sürətli əks-hücumlarla uğur qazanmaq istəyirdi. Bu plan alınmadı. Düzdü, ağdamlılar qolu yalnız matçın sonlarında vurdu, lakin bunadək dəfələrlə qol epizodu yaratmışdılar. Deməli, “Keşlə” müdafiə oyununu da istənilən səviyyədə oynamadı.
 
Buna baxmayaraq, hər şey meydan sahiblərinin istədiyi kimi gedirdi. Və Emin Mehdiyev səhnəyə çıxdı, oyundaşlarının əməyini yerə vurdu. Ötən mövsüm komandaya transfer olunan, lakin qaydalar üzündən oynaya bilməyən müdafiəçi debütünü qırmızı vərəqəylə “yudu”. Oyuna sonradan daxil olan Emin qısa müddətdə gərəksiz iki sarı vərəqə alıb, komandasını azlıqda qoydu.
 
Düzdü, “Qarabağ” qolu onun səhvindən sonra vurmadı. Amma rəqib azlıqda qaldıqdan sonra qonaqların təzyiqi artdı və hesab açıldı. 10 nəfərlə oynayan “Keşlə”nin bütün planları pozuldu,müqavimət göstərməyə gücü çatmadı.
 
İlk oyun darıxdırıcı alındı. Start matçı olduğunu nəzərə alsaq, başadüşüləndi. Ümid edək, “Keşlə” oyundan-oyuna artırıb, yüksək yerlər uğrunda mübarizəyə rəng qatacaq. Zatən məşqçilərə buna görə daha bir şans verilib və onlar da istədiyi heyəti formalaşdırıb. İndi qalır oyun keyfiyyətini yaxşılaşdırıb nəticə vermək. “Qarabağ” isə sıx qrafik yorğunluğuna rəğmən, yaxşı göründü və qızıl medallara əsas iddiaçı olduğunu bir daha göstərdi.
 
FƏRİD

 
tarix: 17-08-2019 09:00


 
Xəbər lenti
18.09.2019

17:09   Manuel Noyer millidən gedir

16:33   Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21   Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50   Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32   “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16   Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54   Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34   “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15   Millinin baş məşqçisi istefa verdi

14:00   Lempard tarixə düşdü

13:45   “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30   Çempionlar Liqasında yeni rekord

13:15   “Liverpul” 25 ildən sonra...

13:00   “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45   Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30   “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15   Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00   Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40   Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20   Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00   “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

10:40   ÇL-in son qalibi Neapolda məğlub oldu - VİDEO

10:20   “Barselona” “Borussiya” ilə heç-heçəyə razılaşdı - VİDEO

10:00   Ansu Fati ÇL-də də tarixə düşdü

09:40   “Zenit” Fransada qələbəni əldən verdi - VİDEO

09:20   “İnter” məğlubiyyətdən əlavə vaxtda qurtuldu - VİDEO

09:00   “Mançester Siti” stoppersiz qaldı

00:59   “Liverpul” uduzdu, “Barselona” Dortmunddan 1 xalla döndü

17.09.2019

22:04  ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı

20:47  “Neftçi” “Keşlə” ilə oyunun hazırlığına start verdi

20:37  “Sumqayıt” “Sabah”la oyun üçün hazırlığa başladı

20:00  “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17  Millimizin rəqibinin heyəti açıqlandı

18:24  Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46  Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21  Kokorinlə Mamayev azadlıqda

16:58  “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36  “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15  “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54  Neymarın cəzası azaldıldı

15:35  Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24  Dmitri Nazarova yeni müqavilə təklifi

15:02  “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41  “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20  “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00  Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42  Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21  Birinci Divizionda da cəzalar açıqlandı

13:00  AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41  Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22  Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03  Emil Balayev ən yaxşılar arasında

11:51  “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40  “Qarabağ” Romeronun qardaşını da aldı

11:21  Millimizin heyəti açıqlandı

11:00  “Sabah”da xorvat baş məşqçi?

10:49  “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30  “Real”da daha bir ciddi itki

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az