(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Abbasov qalib komandasından narazıdı

Abbasov qalib komandasından narazıdı

Premyer Liqanın 1-ci turu çərçivəsində “Qəbələ”nin qonağı olan və 2:0 qalib gələn “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov matçsonrası mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.
 
- Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bilirdik bizi hansı anlar gözləyir. Rəqibi həftəboyu təhlil etmişdik. Üstünlüyümüz onda idi ki, “Dinamo”yla oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçıyla əlaqədardı. Bəzi səhvlər normaldı, çünki gənc futbolçularımız çoxdu. Sevinirik ki, “Sumqayıt” səfərdə ilk dəfə “Qəbələ”ni məğlub etdi.
 
- Müdafiənin sol cinahında boşluq sezilirdi. Bu, 40-cı dəqiqədən etibarən göründü...
- Rəqib təzyiqi artırdı. Müəyyən dəyişikliklər etdilər. Biz də çalışdıq buna qarşı müəyyən işlər görək. İkinci hissədə pressinqi gözləyirdik. Belə də oldu. Futbolçularımız oyundan oyuna artıracaq.
 
- Komandaya 3-cü qapıçı cəlb etməyi düşünürsünüzmü?
- Yəqin ki, bir qapıçı götürəcəyik.
 
- Mehdi Şərifi vinger kimi alınıb, yoxsa forvard?
- O, hücum xəttinə alınıb. Universal futbolçudu. Bəzən 3 hücumçuyla oynayırdıq, o da çempionatımıza rəng qata bilər.
 
- Transfer pəncərəsinin bağlanmasınadək yeni transferlər gözlənilirmi?
- İstəyirik oyunçu alaq. Ancaq büdcəmizə uyğun hərəkət edirik.
 
- Aleksey İsayev 7 tur oynadıqdan sonra kölgəyə çəkildi. İndi isə ümumiyyətlə, yerini bilən yoxdu. Mehdi Şərifiylə eyni problemi yaşamayacaqsınız?
- Hər futbolçunun özünü xarakteri mövcuddu. Mehdi meydanda aqressiv olsa da, qıraqda sakitdi. İnanmıram ki, ulduz xəstəliyinə tutulsun (sport24.az).

 
tarix: 17-08-2019 21:42


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az