(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurbanovla itiriləcək daha bir mövsüm

Qurbanovla itiriləcək daha bir mövsüm

“Sumqayıt” tarixində ilk dəfə Qəbələdən 3 xalla qayıdır. “Göyərçinlər” cəmi 4 dəfə “qırmızı-qaralar”ı yenib, bunun da tən yarısı qonaqların baş məşqçisi Ayxan Abbasovun hesabındadı.
 
Komandalar arasında indiyədək 29 oyun keçirildiyini nəzərə alsaq, bu qələbələr təsəlli xarakterlidi. Lakin indi elə vəziyyət yaranıb ki, “Qəbələ” çempionatın ən az büdcəli komandası olan “Sumqayıt” üçün də abunəçiyə çevrilib. Ölkə kubokunun son finalında “qırmızı-qaralar” qalib gəlsə də, çempionatda vəziyyət fərqlidi.
 
“Qəbələ” hələ də büdcəsinə, kadr potensialına və şəraitinə görə dünənki rəqibindən üstündü. Lakin ortada məşqçi faktoru var və bu baxımdan Sənan Qurbanov “sinifdə qalır”. Ayxan Abbasov şənbə günü yarım saat ərzində həmkarına mükəmməl dərs verdi. Və bunu daha çox rəqibinin yanlışlıqlarından ustalıqla yararlanaraq etdi.
 
- Roman Hüseynov əvəz olunduqdan sonra komandanızda dirilik hiss olundu. Start heyətiylə bağlı səhvə yol verməmişdiniz?
- Məşqlərdə Roman daha uğurlu idi. Ancaq razılaşıram ki, onu əvəzlədikdən sonra komandamız daha xoş təsir bağışlamağa başladı.
 
Mətbuat konfransında Qurbanovun jurnalistin sualına verdiyi bu cavab onu qovmaq üçün yetərlidi. Sənan bəy start heyəti ilə bağlı ciddi səhvərə yol vermişdi. Məsələ təkcə Romanla bağlı deyildi, lakin bu oyunçu əvəz olunduqdan sonra komandanın oyuna diqtə etdiyini nəzərə alsaq, bircə fakt da kifayətdi.
 
Qurbanov oyuna yaxşı hazırlaşmamışdı və yay toplanışını daha uğurlu quran, səmərəli təşkil edən rəqibi qarşısında aciz qaldı. Hüseynov fasiləyədək əvəzləndi və birbaşa paltardəyişmə otağına yollandı. Onun bu hərəkəti məşqçiyə hörmətsizlik idi. Ən böyük səhvi cavan oyunçunu sındıran, onu hazır olmadan meydana buraxan və erkən əvəzləyən Qurbanov etdi. Roman məşqçi səhvi üzündən yandırıldı, özünə gəlməyi də zaman alacaq.
 
Sənan bəyin Hüseynova niyə güvənməsi də aydın deyil. Gününü icarələrdə keçirən, əsas heyət səviyyəsində olmadığı aşkar bilinən yarımmüdafiəçini çempionatın startında oda atmq lazım deyildi. Hüseynov bəlli səviyyənin altındadı, buna görə də avrokubok matçlarında ehtiyatda qalmışdı. İndi onu birdən-birə, açılış oyununda start heyətinə daxil etməyin nə adı vardı? Roman bu ağırlığa dözmədi, meydanın mərkəzində komandanın oyununu qurmadı, əksinə, pozdu.
 
Ön xətdə işlər qaydasında getməyincə müdafiəyə ağırlıq düşdü və təşəbbüsü ələ alan “Sumqayıt”ın aramsız hücumları 28 dəqiqəyə sığan 2 qolla nəticələndi. “Qəbələ”nin baş məşqçisi öz əli ilə qələbəni rəqibə bağışladı, qonaqlar da imtina etmədi. Komandanın yeni transferi Mehdi Şərifi debütünü dublla qeyd etdi, eyni zamanda səviyyəsini göstərdi. Milliləşdirilən bu oyunçunun cəmi bir gün öncə 27 yaşı tamam olub və onun perspektivinə inanmağa dəyər.
 
Qaliblər mühakimə olunmur, əvəzində bu məğlubiyyətə görə Qurbanovu çarmıxa da çəkmək olar. “Qəbələ” faktiki, oyununda məşqçi işi görünməyən yeganə komandadı və futbolçuların əzmkarlığı, fərdi bacarığı üzərində dayanıb. Necə ki, ötən il ölkə kubokunu Cavid Hüseynovun rəhbərlik etdiyi təcrübəli futbolçular dəstəsi təmin etdi, rəhbərlik Qurbanovu həmin titula görə postunda saxlamağa məcbur oldu. Halbuki Avropa Liqasında Tiflis “Dinamo”su ilə matçlar göstərdi ki, komanda düzgün hazırlanmayıb. Ötən yay cırtdan ölkə - Lüksemburq təmsilçisi qarşısında aciz qalan Sənan bəy yerində sayıb.
 
“Qəbələ” yenidən qurulur. Heyət tamamilə yenilənib, zəifləyib. Amma “Sumqayıt”da da vəziyyət eynidi, hətta 7-8 legioneri olan rəqiblə müqayisədə, əsasən gənclərdən formalaşıb, oyunçuların ustalıq səviyyəsində geriqalma var. Abbasov bunu vahid komandanı döyüşə atmaqla sığortalayırsa, Qurbanov say düzəldib oyunu yola verməklə məşğuldu. Heyətdə kifayət qədər yaxşı oyunçular var, lakin onlar ansambla çevrilməyiblər, dirijorları zəif, bacarıqsızdı.
 
Təkcə dünənki oyuna görə Qurbanovdan bəhs etmirik. Roman Qriqorçukun köməkçisi olmaqla şahlıq quşunu başına qonduran sabiq hücumçu onun gedişindən sonra xələfə çevrildi. Lakin ötən mövsüm göstərdi ki, bu don əyninə böyükdü, Sənan bəy ən yaxşı halda ortabab köməkçi ola bilər. Ötən illər ərzində Qriqorçukdan, daha əvvəlkilərdən heç nə “oğurlamayıb”. Sadəcə, bəxt üzünə gülüb, boş qalan posta “bəlkə bacardı” düşüncəsi ilə təyin edilib.
 
Ötən mövsümdən onlarla matç saymaq olar ki, məhz məşqçi səhvləri üzündən boşa verilib, avrokuboklarda zəif rəqiblərə qarşı əla şanslar əldən gedib. Klub rəhbərliyi də alicənab, bir az da aşırı humanist olub ki, “Qəbələ” kimi iddialı bölgə klubu bu növcavanın əsarətindədi. Zorən baş məşqçi olan Qurbanov da bunun fərqindədi, amma fürsətdən yararlanır, qovulmayınca getmək istəmir. Halbuki imkanları məhv etdiyini anlayıb, özü çoxdan istefa verməli idi.
 
Komandada hamı ondan narazıdı, rəhbərliyə görə kimsə başını qaldırmır. Təcrübəli oyunçular, legionerlər xüsusilə seçilir. Rəhbərlik hələlik gözləyir, ən pis məqama kimi səbr edir. Qurbanovsa dirənib, 10 ilə yaxındı layiq olmadan çalışdığı işi itirmək istəmir, sanki özünü qovulacaq qədər xərcləməyə köklənib.
 
Yəqin, rəhbərlik də durumun fərqində olar. “Sumqayıt”a məğlubiyyət göstərdi ki, daha bir mövsümün boşa verilməsi realdı. Növbəti turda “Qarabağ”la səfər matçı var, ardınca digər çətin oyunlar. Qurbanov da bu yolu seçib – getmək yox, qovulmaq istəyir. Tezliklə bu arzusuna da çatacaq. Özünə hörmət qoymayan hörmətsizliklə göndərilməyə layiqdi.
 
CAVAD

 
tarix: 18-08-2019 10:27


 
Xəbər lenti
20.09.2019

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az