(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Oyuncaq klub: “Keşlə” yenə həvəskarcasına idarə olunur

Oyuncaq klub: “Keşlə” yenə həvəskarcasına idarə olunur

“Keşlə” rəhbərliyi hələ də həvəskar düşüncədədi. Və ya klubun Müşahidə Şurasının sədri Zaur Axundov nəzarəti əldən verib və bir də mövsümün sonunda ayılacaq. Güman ki, o zaman bu il dediklərini təkrar edəcək və “məni aldatdılar” deyəvək.
 
Oyunçu transferlərindəki müəmmalar haqda çox danışılır. Xüsusilə əcnəbi oyunçularla bağlı ciddi şübhələr var. Legionerlərin əksəriyyətinin imzaladığı müqaviləyə görə alacağı pulun böyük hissəsinin kimlərinsə cibinə getdiyi, məbləğlərin süni şəkildə artırıldığı barədə məlumatlar var. Bunu menecerlərin, yoxsa klubdan kimlərinsə etdiyi bizə qaranlıqdı. Axundov bu məsələni araşdırağa meylli deyilsə, deməli, özünün də hansısa marağı var, ya da gücü çatmır.
 
Legionerlərin səviyyəsini qarşıdakı oyunlar göstərəcək. Aylıq 10-15 min dollar maaşa gəlmiş bu futbolçular “Qarabağ”la ilk oyunda potensialını tam göstərə bilmədi. Ümid edək ki, növbəti oyunlarda onların bu pula dəydiyi görünəcək. Əks halda, Zaur bəyin aldanması ilə bağlı məlum sitatı yada düşəcək. İkinci dəfə səhv etməklə bağlı məşhur deyim var – onu üzərinə götürəcəyinə inanmırıq...
 
Legionerlərlə bağlı bədgüman olmayaq, hələ qarşıda onların özünü sübut etməsi üçün xeyli zaman var. Amma bir futbolçu var ki, onun keçidi Axundovun aldadılmasından başqa bir şey deyil. Emin Mehdiyevin ilk oyunda çıxardığı hoqqa hələ çox yada salınacaq. Çünki komanda faktiki onun üzündən xalsız qaldı, baş məşqçi Tərlan Əhmədov da əlində bunu bayraq etdi.
 
Bəlkə Axundov özü də Eminin məsələsində günahkardı. Çünki o, bəzi tapşırıqlara boyun əyən adamdı. Xüsusilə vaxtilə “Neftçi”də oynamış futbolçulara görə ondan edilən xahişlər yerə düşmür - Ruslan Əmircanov məsələsində olduğu kimi. Bu müdafiəçi demək olar, meydana çıxmır, ötən mövsüm ancaq boş yer tutub, bununla belə, yaxşı maaş alıb, vaxt keçirib, indi də ampluasındadı. Tapşırıqla heyətə qatılan Ruslan hansısa gəncin yerini tutur, komandaya fayda vermir və büdcənin yeyilməsinə səbəbkardı. Elə onun maaşında da adına yazılanla aldığı arasında fərq var – alan razı, verən razı, aldadılan AFFA, SOCAR-dı.
 
Eminə gəlincə, bu futbolçunun yaşı 27-di, bəlkə də karyerasının ən yaxşı vaxtı olmalıdı. Lakin “lipa” olduğundan gələcəyi keçmişdə qalanlardandı. “Day-day”ı güclü olduğundan, son 5-6 ili həvəskarlar arasında və ya divizionda keçirməsinə baxmayaraq, yenə yüksək büdcəli, iddialı kluba düşüb. Və ondan zorla futbolçu düzəltmək istəyirlər. Halbuki səviyyəsi yüksək olsaydı, son illəri Türkiyənin həvəskar klublarında və ya divizionda - “Qaradağ Lökbatan”ın heyətində keçirməzdi.
 
Mehdiyevin həvəskar düşüncədə olduğu, iddialı kluba yaramadığı Premyer Liqaya dönüşündəcə üzə çıxdı. İlk turun “Qarabağ”la matçında, 66-cı dəqiqədə oyuna çıxan Emin 8 dəqiqə ərzində 2 sarı vərəqə alıb, məğlubiyyətdə birbaşa rol oynadı. İlk sarı vərəqə ilə bağlı mübahisə etmək olar, lakin xəbərdarlığı almışdı, buna rəğmən, onun komandanın taleyini düşünməyib, voleybol oynamağa cəhd etməsi və qovulması həvəskar düşüncənin nəticəsi idi. Peşəkar klubun taleyi ilə belə oynamaq yolverilməzdi.
 
Emin klub rəhbərliyinə hörmətsizliklə yanaşı, ona güvənən, onu qoruyan məşqçiləri də çətin vəziyyətdə qoydu. Komandaya kömək etmək üçün meydana buraxılan futbolçu belə məsuliyyətsizlik edirsə, ona bu şansı verən hamını zərbə altında qoyur.
 
Bu, Mehdiyevlə bağlı ilk gülməli hadisə deyil. Qışda da onunla bağlı kuryoz olay yaşanmışdı. Emin Türkiyəyə toplanışa aparılmış, ona xeyli xərc çəkilmiş, maaş ödənmişdi. Və çempionat başlayanda aydın oldu ki, meydana çıxmaq hüququ yoxdu. Klub idarəçiləri onun artıq 2 klubda forma geydiyini unutmuşdu və məsuliyyətsizliyin yekunu olaraq, yarımmüdafiəçi kənarda qaldı. Bu futbolçuya kimlərinsə sevgisi o qədər güclüdü ki, 6 ayın keçməsini səbrlə gözlədilər və onu yenidən yanlarına gətirdilər. Mehdiyevin buna verdiyi dəyər də bəllidi – ilk oyundaca biabırçılıq.
 
“Keşlə”də yenə daşlar yerində deyil. Tapşırıqla heyətə düşənlər, faiz verərək transfer olunanlar və startdaca “Qarabağ”ın ikinci heyətinə məğlubiyyət. Komandanın uğursuzluğa davam edincə hesabat istənəcək, o aman kimsə qurban veriləcək və Axundov “məni aldatdılar” deyə, bəhanə axtaracaq. Halbuki SOCAR-ı aldadan özüdü. AFFA xəttiylə dövlətdən yardım alan 4 klubun içində ən imtiyzalısı olan “Keşlə” bunun qarşılığını məğlubiyyətlərlə və klubdaxili oyunlarla verir.
 
AĞA

 
tarix: 18-08-2019 11:03


 
Xəbər lenti
20.09.2019

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az