(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Lap mövsümün ortasında rəsmi təklif olsa, gedəcəm”

“Lap mövsümün ortasında rəsmi təklif olsa, gedəcəm”

“Səbail”in hücumçusu Ağabala Ramazanov Premyer Liqanın 1-ci turu çərçivəsində qarşılaşdıqları “Zirə” ilə matçdan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir: 

- Premyer Liqaya 3 xalla start verdiz. Oyun haqda nə deyə bilıərsən?
- Bu gün hamı fikirləşirdi ki, komandamızda problemlər var, oyunumuz alınmaz və.s. Amma görünən odur ki, "Zirə"dən üstün oynadıq, çoxlu qol imkanlarımız oldu. Ciddi hazırlaşmışdıq, qələbə qazandığımız üçün sevinirik.

 - Demək istəyirsən ki, bu qələbə komandada problem olmadığını göstərir, yoxsa nəyisə gizldəirsən?
- Vallah, yalandan danışmağın mənası nədi ki, heç bir problemimiz yoxdu. Komandanın mənə borcu da yoxdu. Tək mənə yox, ümumiyyətlə heç kimə. Heç nəyi gizlətmirəm.

- Penalti epizodu barədə nə deyə bilərsən? "Zirə" kəskin şəkildə etiraz edirdi.
- Vallah o epizodu mən görmədim, yalandan deyə bilmərəm.

- Qarşıdakı turlarda maddi sıxıntı olsa, yəqin ki, komandanın çıxışına təsir edəcək.
- Hamı bilir ki, madiyyat önəmlidi. Qarşıda nə olacağını deyə bilmərəm. Amma indiki halda vəziyyət normaldı. Komandanın hansısa futbolçusunun üzgün olmağa, könülsüz oynamağa səbəbi yoxdu. Müqavilədə olan nədisə, hamı öz pulunu alır.

- "Zirə"yə keçidin gündəmdə idi. Hətta AFFA-nın baş katibi Elxan Məmmədovun buna konkret etiraz etdiyi deyilir...
- Transfer söhbəti var idi, real söhbətdi. Sonra götür-qoy erdim, məsləhət oldu ki, "Səbail"də qalım. Burda hər şey ürəyimcədi.

- "Səbail"də hər şey səni qane edirsə, "Zirə"yə niyə keçirdin, yaxud keçmək istəyirdin?
- Hazırkı komandamızda problemin ola biləcəyini nəzərə alsaq, belə bir variant yaxşı idi. Amma "Səbail"də iclas oldu, hər şey düzəldi. Rəhbərlik hamımızı razı saldı, nə söz verildisə, etdilər.

- Bəs Rumıniya məsələsi, ciddi söhbət idi?
- Sözün düzü, rəsmi təklif olmamışdı. Ancaq maraqlandıqlarını bilirdim. Şifahi danışıq olmuşdu. Özüm də getmək istəyirdim, buna tam hazıram. Yazırdılar ki, Ağabala getmək istəmir-filan, ancaq vallah, şəxsən özüm istəyirdim gedib ölkə xaricində oynayım. Xaricdən rəsmi bir təklif olsa, 100 faiz dəyərləndirəcəm. Çempionatın ortasında da mənə rəsmi dəvət gəlsə, inanıram ki, klubum problem yaratmayacaq.

- "Səbail"in heyətinə nəzər salsaq, komandanın potensialını necə qiymətləndirirsən: məqsəd nədi?
- Düzdü, ehtiyat skamyamız elə geniş deyil. Lakin əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Hər halda rəhbərlik yəqin, bunu nəzərə alıb heyəti genişləndirəcək. Qarşımıza konkret hədəf qoyulmayıb. Keçən il də belə idi, ancaq Avroliqaya çıxdıq. Özümüz istəyirik ki, yer tutaq, nəticə əldə edək. (sportinfo.az)


 
tarix: 19-08-2019 09:41


 
Xəbər lenti
20.09.2019

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az