(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Mübahisəli penaltinin fonunda

Mübahisəli penaltinin fonunda

“Hakim qərəzi” deməyək. Daha çox yanlışlıq, qeyri-müəyyənlik idi. Cərimə meydançasında qarışıqlıq yarandı, bir neçə nəfərin əlinə, başına dəyən top sonda penalti olan mərmiyə çevrildi.
 
“CBC Sport”un çəkilişinə, təqdim etdiyi kadrlara əsasən dəqiq bir şey demək mümkün deyil. Bəlkə də top daha öncə “Səbail”in oyunçusunun əlinə dəyib və zirəlilərin iddiası həqiqətdir. Və ya həqiqətən 11 metrlik nöqtənin göstərilməsi gərəkirdi. Görünən topun Mirabdulla Abbasovun (Səbail) qoluna dəydikdən sonra sıçraması və Şafik Tiqrudjanın (Zirə) əlinə dəyməsidi. Amma həmin anda Mirabdullanın qolu bədənə bitişik kimi görsənir. O da var ki, sıçrayan topun yaxın məsafədə ələ dəyməsi də cəriməyə səbəb olmamalıdır. Hələlik epizoda yaxın olan hakimlərə inanmalıyıq, hətta səhv qərar verilibsə də, nəyisə dəyişmək mümkünsüzdü.
 
İndi ümid qalır Peşəkar Futbol Liqasının çəkilişlərinə. Onlar hakim səhvini aşkara çıxarsa, Zirə camaatı bütün yayı istirahətdə olan Hakimlər Komitəsinin sədri Frits Stuxlikin 7 arxadan dönənini “yad edəcək”, klubun fəxri prezident Orxan Məmmədovun simasında müstəqil bir klubu start turundan sıxdığı haqda söyləntilər başlayacaq. Ümid edək ki, belə deyil və epizod dəqiq qiymətləndirilib.
 
Penaltinin söz-söhbətə səbəb olması 79-cu dəqiqədə təyin edilməsi və matçdakı yeganə qolla nəticələnməsi ilə bağlıdı. İlk turun “Səbail” – “Zirə” görüşü bir qolun hər şeyi həll edəcəyi matçlardan idi və yekun qonaqları üzüb. Bu üzdən səbəb axtarılır. Axı, qəsəbə təmsilçisi yayda ən çox transfer edən klublardandı və artırılan büdcə nəticələrlə düz mütənasib olmasa, söz-söhbət yaranacaq. Baş məşqçi Samir Abasova karyerası boyunca arzulanan şərait yaradılıb, istədiyi yerli və əcnəbi futbolçular alınıb. Ona görə də indi nağıl danışmaq yox, nəticə göstərmək lazımdı.
 
“Səbail”in durumu da bəllidi. Klub daxilində olan problemləri nəzərə alsaq, dünənki qələbə və göstərilən oyun boydan yuxarı tullanmaq idi. Legionerlərə getmələri üçün təzyiq göstərilməsi, yerli futbolçuların “milliyə həsrət qalacaqsız” hədəsi ilə saxlanmasının fonunda qeydə alınan nəticə sürprizdi. Rəhbərlikdəki ikitirəlik, AFFA-nın baş katibi Elxan Məmmədovun klubu tam ələ keçirmək cəhdlərinin fonunda futbolçuların Aftandil Hacıyevin ətrafında bu qədər sıx birləşməsi nonsesdi. Görünən odur ki, futbolçular Tamerlan Abdullayevin dəstəsini dəstəkləyir və icraçı direktor Ramin Həsənovun “oyunları” onların birliyini pozmayıb.
 
Oyuna gəlincə, matç qarşılıqlı hücumlar şəraitində, bir qədər dinamik, bir qədər də şən keçdi. İlk tur olduğundan komandaların gücünü dəyərləndirməyə tələsməyək, lakin hər iki kollektiv mübariz təsir bağışladı. “Zirə”nin 3 zərbəsinin dirəkdən döndüyünü, bir o qədər şansın boşa verildiyini qeyd etməliyik. “Səbail” də bir dəfə dirəyi yoxladı, daha iki epizodda Fəhmin Muradbəyli yüzfaizli şansı qaçırdı.
 
Zövq verən oyun idi. İlk iki oyundan fərqli, turda ilk dəfə meydan sahibləri xal gördü və bu, milli komandalara görə yaranacaq fasiləyədək Hacıyevə rahat nəfəs almaq şansı verəcək. “Zirə” isə növbəti turda “Neftçi” ilə matça daha ciddi yanaşmağa məcburdu, daha bir büdrəmə arzuolunmaz seriyaya yol aça bilər. Heç kim dirəkdən dönən zərbələrə və ya yaxşı oyuna görə xal qazanmır. Abasov da bunun fərqindədi.
 
İstənilən halda, Rəvan Həmzəzadənin penalti qərarı müzakirə olunacaq. Sabiq komitə sədri Xaqani Məmmədovun “əlin topu, yoxsa topun əli tapması” barədə dediklərinin real nümunəsi idi. Stuxlikin epizodla bağlı şərhini həsrətlə gözləməkdəyik.
 
CAVAD

 
tarix: 19-08-2019 09:00


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az