(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Hakimin qərarı qərəzli idi”

“Hakimin qərarı qərəzli idi”

"Qarşılaşmaya yaxşı başladıq. Bir neçə futbolçumuz, xüsusən Xulio Rodriges qol imkanlarından yararlana bilmədi. İkinci hissədə isə nə olduğunu bilmədik. Bəlkə də gücümüz çatmadı. Nəticədə boş zonalar verməyə başladıq və penaltidən qol buraxdıq" - bunu "Zirə"nin futbolçusu Şafik Tiqrudca səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının I tur matçından sonra keçirdiyi brifinqdə söyləyib.
 
Fransalı yarımmüdafiəçi bildirib ki, əllə oyununa görə təyin olunan penalti doğru deyil: "Məncə, referinin qərarı qərəzli idi. Çünki daha əvvəl top "Səbail"in oyunçusunun əlinə toxunmuşdu. Bu qərar matçın taleyini həll etdi. Sonradan bərabərlik qolunu vura bilmədik".
 
27 yaşlı oyunçu görüşə tam hazır olmadıqları fikri ilə razılaşmayıb: "İlk hissədə qol vəziyyətlərindən yararlana bilməməyimiz fasilədən sonta komandaya psixoloji təsir etdi. Bunun üstünə gələn hakim qərarından sonra əsəblərimiz tarıma çəkildi. Bu səbəbdən, ikinci hissədə heç də yaxşı oyun göstərə bilmədik".
 
Təcrübəli legioner baş məşqçi Samir Abasovun kənardan futbolçulara qışqırmasının oyuna mənfi təsirini inkar edib: "Sadə səhvlər və top itkilərinin baş məşqçimizin aqressiv reaksiyasına səbəb olması normaldır. Belə epizodlardan birində ona haqlı olduğunu söylədim".
 
Tiqrudca növbəti turda "Neftçi" ilə keçirəcəkləri görüş barədə də danışıb: "Rəqib çempionatımızın yaxşı komandalarından biridir. Heç bir rəqibdən asılı olmadan sırf qələbə üçün meydana çıxırıq. Fərqi yoxdur ki, "Neftçi"dir, yoxsa "Qarabağ". Rəqibə deyə bilmərik ki, sən güclüsən, biz uduzacağıq. Öncədən məğlubiyyətlə barışmırıq".

 
tarix: 19-08-2019 10:15


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az