(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

19 yaşlılardan ibarət milli komandamızı payızda məsul yarış gözləyir. Yeniyetmələrimiz oktyabrda Çexiyada Avropa çempionatının seçmə qrup oyunlarını keçirəcək. Meydan sahibləri ilə yanaşı, Çexiya və San-Marinonun rəqibi olacaq yeniyetmələrimiz elit-raunda yüksəlmək üçün çalışacaq.
 
İlin əvvəlində U-19-un baş məşqçisi təyin edilən Samir Əliyev ötən müddətdə seleksiya aparıb, toplanışlarda payızda oynayacaq heyətə öz oyun fəlsəfəsini aşılamağa çalışıb. Ötən həftə baş tutan toplanış da buna xidmət edirdi.
 
- Bakıdakı toplanışda yeni oyunçuları da sınadıq. Əvvəllər heyətdə olmayan daha 4 nəfərə şans verdik. Heyəti maksimum komplektləşdirməyə çalışırıq. Tələblərə cavab verən futbolçuların sayı çox deyil. Üstəlik, vaxt da azdı. Qısamüddətli toplanışlarla alınmır. Lakin yığma komanda üçün başqa variant da yoxdu.
 
- İşləməyin üçün normal şərait varmı?
- AFFA istədiyimiz şəraiti yaradır. Heyf ki, futbolçuları yaxından tanımaq üçün vaxtımız az olur. 8, 10, 12 gün kifayət etmir.
 
- Amma seçmə mərhələyə kimi daha bir toplanışınız olmalıdı.
- Avqustun 30-da yenidən yığışacağıq. Sentyabrın 5-də və 7-də Maltada yerli komanda ilə iki yoxlama oyunumuz var. Orada yəqin ki, heyətlə bağlı son qərarlar veriləcək.
 
- Başa çatan toplanışdan gözləntiləriniz doğruldumu?
- Bakıda bir oyun planlaşdırırdıq. Rəqib də tapılmışdı, lakin həm Bolqarıstan, həm də Belarus tərəfi razılıq verib, sonra bura gəlməkdən imtina etdi. Təəssüf ki, beynəlxalq yoldaşlıq görüşü keçirməyə rəqib tapa bilmədik. “Sumqayıt”ın əsas komandası və “Səbail”in əvəzediciləri ilə oynamaqla boşluğu doldurduq. İstərdik ki, futbolçularla bir yerdə daha çox vaxt keçirək, daha güclü rəqiblərlə yoxlama matçı oynayaq. Belə alındı.
 
- Bu toplanış sənə nə verdi? Yeni oyunçular kəşf edə bildinmi?
- Doğrusu, bu yaş qrupu üçün seçimimiz çox deyil. Üzdə olan 15-20 futbolçu var. Əsas məqsəd onları bir daha nəzərdən keçirmək idi.
 
- 15-20 futbolçu?
- Təəssüf ki, elədi. Say çoxdu, amma keyfiyyəti əsas götürsək, real vəziyyət budur. Dərinə getsək, tələblərimizə tam cavab verən 10 nəfəri çətinliklə taparıq. Ən böyük problem futbolçuların oyun praktikasının az olmasıdı. 2001-ci il təvəllüdlülər əsas komandayla məşq edir, amma oynamırlar. Divizionda yarışlar başlamayıb və əvəzedici heyətdə olanların oyun praktikası baxımından ciddi problem var. Ən böyük problem “Qəbələ”ylə bağlıdı. Yığma üzvü olanlar əsas komandaya düşmür, bu klub divizionda iştirakdan imtina etdiyindən, əvəzediciləri də yoxdur. U-19 Liqası da start götürməyindən əziyyət çəkirik. Hələ bu liqanın hansı səviyyədə olduğunu demirəm.
 
- Və bu futbolçular Çexiyaya, Norveçə qarşı oynamalıdı…
- U-19 Liqası o səviyyədə deyil ki, sürətli futbol oynayan, yaxşı heyəti olan bu komandaları asanlıqla geridə qoyacağımızı deyək. Heç divizion da bu ölkələrin U-19 Liqası səviyyəsində deyil. Bəzi futbolçularımız heç divizionda heyətə düşə bilmir.
 
- Deməli, seçmə mərhələdə səviyyəli oyunçu çatışmazlığı olacaq. Bəs, problem necə yoluna qoyulsun? Yoxsa sən də milliləşdirilənlərə ehtiyac duyacaqsan.
- Legioner axtarmaq istəmirdik. Əvvəldən fikrim yerli uşaqların oynaması ilə bağlı olub. Sözün düzü, vəziyyəti nəzərə alaraq, indi başqa cür düşünürəm. Elə mövqelər var ki, orada oynatmaq üçün namizədlər çox zəifdi, problemi yoluna qoymaq üçün legionerlərə ehtiyac duya bilərik. Bu haqda fikirləşdiyimizi etiraf edirəm.
 
- Rəqibləri izləyirsənmi?
- Çexiya yaxınlarda gürcülərlə iki oyun oynayıb və udublar. Onları da, Norveçi də izləyirik. Hər ikisi daim Avropa çempionatlarının final mərhələlərində oynayan komandalardı. San Marinodan danışmıram, amma digər rəqiblərimizdə uşaq futbol həmişə yaxşı səviyyədə olub.
 
- Daha aşağı yaş qruplarında vəziyyət necədi? Gələcəkdə başçılıq etdiyin millini gücləndirəcək yeni nəsil yetişirmi?
- Doğrusu, vəziyyət hamısında eynidi. Keyfiyyətli kadrlar azdı. AFFA yeni koordinator gətirib, milli komandalarda sistem qururlar. Ondan sonra futbolçuların komandadan komandaya, daha yüksək yaş qruplarına keçidi sistemli olacaq, daha sıx əlaqə qurulacaq. Yəqin ki, 3-4 ildən sonra aşağı yaş qruplarından futbolçular daha hazırlıqlı gələcək. Buna ümid etməkdən başqa çarəm yoxdu. Sistemin nəticəsini görmək üçün zamana ehtiyac var.
 
- U-19-da U-21-ə adlayacaq uşaqlar varmı?
- 5-6 nəfər var, hansı ki, bu komandanın baş məşqçisi Milan Obradoviç gözaltı edib. Yəqin ki, oktyabrdan sonra onları komandasına çağıracaq. Amma hələlik yalnız öz komandamdan danışmaq istəyirəm.
 
- U-21 ilk seçmə mərhələ oyununda Lixtenşteynə tarixinin ilk qələbə sevincini yaşatdı. Sənin yetirmələrinə San-Marino eyni şoku yaşada bilərmi?
- Biz Norveç və Çexiyaya qarşı layiqli oynayıb, yaxşı nəticə qazanmağı düşünürük. Düzü, heç San-Marino haqda düşünmürük.
 
- Rəhbərlik etdiyin yığmada bu gün Premyer Liqa klublarında əsas heyətə iddia edəcək səviyyədə futbolçu var?
- Var, amma inanmaq, şans vermək lazımdı. “Səbail”də, “Qəbələ”də, “Sumqayıt”da bir neçə oyunçuya şans vermək olar. Amma onların heç biri ilk turda forma geymədi. Bütün klublar nəticəyə oynayır, heç kim cavan futbolçuların inkişafını fikirləşmir. Premyer Liqada 8 komanda, avrokuboklara 4 vəsiqə var. Demək olar, hamının qitə yarışlarına yollanmaq imkanı yaranıb. Buna görə hamı nəticəyə oynayır, yeni futbolçuların yetişdirilməsi heç kimə maraqlı deyil. Futbolçular yüksək səviyyəli oyunlara çıxmayacaqsa, necə inkişaf edəcək? Limit olmasa, klublar heç o bir nəfər gənci də meydana buraxmaz, buna məcburdular.
 
- Bir il öncəyə kimi özün də klub məşqçisi idin. “Səbail”də neçə cavana şans verdin?
- Mən heç gənc oyunçu tapa bilmirdim. Komanda sıfırdan yığılırdı, heyəti çətinliklə komplektləşdirirdik. Buna şansım da yox idi. Hətta əvəzedicilərimiz də yox idi. Bununla belə, Murtuz Abakarovu ortaya çıxardıq.
 
- Axı, sizin əvəzedicilər çempion olmuşdu…
- O komanda qocaların hesabına çempion oldu. Bizim heyətdən uzaqlaşdırdıqlarımızla… “Səbail”də işimi davam etdirsəyim, yenə heç nə dəyişməyəcəkdi. Çünki strategiyanı klub rəhbərliyi müəyyənləşdirir. Onlar isə avrokuboklara vəsiqə istəyir. Bu şərtlərlə gənc oyunçulara güvənmək, onları üzə çıxarmaq çətindi.
 
FƏRİD

 
tarix: 20-08-2019 12:19


 
Xəbər lenti
20.09.2019

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az