(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Susan, gözdən salınan Orxan Məmmədov

Susan, gözdən salınan Orxan Məmmədov

İlk turda reallaşan hakim səhvi təsadüf idimi? Bəlkə də hə. Amma nədənsə başqa söhbətlər daha aktualdı.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakimlərə cavabdeh olarkən sevimli komandalarına çox dəstək görmüşük. Musayevin dostu olan klublar onun mərhəmətinə sığınır, kömək görür, xoşlamadıqları kritik anlarda badalaq alırdı. O, hakimliyin futbolda kəsərli silah olmasından məharətlə yararlanırdı. Ramin bəyə qulaq asmayıb, hansısa klubla özü təmasa keçən hakimləri isə futboldan uzaqlaşdırılmaq təhlükəsi gözləyirdi. Reallaşan çoxlu belə fakt var.
 
Bu ildən Hakimlər Komitəsi AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətinə keçib. İndi onun sözü fit sahibləri üçün qanundu. Tapşırıqlar da onun adamlarından gəlir. Və Məmmədovun tam ələ keçirdiyi “Səbail” ilk turdaca bunun bəhrəsini gördü.
 
Rəvan Həmzəzadə kiçik bir şans görən kimi “Zirə”nin qapısına penalti təyin etdi. Eyni epizod “Səbail”in cərimə meydançasında yaşansaydı, bunu etməzdi. Lakin Bayıl klubu Məmmədovun himayəsindədi – daha doğrusu, pul SOCAR-dan çıxır, xeyrini baş katib görür, dövlətin pulu ilə özünə klub saxlayır.
 
Məhz “Zirə”nin qurban seçilməsinin də səbəbləri var. Məmmədov “Qarabağ”la matçda bunu etdirəcək qədər cəsarətli deyil, lakin “qartallar”ın qanadlarını qırmaq olar. 4 milyon manatlıq büdcənin havaya sovrulduğunu sübut etmək üçün Elxan bəy hər fürsətdən yararlanacaq, “Zirə”nin uğursuz olmasına görə hər şey edəcək. Axı, söhbət Orxan Məmmədovun fəxri prezidenti, yiyəsi olduğu klubdan gedir...
 
Son vaxtlar Orxan bəyin adı AFFA baş katibliyinə, hətta prezidentliyinə əsas namizəd kimi çəkilir. Və bu məqamda onun rəhbərlik etdiyi klubun yaxşı nəticə qazanması birbaşa Elxan bəyə ziyandı. Baş katibin içində olduğu bütün sahələrdə fiaskolar sıralanarkən başqa bir idarəçinin müsbət işlər görməsi onun üçün qəbulolunan deyil. Və bu səbəbdən elə ilk turlardan “Zirə”nin baltalanması başlayıb.
 
Sabah başqa komandalarla, hətta “Zirə”yə yaxın sayılan “Qarabağ”la oyunlarda da “qartallar”a qarşı təzyiqlər olacaq. Bunu rəqibləri sifariş etməyəcək, Elxan Məmmədov öz məqsədləri üçün həmin komandaların işinə yarayan hoqqalar fikirləşəcək.
 
Baş katib düz edir. “Zirə” kimi yiyəsiz görünən kluba bu da azdı. Qəsəbə təmsilçisinin prezident postu boşdu, vitse-prezidentlərini tanımırıq, hətta akademiyasına rəhbər təyin edilməyib, Orxan Məmmədov isə mətbuatada axırıncı dəfə Zərdabinin “Əkinçi”si çap olunarkən görünüb. Elxan Məmmədov da onun danışmayacağını, hər zərbəni sinəyə çəkəcəyini bildiyindən üstünə gedir, gözdən salır, uğursuz damğası almasına zəmin yaradır.
 
Sus, Orxan bəy, sənin əvəzində mətbuat danışacaq. 5 ildi hörmət qoyub müsahibə belə vermədiyin, görməzdən gəldiyin mətbuat. Ay sən öləsən. “Səbail”lə oyundakı hoqqalar təkrarlandıqca daha biz də susacağıq. Sizin kimi... Nüfuzdan salınandan, gözdən salınandan sonra danışdıqlarınıza isə heç kim məhəl qoymayacaq.
 
CAVAD

 
tarix: 19-08-2019 19:34


 
Xəbər lenti
20.09.2019

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az