(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

“Heç də yaxşı oynamadıq. Məncə, bunlar beyindən gələn şeydi”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib. Azərbaycan Premyer Liqasının I turunda “Sabah”ı qəbul edən “flaqman” 1:1 hesabı ilə kifayətlənməli olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Avropa Liqasındakı məğlubiyyətdən sonra oyunçuları motivasiya etməyə, stimullaşdırmağa çalışdıq. Ancaq bu, alınmadı. Futbolçular öz səviyyələrində oyun göstərmədilər. Oyunboyu dəyişikliklər etsək də, istəyimizə nail ola bilmədik. Sabahdan etibarən bu oyundan nəticə çıxaracağıq. Mövqelər üzrə çalışmalı və bu durumdan bir yerdə çıxmalıyıq”.

- Oyun alınmadı, yoxsa komandadaxili psixoloji vəziyyət yaxşı deyil?
- Deməzdim ki, rəqib qapalı oynadı. Boş zonaları var idi ki, biz istifadə edə bilərdik. Sadəcə, istədiyimiz alınmadı. Düşünmürəm ki, komandada psixoloji problem var. “Bney Yehuda” ilə ilk oyundakı xarakteri bu gün görmədik. İlk oyun olduğundan, qələbə qazanmaq istəyirdik. Amma çempionatın əvvəlidi, toparlanmaq üçün kifayət qədər vaxtımız var.

- Azarkeşlərin istefa tələbinə münasibətiniz necədi?
- Komanda məğlub olsa, azarkeşlər istefaya səsləyə bilər. Amma onlar da azlıq təşkil edirdi. Səhv etmirəmsə, 30-cu dəqiqəyə yaxın, hesab 0:1 olarkən azarkeşlər istefa şüarını səsləndirirdilər. Məncə, onlar əsl “Neftçi” azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi.

- Builki “Neftçi” sizin görmək istədiyiniz komandadı, yoxsa çatışmazlıqlar var?
- Çempionatın hələ ilk oyunudu. Xal itirdiksə, deməli, çatışmazlıqlar var və onların üzərində işləməliyik. Ümumilikdə mövsümə yaxşı başladıq, Avropa Liqasında iki mərhələ adladıq. Amma III mərhələdə komandada eniş yarandı. Həmin enişin də bugünkü oyuna təsiri oldu. Çalışacağıq bu enişdən qısa müddətdə qurtulaq. Nəticədən razı qalmadım.

- Mətbuat konfransına bu qədər yubanmağınızın səbəbi nə idi?
- Qapı bağlı idi, çıxa bilmirdim (gülür). Sizi gözlətdirmişəmsə, bağışlayın. Futbolçularla söhbət edirdik.

- Komandanı belə vəziyyətdən çıxarmaq üçün nə etməlisiniz?
- İlk növbədə oyunumuzu təhlil etməli, çatışmayan cəhətlərə baxmalıyıq. Bundan əlavə, komandada emosional reaksiya yox idi. Həftəboyu komanda ilə həm fiziki, həm də psixoloji cəhətdən işləmək lazımdı.

- İsraildəki oyuna qədər emosional durum çox yaxşı idi. Bu sönüklüyün yaranmasının əsas səbəbi nədi?
- Mən də futbol oynamışam, illərdi bu işlə məşğulam. Futbol oynayanda bəzən işlər istədiyin kimi getməyəndə və üzərində böyük təzyiq olanda, istədiyini etmək alınmır. Məncə, bizdə analoji problem yaranıb. Avroliqa matçında da rəqibin ilk qoluna vaxtında reaksiya göstərə bilmədik. Futbolçularda konsentrasiya çatışmazlığı var. Bunu da aradan qaldırmalıyıq.

- Bu, futbol səbəbidi. Başqa səbəb yoxdu?
- Mən və bütün futbolçular qələbə üçün çalışırıq. İnanmıram ki, kənar amillərin təsiri olsun. (matc.az)


 
tarix: 19-08-2019 22:50


 
Xəbər lenti
15.11.2019

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az