(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Eksteyn ölkəmizə gəlməyə qorxurmuş: “Ndlovu təriflədi, gəldim”

Eksteyn ölkəmizə gəlməyə qorxurmuş: “Ndlovu təriflədi, gəldim”

“Sabah”ın futbolçusu Hendrik Eksteyn Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb. Cənubi afrikalı yarımmüdafiəçi əvvəlcə oyunla bağlı danışıb.
 
- Həmişə üç xal haqqında düşünürük. Çətin görüş oldu, “Neftçi” güclü rəqibdir. Bir xal götürmək normal nəticə sayılmalıdır.
 
- İki topunuz dirəkdən döndü. Hesabı ədalətli sayırsınız?
- Deyə bilərəm ki, hərdən belə olur, qol şansları yaradırsan, amma dirək və tir buna mane olur. Bu, bəxtsizlikdir. 1:1 hesabı pis nəticə deyil.
 
- “Sabah” çempionluğa oynaya bilər?
- Məncə, biz Avroliqanı düşünə bilərik. Təbii ki, hər oyunda şanslardan yaxşı istifadə etsək, çempionluğa da oynaya bilərik.
 
- “Kayzer Çifs” kimi məşhur klubdan “Sabah”a niyə gəlmisiniz?
- Hər dəfə məkanı dəyişmək gözəldir, indi Azərbaycandayam. Mənə də maraqlı gəlir. Yeni macəradır.
 
- Adınız daha əvvəl “Qarabağ”la da hallanıb. Bu söhbətlər həqiqət idi?
- “Qarabağ”dan yox, “Səbail”dən maraqlanıb, təklif göndərmişdilər.
 
- “Səbail”in təklifini niyə qəbul etmədiniz?
- Qorxdum, bilmirdim hara və niyə gedirəm. “Sabah”dan təklif alandan sonra isə “Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovudan məlumat aldım. Azərbaycanı çox təriflədi. Qərara gəldim ki, “Sabah”a keçməliyəm.
 
- Azərbaycanda oynaya-oynaya Cənubi Afrika Respublikasının milli komandasına dəvət almaq mümkündür?
- Məncə, onlardan zəng ala bilərəm. Çünki xaricdə oynayanlarla maraqlanırlar. Buranın çempionatı kifayət qədər normal səviyyədədir. Niyə də yox?! Mən ümidliyəm ki, dəvət gələcək.

 
tarix: 20-08-2019 09:00


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az