(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Mustivar qələbə sözü vermədi: “Səbəbi sizə deyə bilmərəm”

Mustivar qələbə sözü vermədi: “Səbəbi sizə deyə bilmərəm”

Azərbaycan Premyer Liqasının birinci turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçə edən “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar oyundan sonra müsahibə verib. Komandasının yeganə qolunu vuran haitili futbolçu öncə oyunu şərh edib.
 
- Səbəbi sizə deyə bilmərəm. Oyuna yenidən baxmalı, təhlil etməliyik. Bu nəticələrdən, oyunlardan "dərs" çıxarmalıyıq. Nə qədər güclü və hücumameyilli olsaq da, heç vaxt arxa xətti unutmamalıyıq.
 
- “Bney Yehuda” ilə oyunlardakı uğursuzluğun təsiri var idi?
- Futbolda belə şeylər olur. Məğlub ola və ya qalib gələ bilərsən. Bunlar futbolun bir hissəsidir. Heç kim uduzmaq istəmir və bunu sevmir. Ancaq futbolçu buna alışmalı və öyrəşməlidir. Bu gün uduzmusansa, növbəti matça köklənməlisən. Biz də bunu edirik.
 
- “Bney Yehuda”nı keçməyə nə mane oldu? “Sperantsa” və “Arsenal”a qarşı oyunları niyə təkrarlaya bilmədiz?
- Futbolda belə hallar olur. Öz oyunumuzu göstərmədik. İsraildə lazım qədər intensiv oynamadıq. Fikrimcə, əsas səbəb bu idi. Ümumiyyətlə, səbəblər çoxdur. Heç özüm də bilmirəm. Biz uduzduq, öz oyunumuzu göstərə bilmədik.
 
- Növbəti oyununuz “Zirə”yə qarşıdır. Premyer Liqada bu mövsüm ilk qələbənizi qazana biləcəksiz?
- Futbolda çalışıram ki, öncədən qələbəyə söz verməyim. Söz verirəm ki, növbəti oyunda qələbə üçün əlimizdən gələni edəcəyik.

 
tarix: 20-08-2019 09:45


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az