(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ehtiyatlanan "Sabah", ruhsuz "Neftçi"

Ehtiyatlanan "Sabah", ruhsuz "Neftçi"

Mövsümün ilk heç-heçəsi elə start turunda reallaşdı. Premyer Liqanın açılış həftəsinin son matçında qarşılaşan “Neftçi”ylə “Sabah” xal bölgüsünə razılaşdı. Halbuki oyunun favoriti sayılan, topa sahibolma baxımından meydanda da daha üstün görünən meydan sahibləri bir xala şükür etməlidi. Çünki qonaqlar əldə etdikləri qol şanslarından istifadə etsəydi, böyük hesab da qeydə alına bilərdi.
 
Əsasən avrokubok matçlarındakı heyətə güvənən “Neftçi”nin ciddi itkisi yox idi. İlk dəqiqələrdən hücumu düşünən meydan sahibləri nəticə qazanmaq, mövsümə uğurlu başlamaq üçün rəqib qapısı önündə nicat axtarırdı. İlk hissə boyunca bu mənzərə dəyişmədi.
 
Heyətini dəyişən və kifayət qədər gücləndirən “Sabah” isə start “11-liy”ində 6 yeni futbolçuya şans vermişdi. İddialı olacağı transferlərindən, hazırlığından bəlli olan qonaqlar ilk matçda həm də özünü ictimaiyyətə təqdim etməliydi. Bəri başdan deyək ki, ilk qoladək bunu bacarmadılar. Start həyəcanı, rəqibin xaotik basqısı normal oynamağa imkan vermir, komanda əsasən müdafiəni düşünürdü. Amma Ruslan Abışovun təcrübəsi sayəsində arxa xətt etibarlı qurulmuşdu, “Neftçi”yə boş zona verilmirdi.
 
Qolların heç biri məntiqəuyğun alınmadı. “Sabah” qapıya doğru ilk zərbəsində hesabı açdısa, “Neftçi”nin bərabərlik qolu gözlənilməz alındı. Hər iki halda müdafiəçilərin diqqətsizliyi həlledici oldu.
 
“Sabah” kəşfiyyata çox vaxt sərf etməsəydi, ruhsuz, motivasiyasız görünən “Neftçi” daha tez təslim ola bilərdi. Amma Elşad Əhmədov heyətdəki itkiləri sığortalamaq üçün rotasiyaya əl atmışdı və onun seçimlərinin doğru olduğunu deyə bilməyəcəyik. İlk hissə boyunca yarımmüdafiənin cinahlarına qoyulan Cavid İmamverdiyevlə Coşqun Diniyev mərkəzdəki qədər effektli olmadı və bu, bütün komandaya sirayət etdi. Fasilədən sonra onlar doğma mövqelərində daha çox görünəndə “Sabah”ın ifasında zövq verən oyun izlədik.
 
“Sabah”ın yeni legionerləri çox fəal idi. Sürətli, kombinasiyalı oyun zamanı oyundaşları ilə əla anlaşır, təhlükə yaradırdılar. “Neftçi”nin dayaq bölgəsi və müdafiə oyunçularının səhvləri sıralandıqca qonaqların hücumları daha təhlükəli alınırdı. İki dəfə qapı dirəyinin silkələnməsi, boşa verilən qol vəziyyətləri nəzərə alınsa, meydan sahibləri bir xala şükür etməlidi. 60-cı dəqiqədə ardıcıl 3 zərbədən sonra meydan sahiblərinin qapı toru silkələnmədisə, Roberto Bordin xaç çevirməlidi. Son saniyələrdə isə əvvəl tirə, sonra dirəyə dəyən zərbə qırılma nöqtəsi idi. Səlahət Ağayevin seyvləri ilə birlikdə bir neçə epizodda “Neftçi” həyəcanlı anlar yaşadı. Amma top qapıya getmək istəmədi.
 
İlk oyuna görə komandalara qiymət vermək çətindi. “Neftçi” avrokubokdakı uğursuzluqdan sonra böhrandadı. Komandanın normal heyəti, gücü var. Klubdaxili ab-hava yoluna düşdükdən sonra flaqman yenə medallar uğrunda mübarizədə favorit olacaq. Müdafiədə işlər qaydasına vaxtında salınmalı, lider futbolçular ayılmalıdı.
 
“Sabah” isə yayda xərclənən pulların boşa getmədiyinin siqnallarını verdi. Zədəli oyunçular sıraya döndükdən, futbolçular bir-birinə uyğunlaşdıqdan sonra Əhmədovun yetirmələri əsl iddiasını ortaya qoyacaq. İndiki halda da gümüş medalçıdan səfərdə alınan xal qiymətlidi. Fasiləyəqədərki növbəti iki turda bu ruh qorunsa, komandada özünəinam artar.
 
“Sabah”ın mövsümə həyəcanlı start verməsinin bir səbəbi də sindrom idi. Ötən mövsümkü 4 oyunun hamısında bu rəqibə məğlubiyyət komandanın ehtiyatlı oynamasına rəvac vermişdi. Tilsim qırıldı, davamının necə olacağını zaman göstərəcək.
 
CAVAD 

 
tarix: 20-08-2019 10:00


 
Xəbər lenti
18.09.2019

09:00   “Mançester Siti” stoppersiz qaldı

00:59   “Liverpul” uduzdu, “Barselona” Dortmunddan 1 xalla döndü

17.09.2019

22:04  ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı

20:47  “Neftçi” “Keşlə” ilə oyunun hazırlığına start verdi

20:37  “Sumqayıt” “Sabah”la oyun üçün hazırlığa başladı

20:00  “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17  Millimizin rəqibinin heyəti açıqlandı

18:24  Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46  Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21  Kokorinlə Mamayev azadlıqda

16:58  “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36  “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15  “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54  Neymarın cəzası azaldıldı

15:35  Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24  Dmitri Nazarova yeni müqavilə təklifi

15:02  “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41  “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20  “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00  Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42  Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21  Birinci Divizionda da cəzalar açıqlandı

13:00  AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41  Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22  Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03  Emil Balayev ən yaxşılar arasında

11:51  “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40  “Qarabağ” Romeronun qardaşını da aldı

11:21  Millimizin heyəti açıqlandı

11:00  “Sabah”da xorvat baş məşqçi?

10:49  “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30  “Real”da daha bir ciddi itki

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az