(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

“Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

“Bir neçə ay əvvəl "Zirə" variantı barədə mənə məlumat verdilər. Həmin vaxt danışıqlar zamanı bir az gecikmə oldu".

Futbolinfo.az saytının məlumatına görə, bunu "Zirə"nin yeni transferi Alvaro Ampuero deyib.

Peru klubu "Universidad San Martin"dən yenicə icarəyə götürülən 27 yaşlı müdafiəçi yerli mətbuata açıqlamasında keçidini dəyərləndirib. Sol cinah oyunçusu "Zirə" və ölkəmiz barədə ilkin təəssüratlarını bölüşüb: "Açığı, ilk təklif aldığım zaman ölkə barədə, demək olar ki, heç nə bilmirdim. Xoşbəxtlikdən hər şey barədə məlumat əldə etmək üçün qurum var. Cəmi bir neçə gündü məşqlərdə iştirak edirəm. Burdakı səviyyə məni təəccübləndirdi. İşləri yaxşı idarə edən, səliqəli və hər şeydən əvvəl güclü kollektivə sahib olan nisbətən yeni bir klubdu. "Zirə" Perudakı komandam "Universidad San Martin"ə çox oxşayır. Burda heç bir problem yaşamadım. Çox yaxşı stadiona sahibik. Belə şeylər yalnız Avropada olur, Cənubi Amerikada isə az rast gəlinir".

Peru millisinin sabiq üzvü "Zirə"nin çalışdırıcısı Samir Abasovla söhbətindən də bəhs edib: "Baş məşqçi ilə söhbətimiz olub. O, videolarımın çoxunu izləyib və karyeramla bağlı ətraflı məlumata malikdi. Baş məşqçi məndən harda rahat oynaya biləcəyimi soruşdu, bir neçə mövqedə yoxladı. Ancaq harda oynadacağını hələ dəqiq bilmirəm".

Ampuero yenidən Peru yığmasına qayıtmaq arzusunu da dilə gətirib: "Çox yaxşı tanınmayan, ancaq millinin baş məşqçisi Rikardo Qarekanın diqqətini çəkəcək çempionata gəlmişəm. Yeni komandamın oyunlarına köklənəcəm və çıxışımla yenidən milliyə qayıdacağıma inanıram. Bir neçə il Avropada qalmağı hədəfləyirəm". (matc.az)

Qeyd edək ki, "Zirə" Alvaro Ampueronu 1 il müddətinə icarəyə götürüb.


 
tarix: 21-08-2019 13:42


 
Xəbər lenti
15.11.2019

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az