(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” Baqali Daboya görə bəyanat yaydı

“Neftçi” Baqali Daboya görə bəyanat yaydı

“Neftçi” son oyunlardakı uğursuzluqlar və azarkeşlərlə bağlı yaşanan olaylarla əlaqədar bəyanat yayıb.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın rəsmi saytının yaydığı bəyanatda bunlar qeyd olunub:

“Bu mövsüm Avropa Liqasındakı son oyunumuzda uğursuz nəticə həm bizi, həm də azarkeşlərimizi çox məyus edib. Bu səbəbdən azarkeşlərimiz tərəfindən gələn reaksiyanı klub rəhbərliyi, məşqçilər və futbolçular normal qarşılayır.

Lakin istər klub rəhbərliyinin, istər məşqçilərin, istərsə də futbolçuların və onların ailə üzvlərinin təhqir olunması yolverilməzdi. Bildiririk ki, sosial mediada yazdığınız hər bir təhqir məşqçi və futbolçu heyətinin ailə üzvləri tərəfindən oxunula bilər. Bu isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır, komanda üzərində əlavə təzyiqlər yaradır, futbolçuların toparlanmasına mane olur.

Baqali Dabonun sosial mediadakı son paylaşımları ilə əlaqədar klub rəhbərliyi futbolçu ilə görüşüb, ciddi söhbət aparılıb və daxili intizam kodeksinə uyğun olaraq müvafiq addımlar atılıb. Həmçinin futbolçulara və məşqçilər heyətinə mətbuata veriləcək açıqlamalarda, azarkeşlərlə bağlı məsələlərdə daha diqqətli olmaları nəzərlərinə çatdırılıb.

Klubda gedən hər bir proses nəzarət altındadı. İstəyirik ki, azarkeşlərimiz də hәmişәki kimi komandanın yanında olsunlar. Həmişə olduğu kimi hədəfimiz çempionluqdu. Bu mövsüm birlikdə buna nail olmağa çalışacağıq. Biz qələbələr üçün var gücümüzlə sonadək döyüşəcəyik. Çәtin yolda komandanın ruhu həm də sizdәn asılıdı! Azarkeşlərimizi bizimlə bir güc olmağa səsləyirik”.


 
tarix: 22-08-2019 18:22


 
Xəbər lenti
22.09.2019

10:14   İsrafilov üçün 90 dəqiqə və 3 xal

09:30   Turabovun komandasından “Partizani”ylə heç-heçə

09:00   “Neftçi” “Keşlə” ilə üz-üzə - YENİLƏNİR

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az