(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
"Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

"Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

“Qarabağ”a Tahir Gözəli peşman etmək üçün qısa müddət yetdi. “Dandolk” üzərində qələbədən sonra Ağdam klubunun indiki heyətini bütün dövrlərin ən yaxşısı elan edən vitse-prezident ondan sonrakı 3 oyunda 2 sarsıdıcı məğlubiyyət görüb.
 
Gözəlləmə söyləmək asandı, amma məntiq olmalıdı. Qocalmış heyəti, potensialı tam açılmayan yeni transferləri necə görməzdən gəlmək olar? Hələ qrupa düşməyən bu futbolçuları Çempionlar Liqasında tarix yazan, ondan öncəki mövsüm daha yaxşı oynayan futbolçulardan necə üstün tutmaq olar? Pafoslu danışmaqla deyil, indiki “Qarabağ” heç də ən yaxşı deyil.
 
“Qarabağ”ın ardıcıl 6-cı dəfə qrupa düşməsi üçün real şansı var. Rəqib çox uyğundu və Bakıda ümumi qələbəni təmin etmək mümkün olacaq. Yarıhəvəskar “Linfild” hətta bu mövsümkü bütün rəqiblərdən zəifdi. Əzmkarlıqları üst səviyyədə olduğundan bura qədər irəliləyiblər və daha güclü, daha təcrübəli “Qarabağ”ın Şimali İrlandiya klubunu yolundan təmizləməməsi ayıb olar. “Linfild” bir az bəxt, daha çox da rəqiblərin zəif olması səbəbindən Avropa Liqasının pley-offuna kimi irəliləyib.
 
Ağdam klubu bu il yaxşı oynadığı oyunlarda uğursuz nəticəyə imza atır. Bakıda APOEL-lə oyunda da nəticə və meydandakı oyun tərs mütənasib idi. Dünən isə “Qarabağ” mükəmməl başladığı matçı sonda məğlub başa vurdu. İlk yarım saatda istədiyini edən komanda bir anda dayandı, ardıcıl zərbələr aldı və matçın sonunda ayılıb, Bakı üçün ümid yeri saxladı. Britaniya klubları Qurban Qurbanov üçün hələ də qorxulu yuxudu və illərdi standart vəziyyətlərə çarə tapa bilmir.
 
2:3 normal nəticədi. “Qarabağ”a evdə 1:0, 2:1 hesablı qələbələr də kifayət edəcək. Amma istənilən halda, qələbə qazanmaq lazım olacaq. Zədəli Aylton Silva, cəzalılar – Riçard Almeyda və Rahil Məmmədov qayıdınca bunu reallaşdırmaq çətin olmamalıdı. Bu futbolçularla heyətdəki çatışmazlıqlar yoluna qoyulacaq, rotasiyaya ehtiyac qalmayacaq. Və “Linfild”in sıradan çıxarılması reallaşacaq. Əminliklə danışmağımızın səbəbi rəqiblə “Qarabağ”ın gücü arasındakı fərqdi. “Atlılar” bunu bacarmasa, fiaskodan bəhs edəcəyik. Çünki qrup yolundakı son maneə “dişə uyğundu”.
 
“Qarabağ”ın hesabı açdığı epizod məntiqli hücumun nəticəsi deyildi. Əgər qolu 4 müdafiəçi yaradıbsa, onu təsadüf də saymaq olar. Abbas Hüseynovun zərbəsindən sonra künc zərbəsi qazanırıq, davamında rəqibin uzaqlaşdırdığı topu Rəşad Sadıqov yenidən qapı önünə göndərir, Maksim Medvedevin ötürməsini isə Faysal Rerras qola çevirir. Kəsəsi, bütün müdafiəçilərimiz hesabın açılmasında rol oynayır.
 
İlk yarım saatda daha bir neçə şans boşa verilincə, ruhlanan meydan sahibləri heç nədən vəziyyəti dəyişdi. İki standart vəziyyətin qola çevrilməsində diqqətsiz oyunçularımız rol oynadı – birincidə Miçel Madeyra nəzarət etdiyi futbolçunu buraxdı, ardınca Vaqner Silva çıxışda səhvə yol verdi. İkinci hissədə məyus olduğumuz epizodda isə Abbas Hüseynov diqqətsiz oynadı, əks-hücumu elementar səhvlə buraxdı.
 
“Qarabağ”ın son dəqiqələrdə hesab arasıdakı fərqi minimuma endirməsi pley-off cütünün taleyinin həll edilməsi baxımından böyük önəm daşıyacaq. Xayme Romeronun fərdi bacarıq hesabına qazandığı, Maqaye Qeyenin ustalıqla yerinə yetirdiyi penalti Bakıdakı işi asanlaşdırdı, təzyiqi, gərginliyi azaltdı. Bir həftə sonra işi bitirmək və qrup mərhələsinin püşkünü gözləmək lazım gələcək.
 
Tahir Gözəlin indi nə açıqlama verəcəyini bilmirəm, amma hazırkı komanda ehtiyat qüvvə baxımından tarixin ən pisidi. Zədəli və cəzalılar öz yerində, üçüncü qapıçısı olmayan “Qarabağ”ın bura kimi gəlməsi böyük uğurdu. Mərhələlər keçildikcə sabitliyini itirən Vaqnerlə, normal əvəzedici tapılmayan, Maksim Medvedevin oynadılması lazım bilinən mərkəz müdafiəsi ilə, rəqabətsiz, yaşlı və ağır yarımmüdafiə xəttiylə, məhsuldarlığı çox aşağı olan 2 hücum oyunçusuyla qrupda işlər çətin olacaq.
 
Bu komanda sadaladığımız çatışmazlıqlarla tarixin ən güclü “Qarabağ”ı ola bilməz. “Qarabağ” rəhbərliyi “Bazarstore”dan, neft sektorundan, qida sənayesində yaratdığı monopoliya sayəsində əldə etdiyi gəlirlərdən futbola da xərcləməlidi. Komanda son illər özünü qazandığı pullarla dolandırır. İnkişaf etmək, daha da güclənmək üçün bu, yetərli deyil. Ağdamlılar tarixin bəlkə də ən zəif rəqibinə yenilib və bunun əsas günahkarı da simiclik etməyə başlayan rəhbərlikdi. Hər cür imtiyazdan istifadə edə-edə komandaya diqqət ayırmamaq futbola, tarixi şansa xəyanətdi.
 
Bu komanda illərdi qurulan sistem sayəsində uğurları sıralayır. Davamlı olması üçün rəhbərliyin belə məqamda geri addım atmaması lazımdı. Bu heyət “Linfild”i keçəcək, amma qrupda uğur istəyiriksə, eyni zamanda gələn mövsüm üçün daha sabit “Qarabağ” arzulayırıqsa, lazım olan mövqelərə transferlər vacibdi. Rəqabətsiz çempionatda qalib olmaqla iş bitmir, illərdi qazanılan yertinq sayəsində qismətimizə uyğun rəqiblər düşür. Yarıhəvəskar “Linfild”ə məğlubiyyətlər yolverilməzdi.
 
FƏRİD

 
tarix: 23-08-2019 09:00


 
Xəbər lenti
20.09.2019

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az