(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

Mövsümə yaxşı hazırlaşan “Sabah” transferləri ilə diqqət çəkdi. 13 yeni futbolçu ilə güclənən komanda iddiasını ortaya qoymaq niyyətindədi.
 
Yeni mövsümün ilk turunda “Neftçi”ylə rəqib meydanında edilən heç-heçə də gələcək üçün ümid verdi. Çempionluğa əsas namizədlərdən birini büdrətmək, hətta daha üstün oynamaq “Sabah”ın hamıya başağrı olacağına işarədi. Yəqin ki, bu tur “Keşlə” də bunu hiss edəcək.
 
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov da iddialıdı. O, rəqiblər arasında fərq qoymasa da, hamıyla oynamağın ümkünlüyünü deyir: “Bu oyunda 3 xal çox vacibdi. Mövsümə pis başlamamışıq. Bunun davamını gətirmək, daha yaxşısına nail olmaq lazımdı. Milli komandaların oyunlarına görə yaranacaq fasiləyədək maksimum xal arzulayırıq. Buna potensialımız var. Çempionatda iştirak edən 8 komandanın hamısı bir-birindən xal ala bilər. Bunu başa düşərək “Keşlə” ilə oyuna ciddi hazırlaşırıq. Rəqibin ilk turda “Qarabağ”la oyununu izləmişik. “Neftçi” ilə oyunda da qələbə şansımız var idi. Rəqibin adına görə uşaqlar bir az həyəcanlandı, nələrsə alınmadı. Amma bu, ev oyunumuzdu, çatışmazlıqları yoluna qoymalıyıq və qalib gəlməliyik”.
 
“Sabah”ın qarşıdakı oyun üçün ciddi itkisi yoxdu: “Yalnız yeni transferimiz Kevin Kubemba bizə kömək edə bilməyəcək – onu zədə üzündən qışa kimi itirmişik. Qalan futbolçularımızın hamısının oynamaq şansı var. Kiçik zədəsi olan oyunçularımız da problemini yoluna qoyub”.
 
Bakılıların son transferi Ozan Can Kökcünün debüt etmək ansı azdı. Komandaya yeni qoşulan futbolçu öncə heyətə uyğunlaşmalıdı: “Gizlətmirəm, onu daha çox limiti nəzərə alaraq heyətə cəlb etmişik. 21 yaşadək futbolçunun heyətdə olması şərtdi və millimizin də üzvü olan Ozan bizə kömək edəcək. Ola bilsin, elə bu turda debüt etsin. “Neftçi”yə qarşı oynayan Abbas Ağazadədən razı qaldım, limitə uyğun gələn digər oyunçularımız da var”.
 
“Sabah” bu mövsüm doğma meydanla bağlı sindroma da son qoymalıdı. Komanda son çempionatda itirdiyi xalların əksəriyyətini “Əlincə Arena”da əldən vermişdi: “Kaş yadıma salmazdız. Həmin oyunları unutmağa çalışıram. Ümid edirəm, o uğursuzluqlar ötən mövsümdə qaldı, inşallah, bu il elə şeylər olmayacaq. Hər hansı qorxu yoxdu, tilsimi qırıb, hədəflərimizə köklənməliyik”.

 
tarix: 24-08-2019 09:00


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az