(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin gününə salındı

Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin gününə salındı

Arxada qalan 5 oyun və nəticəyə təsir edən 2 ciddi hakim səhvi. Premyer Liqanın 2-ci turu tamamlanmayıb, amma qərəz göz deşir. Bütün hallarda bundan faydalanan “Səbail”di – AFFA rəhbərliyinin dövlət pulu hesabına saxladığı şəxsi klubu. Daha ona Elxan Məmmədovun, yoxsa Tamerlan Abdullayevin rəhərlik etməsi önəmli deyil, faktiki qurum rəsmilərinin klubudu, AFFA əməkdaşları da burada 2-ci, 3-cü, 4-cü iş yeri kimi çalışır.
 
İlk turda “Zirə” hakim səhvi nəticəsində “Səbail”ə uduzdu. Olmayan penalti təyin edildi və “dənizçilər” mövsümə qələbəylə başladı. Dünən isə 2-ci turun açılış matçında “Sumqayıt” hakimlərin əli ilə qurbana çevrildi.
 
Matçın 2-ci dəqiqəsində ardıcıl 2 epizodda hakim sumqayıtlıların əleyhinə qərar verdi. Öncə təkbətək çıxan Peyman Babayiyə qarşı sonuncu ümid foluna göz yumuldu, qonaqların qapıçısı topu yox, rəqibi vurub aşırsa da, meydandan qovulmadı. Epizodun davamında penalti təyin edilmədi. Vurğun Hüseynovla Şəhriyar Əliyevin hətta formaları əyinlərindən çıxarıldı, rəqib oyunçu Şəhriyarı güləş fəndi ilə yerə yıxdı, hakimin fiti susdu.
 
Bu, birbaşa qərəz idi. Susdurulan, sındırılan, haqqı yeyilən meydan sahibləri az sonra özləri penaltiylə cəzalandırıldı, qalan dəqiqələrdə oyun intizamı pozuldu və matç darmadağınla bitdi. Qayda pozuntuları o qədər aşkar idi ki, hətta AFFA-nın işçisi sayılan menecer-prezident Riad Rəfiyev də dözmədi, etirazını bildirdi. Halbuki ötən mövsüm dəfələrlə analoji hallarda “Sumqayıt”ın rəhbəri susmuş, hakimlərin qərəzli səhv etmədiyini, oyunları öz günahları üzündən uduzduqlarını demişdi. İndi isə konkret danışdı: “Hakim qərəzli idi”.
 
Hakim qərəzlidisə, deməli, kiməsə bilərəkdən kömək edir. Nəticəyə əsaslansaq, həmin komanda “Səbail”di – AFFA rəhbərliyinin birbaşa idarə etdiyi klub. Maliyyə problemləri üzündən dağılmaq durumuna gələn, baş məşqçi Aftandil Hacıyev və bir qrup futbolçunun əzmkarlığı sayəsində ayaqda duran Bayıl təmsilçisi indi belə mükafatlandırılır. Hacıyevə belə qələbələrlə lider olmaq lazım deyil, ancaq klub rəhbərliyinin planları hazırda onun işinə yarayır və hədiyyələri qəbul etməkdədi.
 
Matçın 2-ci dəqiqəsində ardıcıl 2 epizodda oyunun taleyini həll edəcək qərarlar verilmirsə, bununla qalibin kim olacağının xəbərdarlığı edilirsə, oyunun özündən danışmağın yeri yoxdu. Heyət, taktika seçimi artıq arxa plandadı. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov start heyətinə təcrübəsiz gəncləri çoxluqdan deyil, yoxluqdan qomuşdu və bu heyət hələ oyunun startında rəqibi devirmək üçün lazım olanı etdi. Bu psixologiya ilə Elvin Bədəlovun uşaq səhvləri, heç nədən penaltiyə səbəbkar olması, digər oyunçuların buraxılan qollardakı xətaları gözləniləndi. 14 nəfərə qarşı mübarizə apardığını ilk dəqiqələrdən bilirsənsə, özünü fəda etməyin yeri yoxdu, onsuz da sonluq bəllidi.
 
AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik vətənində yay boyunca istirahət edərkən, hakimlərlə işi köməkçisi, keçmişi bəlli Elçin Məmmədov apararkən belə də olmalıydı. Qoy, AFFA-nın ögey övladı “Sumqayıt” dərsini alsın, assosiasiya rəsmilərinə də dərs olsun. Ölkə futbolunda ötən ilə kimi qismən yaxşı vəziyyətdə olan hakimlik də bataqlığa sürükləndi. Elxan Məmmədovun əl qoyduğu bütün sahələr kimi burada da at izi it izinə qarışdı, 10-12 il öncə başverənlər təkrarlanır, artıq haqq-ədalət təmsilçiləri də buyruq quludu. Sabah daha pis olacaq.
 
Ötən tur “Zirə”nin, dünən “Sumqayıt”ın haqqı yeyildi. Qarşıdakı turlarda hakimlərlə bağlı daha ciddi olaylar üzə çıxacaq. “Qarabağ”ın, “Neftçi”nin, “Sabah”ın quyruğu tapdananda yaranacaq etiraz dalğası çox başların yeyilməsinə səbəb olacaq. AFFA, ayıl, tədbir gör, məkrli planlarını özünə saxla, haqq-ədaləti təmin et!
 
FƏRİD
 

 
tarix: 25-08-2019 09:00


 
Xəbər lenti
15.11.2019

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az