(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Sabahkı “Qarabağ”, dünənki “Sabah”

Sabahkı “Qarabağ”, dünənki “Sabah”

Premyer Liqanın 2-ci turunda daha iki oyun baş tutdu. İndiyəqədərki oyunlarda olduğu kimi, yenə qaliblər top buraxmadı.
 
“Qarabağ”ın turu “Səbail”lə şərikli lider kimi başa vuracağı indidən bəllidi. Turun bü gün baş tutacaq son matçında qeydə alınacaq nəticə ağdamlıların durumuna təsir etməyəcək. Amma “Qəbələ”nin son pillədən qurtulmaq üçün nəzəri şansı var. Bunun üçün “Neftçi” “Zirə”ni darmadağın etməlidi. Hələliksə darmadağın olan “qırmızı-qaralar”dı və onlar iki oyuna 5 cavabsız top buraxıb.
 
“Atlılar” “Linfild”lə cavab matçı öncəsi yaxşı məşq etdi. Avropa Liqasının pley-offunda bu həftə qarşılaşacağımız Şimali İrlandiya təmsilçisini də qol yağışına tutmaq lazımdı. Müdafiə futbolu oynayacaqları şübhə doğurmayan rəqibi yenmək üçün hücum xəttinin rəngarəng kombinasiyalar qurması şərtdi. Necə ki, ağdamlılar dünən bunu etdilər. Düzdü, “Qəbələ” bir hissə müqavimət göstərdi, lakin bundan artığını bacarmadı.
 
Günün ilk matçı isə cansıxıcı keçdi. “Sabah” “Keşlə” ilə oyunun favoriti sayılmasına baxmayaraq, hətta rəqib qapısı önündə təhlükə yaratmağa çətinlik çəkdi. Mübarizə dolu, top itkilərinin göz çıxardığı oyunda qələbəni daha istəkli olan və düzgün oynayan qazandı.
 
Əhmədovların dueli həm də yeni qurulan komandaların hansının güclü olmasına aydınlıq gətirməliydi. Mövsümün əvvəli olduğundan hələ komandalara qiymət vermək olmur. Amma görünən odur ki, Tərlan Əhmədovun düşərgəyə gətirdikləri oyun tərzinə uyğun futbolçulardı. Aqressiv futbol oynayan qonaqlar rəqibə zona verməməklə, eyni zamanda maraqlı hücum qurmaqla seçilirdi.
 
Elşad Əhmədovun əlinin altında daha bahalı və rəngarəng oyunçular var. Gəl ki, onlar vahid komanda kimi formalaşmayıb. Yəqin ki, uyğunlaşmaq üçün bir qədər də zamana ehtiyac olacaq. Lakin ilk turda “Neftçi”yə qarşı göstərilən oyunla dünənki arasında ciddi fərq göz önündə idi. Ola bilsin, “Sabah” ikinci nömrə ilə daha yaxşı oynayır. Təşəbbüsü ələ almaq, oyuna diqtə etmək lazım olduqda isə vəziyyət dəyişir, top itkiləri sıralanır.
 
Hər nə qədər darıxdırıcı oyun olsa da, mübarizə əsasən meydanın mərkəzində getsə də, “Keşlə” rəqibindən məzmunlu oynayırdı. Bunun nəticəsi idi ki, meydan sahibləri rəqib qapısının qarşısına çata bilmədiyi halda, qonaqlar fasiləyədək 3 real qol şansı yaratdılar. Qələbəni haqq edən Tərlan Əhmədovun yetirmələri idi və onlar hesabı hissə bitməmiş açmağa nail oldular. Vüsal İsgəndərlinin effektli zərbəsindən sonra qapı toru silkələndi.
 
Elşad Əhmədov ikinci hissəyə iki əvəzetməylə başladı. Oyunu aınmayan legionerləri əvəz edən çalışdırıcı hücumda təzyiqi artıra bildi, lakin bu, qol vəziyyətlərinin yaradılmasına səbəb olmadı. Sadəcə, topla daha çox oynayan meydan sahibləri cinahlarda fəallaşdı. “Keşlə” yaxşı qapandı, müdafiədə sayıq oynayıb 90 dəqiqəni bitirə bildi. Amma fasilədən sonra “Sabah” bir neçə təhlükəli vəziyyət yaratmağa nail oldu. İsgəndərlinin zədələnməsindən sonra meydana çıxan Cabir Əmirlinin bərbad oyunu üzündə “Keşlə”nin sağ cinahı iflic oldu və real təhlükələr də burada yaranmağa başladı.
 
Sezar Meza Kollinin qırmızı vərəqə alması da “Keşlə”yə problem yaratdı. Legioner hər iki sarı vərəqəni heç nədən aldı. Meydandan qovulacağı isə gözlənilirdi. Rəqib futbolçularla dalaşan, qarşılıqlı kobudluqlardan çəkinməyən Sezar sonucda Abbas Ağazadəyə bilərəkdən zərbə vurub bu aqibəti yaşadı. Ötən tur azlıqda qaldıqdan sonra qol buraxan “Keşlə” bu dəfə xal itkisindən qaçdı, lakin intizamla bağlı müəyyən işlər görməkdə fayda var.
 
Matçın sonluğu əsəb dəqiqələri idi. “Keşlə” kor-koranə müdafiə olunur, futbolçular topu necə gəldi qabağa vururdu. Lakin qələbəyə çox ehtiyacı olan komanda sonda buna nail oldu və 3 xalı çılğınlıqla qeyd etdi. Uzun fasilədən sonra klub tapıb meydana qayıdan Əfran İsmayılov, axırıncı dəfə Əhmədov “Neftçi”nin baş məşqçisi olarkən top qovmuş Rəşad Sadiqov da uğurda rol oynadı. Onların təcrübəsi qiymətli dəqiqələr udmağa, topu rəqib yarımeydanında saxlamağa kömək etdi.
 
Son dəqiqələrdə “Keşlə” daha bir qol vura bilərdi. Amma Əfranın ötürməsindən sonra Tural Bayramlı rəqibin qapıçı meydançasında “çərçivə”ni nişan ala bilmədi. Bu əks-hücumun qurulmasında böyük rol oynayan yarımmüdafiəçinin komandasına böyük fayda verdiyini qeyd edək. 21 yaş limitinə görə əsas heyət üzü görən Tural Latviyada qazandığı təcrübəsini sərgiləməyə çalışdı və məşqçilər ondan razı qalmalıdı.
 
“Keşlə” belə davam etsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə iddiaçılardan biri olacaq. “Sabah” da eyni potensiala sahibdi. Lakin komandanın qeyri-sabitliyi, ev oyunlarında hədsiz xal itirməsi böyük problemdi. Məşqçilər heyəti sabit heyətlə bağlı da müəyyən tədbirlər görməlidi. Belə xaotik, başıpozuq oyunla hədəflər əlçatmaz olacaq. Elşad bəy rəhbərliyin ona olan etimadını xərcləməkdə davam etməməlidi.
 
FƏRİD

 
tarix: 26-08-2019 11:18


 
Xəbər lenti
06.12.2019

10:30   “Barselona”da yeni müqavilə

10:00   Ufuk izlədi, “Altınordu” 5 qola üzüldü

09:30   “Traktor” doğma meydanda xal itirdi

02:22   “Qarabağ” “Keşlə”yə qarşı - YENİLƏNİR

02:12   “Arsenal” doğma meydanda uduzdu

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az