(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Roberto Bordin: “Çətin vəziyyətə düşmüşük”

Roberto Bordin: “Çətin vəziyyətə düşmüşük”

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqanın 2-ci turunda “Zirə” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, Bordin 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

- Bu oyunu təhlil etmək lazımdı. Hər iki hissədə rəqibə bir hücum imkanı yaratdıq, onlardan biri də qola çevrildi. Qoldan əvvəl Baqali Dabonun, Platellasın imkanları var idi, ancaq yararlana bilmədik. Çalışdıq ki, dönüş edək. Bu oyuna nəzər yetirsək, bundan əvvəlki oyundan fərqli olaraq komandam daha istəkli, xarakterli idi. Çünki ilk dəqiqələrdən qələbə üçün gəldiklərini göstərdilər. Ola bilsin bəxtsizlik də oldu. Hücumları məntiqi sonluqla tamamlamaqla bağlı problemlərimiz var. Təhlükəli vəziyyətlər yaratsaq da, qola çevirə bilmirik. Bunun üzərində çalışmalıyıq. Çətin vəziyyətə düşmüşük, ancaq bundan çıxmalıyıq.

- Baqali Dabonun ötən tur olmaması səs-küyə səbəb oldu. Bunun bu gün onun əsas heyətdə olmasına təsiri var idimi?
- Dabo ilə arada baş verən hadisə daxildə qalır. Bunu mətbuata açıqlamıram. Mənim üzərimdə heyət baxımından təzyiq yoxdu. Bu gün Dabo da bütün komanda yoldaşları kimi gözəl oyun göstərdi. 3 təhlükəli vəziyyət yaratdı. Bir neçə müddət oynamadığını nəzərə alsaq, bu gün yaxşı oyun göstərdi.

- Sizin üçün komandanın oyunu əsasdı, yoxsa nəticə?
- Əlbəttə, nəticə. Çempion olmaq üçün vacib olan nəticədi. Oyunu analiz etməliyəm. Balans yaratmaq və vəziyyətlərə nəzarət etmək lazımdı.

- Oyundan sonra hakimə yaxınlaşdız. Referi ilə nə danışdız?
- Sadəcə, yaxınlaşıb, sağollaşdım. Artırılmış dəqiqələri müzakirə etdik.

- Komandadakı psixoloji gərginliyin uzanması, sizin komandadan gedişinizə zəmin yaratmır ki?
- Onu deyə bilərəm ki, Avroliqadakı məğlubiyyət və ilk turda xal itirməyimizə baxmayaraq, komanda istədiyin kimi oynadı. İndi bu barədə nəsə danışmaq istəmirəm. Gələn turlarda baxacağıq.

- Ömər Buludova nə üçün şans vermədiz? Avroliqada Ömər oynayırdı, Premyer Liqada Tural.
- Tək Tural deyildi. Başqa mövqelərdə də dəyişiklik etdim. Məşqlərə uyğun obyektiv dəyişiklik etməyə çalışıram. (komanda.az)


 
tarix: 26-08-2019 21:26


 
Xəbər lenti
08.12.2019

02:24   Premyer Liqada mövsümün ilk yarısına yekun vurulur - YENİLƏNİR

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az